"MKM-in siyahısı biabırçılıqdır"

"MKM-in siyahısı biabırçılıqdır"
1 mart 2013
# 19:23

Yazıçı Cavid Zeynallı Milli Kitab Mükafatının bu gün açıqlanan uzun siyahısını (ilk 20-lik) biabırçılıq adlandırıb. İyirmiliyə əsəri düşməyən C.Zeynallı Kulis.Az-a açıqlamasında ekspertlərin özünə yaxın adamları siyahıya saldığını bildirdi: “Bu siyahıya baxan kimi hiss olunur. Burda ədəbi kriteriyalardan daha çox ekspertlərə yaxınlıq, nəsil anlayışı əsas götürülüb. Siyahıda elə müəlliflər var ki, ədəbi mühitdə qeyri-ciddi imza kimi tanınırlar. Eyvaz Zeynalovun, Alik Məmmədovun və Azər Qaradərəlinin potensialına yaxşı bələdəm. Vahid Qazının “Çamayra. Kuba gündəliyi” əsəri sırf publisistikadır. Ancaq bədii əsər kimi ora daxil edilib”.

Yazıçı MKM-in təsisçisi Nigar Köçərlinin müsabiqənin rəhbəri kimi balları açıqlamasını xahiş etdi: “Ekspertlərin mənim əsərimə verdiyi balı açıqlasın. Həmçinin ekspertlər mənim romanımı hansı səbəbdən kənarda saxlayıblar, ona aydınlıq gətirsinlər. Ekspertlərdən biri mənə üstüörtülü dedi ki, sənin əsərin oxunuşa verilməyib, o biri də dedi, siyahıya düşmək üçün balın çatmadı. Anlaşılamaz, absurd vəziyyətdir”.

MKM-in eksperti Yaşar Əliyev C.Zeynallının dedikləri ilə razılaşmayaraq onlara təqdim olunan ümumi siyahıda onun əsərinin olmadığını söyləyib: “Biz məsələ qaldırdıq ki, Cavidi ümumi siyahıya salaq, amma təklif gəldi ki, Cavid gənclər siyahısında olsun. Mən onun əsərini oxumamışam və onun əsərinin nə üçün ekspertlərə təqdim olunmamasının səbəbini bilmirəm. Cavid və qırx nəfərə yaxın başqa imza gənclər üçün nominasiyaya daxil edilib. Bir də ki, Vahid Qazının əsəri publisistik çalarla yazılmış bədii əsərdir. Əsər üslub cəhətdən çox maraqlıdır. Bu milli kitab mükafatıdır, bədii əsər də, publisistik əsər də ola bilər. Burada sırf bədii əsərlərdən söhbət getmir”.

C.Zeynallının iradlarını normal qarşılayan MKM-nin rəhbəri Nigar Köçərli isə bildirib ki, hər kəsin rəyi onlar üçün vacibdir. Balların açıqlanmayacağını sözlərinə əlavə edən N.Köçərlinin ekspertlərin tərəf tutmasına münasibəti belə oldu: “Ekspertlər ayrılıqda, tək-tək buna münasibət bildirsinlər. Kimin əsərinin uzun siyahıya düşüb-düşməməyi ilə bağlı söhbətlərə yalnız onlar cavab verə bilər. Bizə əsərlərini göndərən müəlliflərə qeydiyyat nömrəsi verilibsə deməli onun əsəri qeydiyyata götürülüb və kitab və ya disk şəklində ekspertlərə təqdim olunub”.

# 5630 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər