Böcək yeməyə hazırsız? 

Böcək yeməyə hazırsız? 
2 aprel 2013
# 07:00

Dünya əhalisinin durmadan artdığı heç kimə sirr deyil. Statistikalar göstərir ki, gələcək 30 ildə dünya əhalisinin sayı 9 milyardı ötəcək. Və əlbəttə ki, ortaya bir çox problemlər çıxacaq. Bunlardan biri də qida çatışmazlığıdır. Məsələn, ətin qiyməti elə artacaq ki, ona ancaq varlıların süfrələrində rast gəlinəcək. Taxıl, tərəvəz, meyvə yetişən tarlaların, bağların yerini binaların tutması buna şərait yaradacaq.

Hazırda 1 milyard insan yaşamaq üçün yetərli qidanı tapmaqda çətinlik çəkir. Başqa sözlə desək, ac gəzirlər. Bu rəqəm hər gün bir az da artır. Ona görə dövlətlər gələcəyin qida qıtlığı probleminin həll yollarını indidən axtarmağa başlayıblar. Gələcəyin yemək qaynaqları siyahısının birinci isə böcəklərdir.

İyrənməyə, üz-gözünüzü turşutmağa tələsməyin! Axı biz də illərdir, cücülər və qurdlarla birgə yaşayır, hərdən bilmədən dadırıq da. Məsələn, alma, ərik, göbələk yeyəndə nə qədər mikroskopik qurd udduğunuzu bilirsinizmi? Böcəklərdən iyrənirik, amma arının bəlğəmi olan balı baha qiymətlərə alıb yeməkdən diksinmirik.

Ümumilikdə, Cənub-Şərqi Asiya və Afrikada təxminən 2 milyard insan böcək, qurdlarla qidalanır. Buna səbəb qıtlıq deyil, sadəcə bu qidaları sevdikləri üçün yeyirlər. Hollandiyanın Vageningen Universitetinin professoru Marsel Dikke dünyada 1000 böcək növünün yeyilə biləcəyini araşdırıb. Böcək yetişdirmə layihələrinə böyük dəstək verən Dünya Qida Təşkilatı (FAO) siyahını daha da genişləndirərək yeyilə bilən böcək sayının 1909 olduğunu açıqlayıb.

Qeyd etmək lazımdır ki, yeyilə bilən böcəkləri yetişdirmək üçün layihələrə artıq başlanıb. Məsələn, Çində qurd yetişdirən fermalar yaradılıb. Qərb isə kapitalı Zimbabvedəki barama fermalarına yatırıb.

Protein ehtiyatı daha çoxdur!

Cücülərin “gələcəyin qida qaynağı” sayılması təsadüfi deyil. Çünki həm yetişdirilməsi asandır, həm də təbiətə tamamilə zərərsizdir. Üstəlik, protein, kalsium, dəmir və minerallarla zəngindirlər. Araşdırmalara görə, quzu ətində 17%, balıqda 21%, mal ətində 20%, toyuqda 23% protein olduğu halda, bu faiz çəyirtkədə 50-75%, hörümçəkdə 64%, qarışqada isə 24%-dir.

Əslində, bizim bəyənmədiyimiz böcəklər bəzi ölkələrdə süfrələrin baş tacıdır. Məsələn, afrikalılar çəyirtkə və iri kəpənək baramasını heç nəyə dəyişməzlər. Qanada parabüzən ən sevilən qidalardan biridir. Yaponlar fərqli souslarla qarışdırılmış çöl arısına heyrandırlar. Kamboca əhli isə parkda, şəhərdə gəzəndə bizim günəbaxan çırtladığımız kimi qurudulmuş tarakanı iştaha ilə yeməyi çox sevir. Meksikalılar da böcək yeyənlərdəndir; ən ləzzətli tekilanın içinə xüsusi “qusano” adlı kaktus qurdu atırlar.

Haram deyil!

Müsəlman ölkələrində çəyirtkə haram qidalardan sayılmır. İbn Əbu Əvfa, Məhəmməd peyğəmbərlə yeddi dəfə döyüşə getdiklərini və bütün səfərlərdə də çəyirtkə yediklərini qeyd edib. Bir hədisdə isə Hz.Məhəmməd çəyirtkələr üçün: “Onlar Allahın ən böyük ordularıdır. Onu nə yeyirəm, nə də haram sayıram”,- dediyi rəvayət edilir.

Dadları necədir?

Gələk əsas məsələyə. Yəni böcəklərin dadına. Üç il ard-arda dünyanın ən yaxşı restoranı seçilən Danimarkanın Noma restoranının aşpazı Rene Redzepi qarışqaların soyulmuş limon qabığı dadını, çəyirtkə və pərvanənin isə sərt balıq sousunu xatırlatdığını deyir. Aşpaz həmçinin arı sürfələri ilə hazırlanan şirin mayonezin çox ləzzətli olduğunu vurğulayır.

“BBC”-də yayımlanan bir sənədli filmdə yazıçı Stefan Geyts yağda qızarmış çəyirtkə ilə hörümçəyin inanılmaz dərəcədə dadlı olduğunu bildirib. Geyts kiçik bir məsləhət verməyi də unutmayıb: “Ölü böcək yeməyin. Tez xarab olurlar. Canlı-canlı qızardıb, ya da qaynadıb yeyin”.

Göründüyü kimi, cücü yemək o qədər də qorxunc şey deyilmiş. Bəlkə indidən özümüzü öyrəşdirəkmi bu cür qidalara?

Mənbə: “Hüriyyət” qəzeti

Köşə: Mehmet Yaşin

# 4000 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər