news-inner
clock08:30 calendar-gray 18 Mart 2013 view-gray5438 dəfə oxunub
view-gray5438 dəfə oxunub

Hamilə qalan Roma Papası

Bir neçə gündür ki, xristian dünyasında baş verən dəyişikliklər, Papa seçkisi bütün dünyanın diqqət mərkəzindədir. Bəs biz müsəlmanlar Vatikan və Roma Papaları haqqında nələri bilirik? Həqiqətənmi Roma Papaları həmişə hamıya nümunə olublar?

Kulis.az oxucuları Roma Papaları ilə yaxından tanış etmək üçün 10 maraqlı faktı təqdim edir:

Hansı xristian lider “Quran”ı öpüb?

Roma papası II İoann Pavel xristianlıqla islam arasındakı buzların əridilməsinə göstərdiyi səylərlə yadda qalıb. Pavel tarixdə ilk Roma papasıdır ki 2001-ci ildə Suriyanın paytaxtı Dəməşqə ziyarəti vaxtı məscidə girərək dua edib, hətta hamının gözü qarşısında Quranı da öpüb.

Ən bahalı “papamobil” kimin olub?

Almaniyanın tanınmış “Daimler” avtomobil konserni keçən il eks Roma papası XVI Benedikt üçün “Mercedes M-Class” bazasında yığılmış yeni xidməti avtomobil hazırlamışdı. “Papamobil” adlanan avtomobil əvvəlkilərdən daha təhlükəsiz, geniş, komfortludur. Kuzovu və şüşələri gülləkeçirməz olan bu eksklüziv model avtomobili 10 ay müddətinə yığılmışdı. Qiyməti rəsmən açıqlanmasa da, təxminən 75 min avroya başa gəldiyi deyilir. Qeyd edək ki, Roma papaları 1930-cu ildən bu model avtomobillərdən istifadə edirlər.

Niyə XX İoann olmadığı halda XXI, XXII və XXIII İoann olub?

Portuqal Pedr Julian 1276-cı ildə Roma papası seçilib və İoann adını götürüb. Baxmayaraq ki, ondan əvvəlki papa 19-cu idi, Julian bir rəqəmi ötürərək özünü XXI İoann elan edib. O inanırdı ki, papalıq tarixində daha bir İoann olub, lakin onun adı tarixə düşməyib, ona görə də özünü bir rəqəm irəli qeyd edib. Ancaq sonradan bəlli olub ki, papa yanılıb, tarixdə başqa bir İoann olmayıb. Yüz illərdir davam edən nömrələməni də dəyişmək çətin olduğundan, sıralama belə də davam edib.

Hansı rahiblərə pivə içməyə icazə verilirdi?

XVII əsrdə alman rahiblər vəzifə başında pivə içmək üçün Roma Papasından icazə istəyiblər. Onlar Papaya elçi ilə birlikdə bir çəllək pivə də göndəriblər. Ancaq səyahət o qədər uzun çəkib ki, pivə Papaya çatınca turşuyub. Papa da pivəni içəndə: “Bu cür zəhrimarı vəzifə başında içmək olar”,- deyərək icazə verib. Bundan əvvəlki Papa XVI Benedikt də pivə sevgisi ilə yadda qalmışdı.

Niyə Papanın tacında xaç tərsinə çəkilib?

Tərs xaç çoxlarına satanizm, blek-metal qrupları və anti-xristianlığı xatırlatsa da, katoliklər üçün bu simvolun başqa mənası var. Müqəddəs Pyotr özünü İsa Məsihin ölümü ilə dünyadan köçməyə layiq görməyərək, tərs xaçda çarmıxa çəkilməyi vəsiyyət edibmiş. Bu xaç rəsmi olaraq katolik simvollarından sayılır və Roma Papasının tacında əksini tapıb.

Roma Papası hansı heyvanı balıq elan edib?

Cənubi Amerikanın missionerləri XVI əsrdə kapibara adlı bir heyvana rast gəliblər. Qeyd edək ki, donuz böyüklüyündə, daha çox siçanı xatırladan kapibara gəmiricilərə aid olub, həm suda, həm quruda yaşayan heyvandır. Missionerlər Roma Papasından kapibaranı balıq elan etməyi xahiş ediblər ki, onu rahatca yeyə bilsinlər. Papa da onların istəyini geri çevirməyib.

“Sisktin madonnası” rəsmində Roma Papasının neçə barmağı var?

Rəssam Rafaelin “Sisktin madonnası” əsərinə baxanda çoxları II Papa Sikstinin əlində altı barmağın olduğunu düşünür. Üstəlik, Siskt adının “altı” kimi tərcümə edilməsi bu fərziyyələri daha da gücləndirir. Əslində isə orda barmaq kimi görünən ovucun bir hissəsidir.

Yerin Günəş ətrafında fırlanmağını Vatikan nə vaxt qəbul edib?

1992-ci ildə Roma Papası II İoann-Pavel nitqində Qalileo Qalileyi mükəmməl fizik adlandıraraq keçmişdə baş verənlərə görə təəssüfləndiyini bildirib. Beləliklə, Vatikan rəsmi olaraq Yerin Günəş ətrafında fırlandığını qəbul edib.

Papa hamilə qalsa, nə baş verər?

Vatikan tarixinin ən “üzüqara” xatirəsi, heç şübhəsiz, qadın Papanın hamiləliyi sayılır. Belə ki, IX əsrin əvvəllərində İngiltərə xristianlığı yaymaq məqsədi ilə Avropaya çoxlu rahib göndərir. Səfər vaxtı həmin rahiblərdən birinin Jin adlı qeyri-qanuni qızı dünyaya gəlir. Qız mədəni, varlı bir ailəyə verilir və böyüyəndə anası kimi rahibə vurulur. Kişi paltarı geyinərək sevgilisi ilə Fransanı, Almaniyanı gəzir, ondan ilahiyyat, fəlsəfə, tarixi öyrənir. Rahib öləndən sonra “dost”unun saqqal buraxmamağı cəmiyyətin narazılığına səbəb olduğundan, Jin uzun müddətdir yaşadığı Afinanı tərk edərək Romaya köçür. Burda ilahiyyatdan dərs deyən Jin rahiblərin etibarını qazanır, 847-cı ildə Roma Papası IV Leonun ölümündən sonra namizəd kimi göstərilir. Papa seçilən Jin işlərin öhdəsindən yaxşı gəlir, ta ki bir kardinalla münasibət quranacan. Hamilə qaldığını öyrənən qadın Papa uşağı doğmağa qərar verir və qarnını geniş paltarlar geyinərək 9 ay gizlədir. Getdiyi açılış mərasimində təsadüfən doğuş sancılarının tutması hamını şoka salır və Jinin iki illik hökmranlığı bu qalmaqalla bitir.

Rahiblərə bakirələrin evinə girməyi kim qadağan edib?

314-cü ildə yaşayan Papa Silvestr subay rahiblərin evlənməyini qadağan edib. Ancaq bu qadağa tezliklə fahişəliyin artmağına səbəb olub. Vəziyyətin ağırlaşdığını görən imperator Qratien 370-ci ildə qanun hazırladaraq rahiblərin dullar və bakirələrin evdə tək qaldıqları müddətdə yanlarına getməyini qadağan edib.

Hazırladı: Rəna Nevzat

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020