Kim nə yazır? - SORĞU

Kim nə yazır? - SORĞU
19 mart 2013
# 13:22

Oxucular sevimli yazarlarına tez-tez belə bir sual ünvanlayırlar: “Təzə kitabınız nə vaxt çıxacaq?”, “Yeni əsər üzərində işləyirsizmi?”

Mütaliə səviyyəsinin aşağı olmasından şikayət etdiyimiz ölkəmizdə belə bəzən yazarların bu suallarla qarşılaşdıqlarının şahidi oluruq.

Kulis.Az oxucuların bu maraqlarını nəzərə alaraq yazıçı və şairlərin yaradıcılığı ilə bağlı sorğunu təqdim edir.

Seyran Səxavət: “Hər halda oxuculara da məlum olar, həyatımdan bəhs edən “Qaçhaqaç” adlı roman yazıram. Müxtəlif vaxtlarda “Azərbaycan” jurnalının dörd nömrəsində çap olunub. Kitab iki hissədən ibarətdir. Birinci kitab artıq işıq üzü görüb. İkinci kitabın ikinci hissəsini tamamlamaq üzryəm”.

Seymur Baycan: “Hal-hazırda hekayələr yazıram. İşin artıq 50 faizindən çoxunu görmüşəm. Söz vermişəm, bir müddət irihəcmli əsərlər yazmayacağam. Hekayə yazmaq da asan deyil, hekayə yazmaq daha ağırdır”.

Şərif Ağayar: “40 hekayədən ibarət kitab çap etdirəcəyəm. Bir də irihəcmli əsər üzərində işləyirəm. Əsərdə bir qəsəbədə baş verən hadisələrdən danışılır. Qəsəbə ümumilikdə Azərbaycanın simvolu kimi götürülüb. Roman bu ilin sonuna kimi roman hazır olmalıdır”.

Qan Turalı: ”2011-ci ilin sonlarından bir roman üzərində işləyirəm. İşçi adı “Xəlvət”dir. Orta əsr sufiləri haqda olan roman azadlıq ideyasından bəhs edir. İnsan bütün situasiyalarda azad ola bilərmi? Romanın qoyduğu sual budur. Heç tələsmirəm, asta-asta yazıram. Xeyli hissəsini yazmışam. Yəqin bu il çap etdirəcəyəm”.

Etimad Başkeçid: “M. Meterlinkin “Seçilmiş əsərləri”ni tərcüməsini təzəlikcə bitirib təhvil vermişəm. Hazırda Kamal Abdulla ilə birlikdə almanların məşhur “Nibelunqlar nəğməsi” eposunun tərcüməsi üzərində işləyirəm. Nəhayət dissertasiyamı yazıb qurtarmağa çalışıram. Yeni romanımın qeydlərini aparmışam. Eposun tərcüməsini bitirər-bitirməz onu yazmağa başlayacağam”.

Salam Sarvan: “Yeni şeirlər kitabım ola bilsin bir ay ərzində çap olunsun. Yeni kitabda əvvəlki kitabda olmayan şeirlər olacaq. Kitabda olacaq şeirlərin bir beş-altısı Kulis.Az-da çap olunub”.

Cavid Zeynallı: “Konkret olaraq indi heç nə yazmıram. Amma Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım haqqında material toplayıb, yazı yazmaq niyyətim var. Bir xeyli material da toplamışam, oxumuşam. O qadının həyatı o qədər ağrılı olub ki, onu geniş şəkildə işləməyi düşünürəm. Yarımçıq bir hekayəm də var. Təxminən 7-8 aydır, yarısını yazmışam. Onu tamamlamaq fikrim var”.

Mirmehdi Ağaoğlu: “Bir hekayə üzərində işləyirəm. Şərti adı "Kreditə ər"dir. Rayondan dolanışıq üçün Bakıya köçmüş yoxsul bir ailənin taleyindən, şəhərdə ailə ənənələrinin dağılmasından bəhs edir. Hələlik xeyli yazmışam, təqribən 70-80 min işarə həcmində olacaq. Tətildə bitirmək fikrindəyəm. Bu qısamüddətli plandır. Toy haqqında roman yazmağı planlaşdırıram. Ümumi plan, qurğu hazırdır, sadəcə qalır yazmaq. Roman modernizm janrında olacaq”.

# 3770 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər