“Ədəbi Azadlıq-2013” başlandı

“Ədəbi Azadlıq-2013” başlandı
14 mart 2013
# 10:36

Martın 13-də Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da ədəbiyyat müsabiqəsi başlanır.


Kulis.Az Azadlıq Radiosuna istinadən xəbər verir ki, müsabiqə ötən il olduğu kimi şeir və hekayə nominasiyalarında keçiriləcək.

“Ədəbi Azadlıq-2013” adlanan müsabiqənin mükafatları notebook-lar, netbook-lar və e-book readerlər-dir (elektron kitab oxuma qurğuları).

Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla).

Şeir və hekayələr üçün heç bir mövzu və həcm məhdudiyyəti yoxdur.

Hər müəllifdən yalnız 1 hekayə və maksimum 2 şeir qəbul edilir.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə münsiflərin sayı artırılacaq. Onların hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 50 seçmə hekayə və 50 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər:[email protected]

Əsərlər martın 13-dən aprelin 13-dək (həmin gün də daxil) qəbul ediləcək.

oxuzali.az

# 3287 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər