writer1

Aqşin Yenisey

Məqalə sayı

64
clock12:59 calendar-gray 05 May 2011 view-gray815 dəfə oxunub
view-gray815 dəfə oxunub

Məscidin yandırılması

“Kənddəki kənd” silsiləsi


İnişilin söhbətidir. Kəndə ilaxır çərşənbəni qeyd etməyə getmişdim; bayramları kənddə, mövsümdən asılı olaraq ya odun sobasının böyründə, ya da bostanda-zadda keçirməyi üstün tutanlardanam.

Deyim niyə? Bir var hər il bayram axşamı qəfildən Zeynab Xanlarova televizorda oxuya ki, “Dünyanın xoşbəxti mənəm dünyada” və səndə bir tamaşaçı kimi əziz gündə kiməsə qibtə hissi yarana, bir də var, soba dibinə dirsəklənib öz bədbəxtliyinlə qabaq-qənşər dünyanın bütün xoşbəxtlərinin sağlığına içəsən.

Bir var ki, hər il pudralanmış iki aktyor efirdə qaynadılmış yumurta döyüşdürə, bir də var ki, həqiqi uşaqlar həqiqi yumurtaları. Bir var ki, hər il adi günlərdə olduğu kimi şəhərdə Seymur Baycanla, Firidun Allahverdi ilə laqqırtı vurasan, bir də var ki, axşamüstü kənd qəbiristanlığına yollanıb şam yandırasan, dünyadan getmişləri yad edəsən. Bir var ki, hər il pəncərədən “kitayski” fişəng atasan, bir də var ki, üzüm telindən və şəlpə parasından düzəldilib, iki gün qabaqdan nöyüt qəhvədanında islağa qoyulmuş qədim xürrəmi lopası tullayasan göyə. Yəni bayramlar mənə görə kənddə şəhərdən daha qədim, daha urvatlı və daha səmimidir.

Kənddə hər şey öz sakit axarı ilə gedirdi: arılar “avrovijına” hazırlaşan gənc müğənnilər kimi vızhavızla çöl-çəməndə eşələnir, gəlinlər, kəndlərimizin hazırkı dişi samurayları cər-cəməyi çəpərlərə sərib günə verir, qocalar da hayət-bacalarda ənənəvi olaraq mal-qaranı, toyuq-cücəni danlayırdılar. Bir də kəndin əbədi musiqisi, haradasa, uzaqda torpaqla əlləşən traktorun acıqlı səsi eşidilirdi.

Hər şey günbatanacan belə davam etdi: sonra tonqallar və şamlar yandırıldı, lopalar atıldı, süfrələr açılıb-yığışdırıldı, çərşənbə duaları oxundu və hamı çilə gecəsinə hazırlaşmağa başladı. Kənddə qızlar ayrı evdə, oğlanlar ayrı evdə yığışıb çilə çıxarırlar. Adətən, çilə gecələrində qızlar öz fallarına baxır, oğlanlar isə səhərəcən qumar oynayırlar. Mən özüm də belə çilə gecələrində kənd uşaqlarını heç də az “yolmamışam”.

Sübh vaxtı itlərin və bayquşların müşayiəti ilə evlərə dağılışıb təzəcə yerimizə girmişdik ki, kəndə qaçaqaç düşdü. Qocaların sehrli “sübhənallah...sübhənallah...” sədaları yarımçıq kəsildi, inəklər mıxda böyürdü, itlər ağız-ağıza verib ulaşdı, xoruzlar səsə yuxadan oyanıb hinlərdə uzun-uzadı banlaşdılar, atlar kişnədi, uzunqulaqlar anqırdı və məlum oldu ki, kənd məscidi yanır.

Ağ tuman-köynəkli kənd kişiləri əllərinə çalov, vedrə, yuxarı başa, məscidə tərəf götürüldülər. Kəndi “Qıza, qara geyməyəsən, vedrəni gətir!”, “Ədə, boynun sınmasın, çalovu tap!”, “Əşi, qırağa dur, yandın!” “Ay arvad, başın batmasın, uşağı tut!” kimi fövqaladə hallar üçün nəzərdə tutulmuş deyimlər başına götürdü. Özü də deyim ki, bizim məscid kənd məktəbiylə qonşu idi, əvvəlcə məktəb uçub dağıldı, indi də məscid yanırdı. Lap eşq romanlarında cütlüyün biri ölən kimi o birinin də vələdi necə dönürsə, bax, o cür oldu.

Məscidi söndürmək mümkün olmadı, hətta çiy kərpiçdən hörülmüş divarlar istinin şiddətindən ovulub töküldü və hərə bir tərəfdə çənəsini əlindəki çalovun sapına dayaqlayıb, yaxud su daşıdığı vedrəni çevirib üstündə oturaraq fikrə getdi. Məscid necə yana bilər? Bəlkə, kimsə yandırıb? Bir az fatalist düşüncəli kəndlilər qəti bildirdilər ki, məscidi Allah özü yandırıb, nöşün ki, Savadxanın balaları – onlar kənddə qumarbaz və içki düşkünü kimi ad çıxarıblar – bu ilki zəncirvurma mərasiminə qatılıblar, ağsaqqallar narazılıq etsə də, buna məhəl qoyan olmayıb.

Günortaya yaxın kəndin istintaq qrupu isti izlərlə hadisənin başvermə səbəbini aydınlaşdıra bildi. Sən demə, məscidi kənd sakini Qıztamam yandırıb. Qıztamamın 45 yaşı vardı, ərə getmədiyi üçün qarımış hesab olunurdu. Bəs məscidi nə üçün yandırıb? Ərz edim ki, Qıztamam ta on beş yaşından bu yana hər il başqa kənd qızları kimi ərə getməkdən ötrü ilaxır çərşənbədə niyyət tutub məsciddə şam yandırırmış.

Kənd mifologiyasına görə, şam işığında, guya, qızın ərə gedəcəyi, el dilində desək, gədənin surəti gəlib durur onun gözünün qabağında, ancaq gərək onu görməyə tək gedəsən, yanında başqa adam olanda gədənin xəyalı özünü mataha mindirir, gözə görünmür. Qıztamam düz otuz il nəzir-niyaz verib, şam yandırıb, ancaq gözünə bu otuz ildə bir bəni-insan övladının xəyalı görünməyib ki, görünməyib. Həhayət, 45 yaşa çatıb, yəni istifadə müddəti bitib. Məscid sahibi onun bütün yaşıdlarını oğul-uşaq sahibi etsə də, Qıztamamın arzularını, bir növ, qulaqardına vurub və otuz il bəxt dalınca məscidə ayaq döyən qız, axır ki, məscid tərəfindən get-gələ salındığını anlayıb və qisas almaq fikrinə düşüb.

İlaxır çərşənbə gecəsi yenə niyyət bəhanəsiylə məscidə gələn bu çarxı çevrilənin qızı lal-dinməz yandırdığı şamın dabanını nəlbəkiyə deyil, kilimə yapışdırıb və qayıdıb evlərinə. Day onun həmin gecə məscid sahibi ilə nə danışdığı heç kimə agah deyil. Yəqin, deyib ki, a kişi, məni otuz il niyə girinc elədin, get-gələ saldın? Niyə bir çolaqdan, topaldan qarşıma çıxarmadın? Sənə nə pisliyim dəymişdi? Kimin qızından əskik idi Qıztamam, kor idimi, şil idimi?

Ola bilsin, altdan-yuxarı beş-altı qarğış-nala da ünvanlayıb.
İnişil ilaxır çərşənbəsində kəndimizin məscidi, bax beləcə, nakam bir qəlbin güdazına getdi.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019
Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
12:01 21 Sentyabr 2019
Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
11:14 21 Sentyabr 2019
Xalq artistimiz Böyük Teatrda oynayacaq
10:05 21 Sentyabr 2019
On yaşlı uşağı qaçırıb evində saxlayırdı...
08:58 21 Sentyabr 2019
“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir?
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019