Zakir Sadatlının "Əfqanıstan uçurumu" kitabının təqdimatı keçirilib

Zakir Sadatlının "Əfqanıstan uçurumu" kitabının təqdimatı keçirilib
15 fevral 2013
# 18:37

Bu gün mərhum yazıçı-jurnalist Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabının təqdimatı keçirilib.


APA-nın məlumatına görə, “APA Holding”-də keçirilən təqdimatda mərhum jurnalistin yaxınları, dostları, media nümayəndələri iştirak ediblər.

Kitab barədə məlumat verən tədbirin aparıcısı Rey Kərimoğlu bildirib ki, “APA Holding”-in dəstəyi ilə nəşr olunmuş «Əfqanıstan uçurumu» xatirə-roman janrında yazılıb və sovet-əfqan müharibəsini olduqca detallı şəkildə təsvir edir: “Bu gün biz kitabı Zakir Sadatlının özü aramızda olmadan təqdim edirik. Bu kitabı oxuyan hər kəs Əfqanıstan müharibəsini hiss edəcək. Kitabda Zakir müharibənin pis olduğunu demir. Amma kitabı oxuduqca insan müharibəyə nifrət etməyə başlayır”.

APA Holding”-in prezidenti Vüsalə Mahirqızı isə çıxışında deyib ki, kitabın çapı təklifi Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludan gəlib: “Zakir Sadatlı oxuduqca daha çox tanıdığımız adam idi. Biz iki dəfə bu kitabın təqdimatını planlaşdırsaq da, onun özünün təşəbbüsü ilə təxirə saldıq. Düşünürəm ki, yəqin onun vəfatının ildönümünə qədər daha bir əsərini çap edəcəyik”.

Çıxış edən Z.Sadatlının yaxınları onun haqqında xatirələrini bölüşüblər. Mərhum jurnalistin qızı Fidan Aslanova kitabın çapında əməyi olan şəxslərə ailələri adından təşəkkürünü bildirib: “Əfqanıstan atamın həyatının özəl və önəmli hissəsi idi. Bu kitabı yazarkən o, Əfqanıstan həyatını yenidən yaşadı. Düşünürəm ki, bu əsər ədəbiyyatımızda öz yerini tutacaq”.

Kitabın redaktoru Anar Mahmudoğlu isə qeyd edib ki, indiyədək Əfqanıstan müharibəsi ilə bağlı 500 kitab yazılıb. Lakin onların arasında yeganə roman Z.Sadatlının «Əfqanıstan uçurumu» əsəridir: “Bu, Əfqanıstan müharibəsindən yeganə xatirə-romandır. Kitab səmimidir və oxucuları aldatmır”.

Tədbirdə qeyd olunub ki, kitabın təqdimatının keçirildiyi 15 fevral tarixi postsovet məkanında Əfqanıstan Döyüşçüləri Günü kimi qeyd olunur. Həmin gün sovet qoşunları Əfqanıstanı birdəfəlik tərk edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şair Qulu Ağsəs, “Qafqazinfo” portalının baş redaktoru Elbrus Ərud, Z.Sadatlının Əfqanıstanda döyüş yoldaşı olmuş Tərlan Eyvazov mərhum jurnalistlə bağlı xatirələrini danışıb, kitabın çapına göstərdiyi dəstəyə görə “APA Holding”-in rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Təqdimat mərasimində Z.Sadatlı haqqında hazırlanmış klip və kitabı üçün hazırlanmış illüstrasiyalar da təqdim olunub.

# 3382 dəfə oxunub

Oxşar xəbərlər

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər