news-inner
clock08:45 calendar-gray 28 Mart 2013 view-gray2090 dəfə oxunub
view-gray2090 dəfə oxunub

Barmenliklə məşğul olan Sultan Süleyman

“Möhtəşəm yüz il” serialında Sultan Süleyman rolu ilə Azərbaycan tamaşaçısının da qəlbini fəth edən Halit Ərgənç bu yaxınlarda məşhur “GQ” jurnalına müsahibə verib. Müsahibədə Ərgənç aktyorluqdan əvvəl məşğul olduğu barmenlikdən, bilet satıcılığından, Amerika macərasından və həyatının əsas dönüş nöqtəsindən danışıb. Kulis.az həmin müsahibəni oxuculara təqdim edir.

İki illik musiqi fəaliyyəti

“Min bir gecə”, “Möhtəşəm yüz il” kimi seriallarla sevilən Halit Ərgənç xasiyyətcə anasına daha çox oxşayıb. Adını mobil telefonuna “Ana Sultan” kimi yazdığı anası gənc yaşlarında tibb də daxil olmaqla bir çox sahələrdə özünü sınayıb. Daxil olduğu universiteti yarımçıq tərk edən anası ilə atası, bəstəkar Səid Ərgənç ortaq dostları vasitəsilə tanış olaraq evləniblər. Halitdən sonra cütlüyün Azadə adlı zehni qüsurlu bir qızı dünyaya gəlib və anası bütün gününü evdə ona baxmaqla keçirib.

Orta məktəbi “Beşiktaş Atatürk Liseyi”ndə oxumaq aktyorun dünya görüşünün genişlənməyində əvəzolunmaz rol oynayıb. Liseyin son iki ilində orkestrdə solist kimi fəaliyyət göstərib: “Bizim orkestr qəribə idi. Sibel Tüzün (Türkiyənin “Eurovision” təmsilçilərindən biri – red.) məndən bir sinif aşağı oxuyurdu.

Məşhur caz pianisti Selen Gülün də vardı orkestrdə. Sərdar Ortaçın meneceri Hakan Özgül qrupun zərbçisi idi. Yəni musiqiyə hobbi kimi yanaşan insanlar deyildi heç biri…”.

“Evdəki davalara görə daima evdən qaçmaq istəyirdim”

Uşaqlarının onun yolunu davam etdirməsini istəməyən Səid Ərgənç oğlunun musiqi, xüsusilə teatrla maraqlanmasına qarşı çıxmayıb. Amma Halit valideynlərini birdən-birə təəccübləndirərək İstanbul Texniki Universitetinin (İTU) “Gəmi mühəndisliyi” ixtisasına qəbul olunub: “Nəticələr çıxanda atam: “Oğlum, başa düşdük, dənizi çox sevirsən, amma dənizdə səyahət edən hansı adam öz gəmisini özü düzəldib ki?”, dedi. Yəqin o vaxtdan ora aid olmadığımı hiss etmişdi”.

Anası ilə atasının qeyri-stabil münasibətlərindən danışan Ərgənç o günləri belə xatırlayır: “Münasibətləri mükəmməl deyildi. Mən ibtidai sinifdə oxuyanda ayrılmışdılar, o vaxta qədər daima evdə dava-dalaş olurdu. Boşansalar da, hərdən atam gəlib bizlə qalırdı. Ər-arvad münasibətləri yox idi aralarında, ancaq dava vardı. Həmişə qaçmaq istəyirdim. Velosipedimə oturub qaçırdım evdən”.

“Qara bazarda satıcı da işləmişəm…”

“Gəmi mühəndisliyi” ixtisasına qəbul olunsa da, elə birinci kursdan universitetdən soyumağa başlayıb. İkinci kursda ümumiyyətlə universitetdən ayağı kəsilib. Makintoş operatorluğu ilə məşğul olaraq pul qazanıb. Hamıdan gizli Memar Sinan Universitetinin opera ixtisasına qabiliyyət imtahanları verib: “O imtahana girməsəydim, ölərdim. Fiziki mənada yox, mənəvi cəhətdən ölərdim. Həyatımın tamam ayrı bir istiqamətdə gedəcəyini o gün hiss etmişdim”.


Universitetə qəbul olunsa da, bir müddət sonra operaya da aid olmadığının fərqinə varıb. Müzikl ixtisasına keçərək rəqs dərslərinə başlayıb. Müəlliminin təhriki ilə təcrübəsiz tələbələrə rəqs dərsləri keçərək pul qazanıb. Rəqslə yanaşı Ləman Samın bekvokalı kimi fəaliyyət göstərib: “Geriyə baxanda elə bilirəm, bunları başqa adam yaşayıb. Sənətlə də məşğul olmuşam, qara bazarda satıcı da işləmişəm, moda sərgisində robot paltarında robot rəqsi oynamışam, tərcüməçilik də etmişəm...Universitet vaxtı Haldun Dormenin Teatrında “Sevgilim sənə əmanət” adlı müzikl səhnəyə qoyulmuşdu. Haldun bəy rol təklif etdi orda. Ondan çox şey öyrənmişəm. Mükəmməl müəllimdir. İndiki yerimə görə ona çox borcluyam. Onun sayəsində “Kral və mən” müziklində da baş rolu oynamışdım”.

““İstəmirik” deyib qapıdan qovdular”

Amerika macərasının başlanğıcını aktyor belə yada salır: “Dəli kimi müzikl oxuyur, araşdırırdım. Həvəsimi görən Haldun bəy məni Amerikaya apardı. 12 günlük müzikl izləməyə getdik. O dövrün ən yaxşı müzikllarına baxdıq. Qayıdanda bir-iki seriyalı filmlərə çəkildim. Bir az pul yığan kimi yenə Amerikaya getdim. Orda yaşayanda “Acting as a business”(“Aktyorluq biznes kimi”) adlı bir kitab oxudum. İlk səhifəsində

belə bir söz vardı: “Evdə oturmaqla heç kim sizi kəşf edə bilməz”. Onda barmağımı dişlədim ki, sən demə, bütün dünyada problem eyni imiş.

“Səfillər” müziklində oynamaq üçün aktyor seçimləri keçirildi, Javer roluna hazırlaşmışdım, iki gün qapıda yatdım. Axırda çıxıb “İstəmirik” deyib qapıdan qovdular. İşimizin nə qədər çətin olduğunu o gün başa düşdüm. Öz-özümə söz verdim ki, aktyorluğun, işimin ən yaxşı edildiyi yerlərdə işləyəcəyəm. Sonradan başa düşdüm ki, iş - onu nə qədər yaxşı yerinə yetirməyinlə bağlıdır”.

““Kral şir” müziklində içki satırdım”

“Amerikaya gedəndə 30 yaşım vardı. İnsanlarla dialoqum bir nöqtəyə qədər davam edirdi, zarafat anlayışımız belə fərqli idi. Orda çox qalmağı düşünmürdüm, amma inadkarlıq edirdim qayıtmağa. Sənətimi dəyişməyi qərarlaşdırmışdım. Aşpaz və masaj məktəbləri ilə maraqlanmağa başladım. Elə o vaxt Türkiyədən təklif gəldi. Pulum da qurtarmışdı. Səyyar uşaq teatrda barmenlik edib pul qazanmaq çox tragik görünürdü gözümə. Aktyor olmaq üçün gəldiyim yerdə barmenlik edirdim. “Kral şir” müzikli içəridə uşaqlara göstəriləndə mən çöldə şirə düzəldirdim. Türkiyədən gələn təklif lap yerinə düşmüşdü”.

“Boğaz körpüsü həyatımı dəyişdi”

Layihədən qazanacağı pulla yenidən qayıdacağını düşünən Ərgənç bütün əşyalarını orda yaşayan qohumuna verərək, balaca bir çemodanla Türkiyəyə gəlib: “Təyyarədən düşdüm. Körpüdən keçəndə sanki bir açar gəlib sinəmdəki qəfəsin qapılarını açdı, içəridəki göyərçin azadlığa çıxdı. İnanılmaz hiss idi. Bir neçə gündən sonra layihənin baş tutmayacağını öyrəndim. Məni bir az razı salmaq üçün: “Narahat olma, gediş biletini almışıq”,- dedi layihə rəhbərləri. Dedim, bilet sizdə qalsın, mən bir həftədən sonra gəlib götürərəm. Heç bir həftə sonra da gedəsi olmadım bileti götürməyə. İllər keçdi, bir dəfə də olsun Amerikaya qayıtmaq ağlımdan keçmədi. O körpüdən (Boğaz körpüsü –red.) keçmək həyatımın dönüş nöqtəsi oldu. Hələ də ordan keçəndə qəribə hisslər yaşayıram. Boğaza baxıram, həyatıma şükür edirəm”.

Gələndən sonra bir müddət işsiz qalsa da, reklam və film təklifləri ilə kamera qarşısına keçir. “Möhtəşəm yüz il” seriyalının rejissorları

Yağmur və Durul Taylan qardaşlarının “Ata” serialında çəkilir. Sonra “Zərda”, “Aliyə”, “Min bir gecə” və nəhayət “Möhtəşəm yüz il”la zirvələri

fəth edir...

“Oğlumu qucağıma alanda üstümdən böyük bir yük götürüldü”

Hazırda “Min bir gecə” serialında tanış olduğu Bərgüzar Korellə evli olan Ərgənç yeganə övladı Əlinin onu necə dəyişdiyini belə izah edir: “Atalıq özündən azad olmadır. Mənim üçün elə oldu. Əlini qucağıma alanda qəribə rahatlıq hissi keçirdim, elə bil üstümdən böyük bir yük götürdülər. Özümlə bağlı qərarlarımdan əl çəkdim. Artıq məndən daha vacib, daha həssas biri vardı. Qayğılarımdan azad elədi məni. Ən çox sevdiyim şey onu boynumda gəzdirməkdir. Atam da həmişə məni elə gəzdirərdi. Qapalı yerlərdə elə gəzə bilmirik deyə, hara getsək birinci oranın qapalı, yaxud açıq məkan olmağı ilə maraqlanır. Arada küsür məndən, sözünü keçirtmək istəyir, böyüməyə çalışır...”

Uyğunlaşdırdı: Rəna Nevzat

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020