news-inner
clock08:00 calendar-gray 25 Fevral 2013 view-gray3017 dəfə oxunub
view-gray3017 dəfə oxunub

Sumqayıtda dəfn edilmiş Hitler əsgərləri - FOTO-REPORTAJ

“Yeni Kotec qəsəbəsində kimdən “Nemes qəbiristanlığı”nın yerini soruşsan sənə göstərəcəklər.” – Dostum bələdçilik edə bilməsə də, Alman əsirlərinin dəfn olunduğu qəbiristanlığın yeri haqqında mənə qısaca məlumat verir.

““Nemes qəbiristanlığı” sizin nəyinizə lazımdı? Qapısı bağlı, səliqəli və evlərin arasında itib batmış bir yerdir.” – Taksi şoferi bütün yolu məni sualları ilə yorur. Nəhayət Sumqayıt şəhərindən bir qədər kənarda yerləşən Yeni Kotej qəsəsəbəsinə çatırıq. Taksi sürücüsü bir-birinin ardınca yersiz suallar verdiyini başa düşdüyü üçün susur. Bəlkə də yol boyu verdiyi suallardan utandığı üçün qarışıq küçələrdə canfəşanlıqla alman əsirlərinin dəfn olunduğu qəbiristanlığı axtarır.

Yerli sakinlərin köməkliyi ilə evlərin arasında itib-batmış qəbiristanlığı birtəhər tapırıq. Qəbiristanlığa yaxın bir yerdə balaca dükanda satıcılıq edən Maisə xanım deyir ki, bu qəsəbədə çoxdan yaşayır. “Ailəmiz buraya köçəndə mən balaca uşaq idim. O vaxt qəbiristanlğın ətrafında bir dənə də olsun təzə ev tikilməmişdi. Yavaş-yavaş bu qəsəbə də böyüməyə başladı. Qəbiristanlığın dörd tərəfi evlərlə əhatələndi. Ancaq gedəndə özünüz də görəcəksiniz ki, gözdən uzaq yer olsa da, çox səliqəlidir. Bu qəbiristanlığa həmişə diqqətlə yanaşırlar. Hər il gəlib-gedən olduğu üçün, şəhər rəhbərliyi buranın səliqə səhmanına diqqət yetirir. Havalar isti olduğu vaxtlarda demək olar ki, hər gün fəhlələr gəlib qəbiristanlığı səliqəyə salır. ”

Naməlum əsir qəbirləri

Nəhayət ki, qəbiristanlığı tapırıq. Kənardan olduqca səliqəli görünən qəbiristanlığın ətrafı hasarlanıb, qara dəmir qapıdan isə yekə bir qıfıl asılıb. Məcburən hasardan aşıb, içəri keçirəm. Qəbirlərin heç birinin sahibi bilinmir. Çünki məzarların üstünə qoyulmuş heç bir məzar daşının üstündə bir cümləlik yazı, heç olmasa əsirin kimliyini bildirən ad və ya nömrə yoxdur. 300-dən artıq qəbir var. Üç yüzdən artıq naməlum qəbir, ömrü məşəqqətlərdə keçmiş almanların şərqdəki son mənzili...

Qəbirlər səliqə ilə, dəqiqliklə yan-yana düzülüb. Dəfn işi çox nizam-intizamlı və səliqəli aparılıb. Qəbiristanlığın içərisində xristian əsirlərin xatirəsinə böyük Xaç heykəli qoyulub.

Ətrafda evlər olsa da, qəbiristanlıqda qəribə bir sakitlik və sükut var. Gözlərimi yumub, vətənindən uzaqda, ehtiyac içində, azadlığı əlindən alınmış, müharibədə iştirak etdiyi üçün yerli insanların nifrətini qazanmış əsirləri düşünməyə çalışıram.

Mənə elə gəlir ki, qürbətdə, heç bir azadlığın olmadan, ailəndən, sevdiklərindən xəbərsiz, kimsəsiz ölmək ölümlərin ən dəhşətlisidir. Son sözünü deyəcək bir yaxının, doğmanın olmaması çox kədərlidir. Böyük Vətən Müharibəsi ilə bağlı filmlər gözlərimin önündə canlanır. Faşist ordusunun əsirlərlə davranışı, onları kütləvi şəkildə qətlə yetirməsini düşünürəm. Sumqayıt şəhərinin tarixində isə alman əsilli hərbi əsirlərin xüsusi rolu var. Yerli əhalinin söhbətlərindən belə başa düşürəm ki, Alman əsirlərinin izi hələ uzun müddət bu şəhərdə qalacaq.

Ziyarətə gələnlərin sayı azalıb

Sumqayıt sakini Qabil müəllim deyir ki, Alman əsirlərinin tikdiyi evlərin keyfiyyəti çox yüksəkdir. Şəhərin mərkəzində yerləşən üçmərtəbəli evlərə bu gün də tələbat var: “Bu evlər çox keyfiyyətlidir. Hələ də bu evlərə maraq itməyib. Sovet dövründə nemes evlərini digər evlərdən qiymətinə görə fərqlənərdi.”

Qabil Ənvərovun 67 yaşı olsa da gümrahdır və almanların burda olduğu zamanla bağlı gördüklərini və eşitdiklərini həvəslə bölüşür. “Nemeslərlə nə işim ay bacı oğlu. Bildiyim şeyləri deyəcəm, gedib dəqiqləşdirib yazarsan.Yadımda qalan odur ki, 1968-ci ildə əsirlərin sağ qalanları azad olunub öz vətənlərinə qayıtdı. Təxminən 300 nəfərə yaxın əsir sağ-salamat vətəninə döndü. Əsirlər bu qəsəbədə yaşayır və zavodların tikintisində çalışırdı. Dünyasını dəyişən almanları isə burda dəfn edirdilər. Bu qəbiristanlığın qaravulçusu da müharibədə iştirak etmiş yaşlı bir kişi idi. Çoxdandı onu görmürəm. Amma almanlar gələndə mütləq buralarda olurdu.

Əvvəllər tez-tez yaşlı almanlarla rastlaşırdım burda. Vaxtı ilə Sumqayıtda əsirlik həyatı yaşamış Almanlardan da bura ziyarətə gələn olur. Çoxları da Almaniyadan gəlib burda qohumlarını axtarırdı. İndi demək olar ki, gəlib-gedən azalıb. May ayında isə tək-tük gələn olur. ”

Oxşar taleli əsirlərin son mənzili

Əsirlikdə və vətəndən uzaqda həyata vida demiş alman vətəndaşlarının bir-birinə bənzəyən qəbirları arasında gəzişirəm. İndiyə qədər gördüyüm ən səliqəli qəbiristanlıqdır bura. Mənə elə gəlir ki, məzarları bir-birindən fərqlənməyən əsirlərin taleyi də bir-birindən fərqlənməyib. Müharibə, qanlı döyüşlər, əsirlik, qul əməyi və qürbətdə, adsız bir məzarda dəfn olunmaq...

Gəldiyim yolla taksinin yanına qayıdıram. Yəni kənardan baxanların qəribə baxışları altında hasarı aşıram. Qəbiristanlıqla evlərin arasındakı dar dalan zibilliyə dönsə də, qəbiristanlığı səliqəsi, məzarların cərgə ilə düzlüşü böyük ehtimalla Almaniyadan gələn qonaqları razı salmaq üçündür.

Hasara dırmaşmamış son dəfə böyük xaçın qarşısında bu kədərli məkan haqqında düşünürəm və qeyri-ixtiyari olaraq xaç çevirirəm...

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020