news-inner
clock08:00 calendar-gray 18 Mart 2013 view-gray4847 dəfə oxunub
view-gray4847 dəfə oxunub

Gülməkdən ölən komediya aktyoru

O, yayın istisində ictimai nəqliyyatda gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsilərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa əlbəttə tökər. Soruşanın öz məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər.

O vaxtlar sənətkara belə hörmət vardı.

Atasını 1918-də ermənilər qətlə yetirib

Hələ 2 yaşında olanda anasını itirmişdi. 5 yaşında, 1918-ci ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər.

1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımına başlayanda onlar qaçıb Azərbaycana gəlirlər, amma bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir.

O vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç qardaş idilər, çox çətinliklərlə boya-başa çatdılar.

7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki, çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Elə ilk günlərdən dram rəhbəri onun istedadını sezir. Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatının diqqətini çəkib, onlarda maraq yaradır.

Bu minvalla Əliağa hələ çox gənc yaşlarından Gənc Tamaşaçılar Teatrının truppasına gəlib çıxır.

Onu Mirzəağa Əliyev kimi sənətkar bəyənir, ştata götürülməsinə nail olur.

O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev.

İlk sevgi və evlilik

Gənc Tamaşaçılar Teatrının özülünü qoyanlardan biri olan aktyor az bir zamanda oynadığı obrazlarla, istedadı və xoş xasiyyəti ilə hamının sevimlisinə çevrilir. Kollektivin gənc qızları arasında onu sevənlər də az deyildi, amma Əliağanın gözü onlardan birini tutmuşdu.

Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili idilər. Məhəbbətlərinin özülü elə səhnədə qoyuldu. Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş”.

Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvcahirlə evlənir.

Uşaqları dünyaya gələndən sonra Cəvahir xanım evdə oturmalı olur, Əliağa uşaqları ona etibar edib özü sənətin zirvələrinə doğru kəşməkəşli yola çıxır.

Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov baxır. Tamaşadan sonra Bağırov Əliağanı yanına çağırtdırır. Qardaşı Mirzəağa 1937-də ildə repressiyaya uğrayan aktyor kəfənini boynuna salıb rəhbərin qəbuluna yollanır. Sən demə, Mircəfər Bağırov onu çağırtdırıb ki, oynadığı obrazdan heyranlığını ifadə etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının olub-olmamağını da soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri adı verilib. Sonra da xalq artisti olub. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi.

Ona SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Hər dəfə bu söhbətdən yumorunu işə salmaqla yayınan aktyor ömrünün sonuna qədər nə partiyaya daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.

Məşədi İbada verilən kürk

“O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi hamı tanıyırdı, amma adı ilə deyil oynadığı obrazla, Məşədi İbad kimi.

Aktyorla birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki, bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim bu nədir gətirmisən? Dedi tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər".

Mirzəağa Əliyev dünyasını dəyişəndən sonra bir gün Şıxəli Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səhnəsinə lazımsan.

Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gələndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”.

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

Saqqalının üstündə isə günlərlə özü işləyib, nəhayət təbii göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib.

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Onun teatrın bufetinə girməyi yetərmiş ki, bütün aktyorlar başına yığışsın. Deyib-gülməyi, yeyib-içməyi çox xoşlayırmış, elə bunun da güdazına gedir.

Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.

Bir qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də övladlarımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladlarının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmuşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor oldu. Musiqili Komediya Teatrının səhnəsində şöhrət qazanan “Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxtsız köçdü.

İynə vurub filmə çəkilib

Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə, çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhətində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisidir.

Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “Dedim ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

Amma ondan sonra neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu Əliağa Ağayev.

Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə oturub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətrafdakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı partlayıb. Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi dünyasını dəyişib.

Bu, 3 noyabr 1983-cü ildə olub.

Bu il sənətkarın 100 illiyidir.

Oxşar xəbərlər

Xəbər lenti

Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
21:00 24 İyun 2021
BMT-nin nümayəndəsi Bakıdakı erməni kilsəsində olub
19:02 24 İyun 2021
Nişanını qaytarıb qohumu ilə evləndi, sevgilisi damarlarını doğradı, arvadı ona görə özünü öldürdü – Video
18:15 24 İyun 2021
Nüsrət Kəsəmənlinin oğlu Şuşaya görə medal aldı
17:40 24 İyun 2021
Cinsi yolla çoxalma sona çatır: Seksdən qurtuluş
17:30 24 İyun 2021
Azərbaycanlı prodüser iş yerində öldü
16:47 24 İyun 2021
Xalq şairinin kitabı təqdim edildi
16:44 24 İyun 2021
Kann festivalının münsiflərinin çoxu qadınlar olacaq
16:04 24 İyun 2021
Qasımın metamorfozu – Yeni hekayə
15:37 24 İyun 2021
Nizami haqda musiqi albomu təqdim olunub
14:55 24 İyun 2021
Cem Yılmazdan peyvənd açıqlaması: Bunun üçün axmaq olmaq lazımdır
14:12 24 İyun 2021
Azərbaycan-İraq mədəni əlaqələri müzakirə olundu
13:36 24 İyun 2021
Kəlbəcərli şair ata ocağına getdi, şeirlər yazdı - Fotolar
12:50 24 İyun 2021
Həkim olmaq istədi, 18 ay daş daşıdı, namaz qıldı – Elçibəy haqda 10 inanılmaz fakt
12:11 24 İyun 2021
Bütün azərbaycanlıların əzbər bildiyi şeir – Mətn
11:30 24 İyun 2021
Uyuşdurucudan çürüyən 16 yaşlı Aykalar - Tarqovıda, Neftçilərdə, Qaraçuxurda...
11:01 24 İyun 2021
Gənc şairimizin kitabı Özbəkistanda çap olunub
10:37 24 İyun 2021
Tanınmış yazıçımızın xanımı vəfat etdi
10:05 24 İyun 2021
Ayaz Salayevin başına bəla olan qadın – Zamin Hacı yazır...
09:01 24 İyun 2021
7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021