Pornoya baxan uşaq sindromu

Pornoya baxan uşaq sindromu
15 fevral 2013
# 08:30

Kulis.az bu dəfə övladları yeniyetmə olan valideynlər üçün yazı hazırlayıb. Professor Con Kiper yeniyetməlik dövrünü seksuallığın kəşfi baxımından sağlam keçirmək üçün valideynlər bəzi məsləhətlər verib.

Yeniyetməlik hormonal balansın dəyişikliyi ilə meydana çıxan, uşaqlıq dövrü ilə yetkinlik dövrü arasındakı keçid dövrüdür. Yeniyetməlik çağı genetika, sosial, iqtisadi və mədəni şərtlərə görə dəyişərək, əsasən 12-20 yaş arası qəbul edilir. Ölkəmizdə bu yaş dövrü qızlarda 10-12 yaş, oğlanlarda 12-14 yaş hesab olunur.

Yeniyetməlikdə cinsi hormonlar artır, həm fiziki, həm də sosial şəxsiyyət baxımından dəyişikliklər yaranır, fərd bədənini tanımağa başlayır. Bundan başqa, yeniyetmə uşaqlıq və yetkinliyin fərqinə vararaq bədəninə daha çox vaxt ayırmağa, seksə maraq göstərməyə meyllənir.

Bir çox valideynlər həmin dövrdə yeniyetmə ilə necə davranmaq lazım olduğunu müəyyən edə bilmir. Əksər vaxtlarda onların səhv davranışları uşaqlarda şəxsiyyət formalaşmasına mane ola, psixi problemlər yarada və yeniyetməni cəmiyyətdən uzaq sala bilir.

Yeniyetməlikdə fərd fiziki və ruhi dəyişikliyi başa düşməkdə çətinlik çəkir. Həmin dövrdə müşahidə apararaq bəzi məlumatları öyrənməyə çalışır, sekslə bağlı hər şey onun diqqətini çəkir.

Çox vaxt valideynlər uşaqlarının böyüdüyünü qəbul etmir və mövzunun ciddiyyətinə varmır. Onun sual verməyini, nə iləsə maraqlanmağını gözləyir. Halbuki vəziyyət yeniyetmənin gözündə daha ağırdır və heç cür cəsarət edib sual verə bilmir. Ancaq yeniyetmənin ən vacib ehtiyaclarından biri – düzgün məlumatlandırılma çox mühümdür. Yeniyetmə bu məlumatları valideyndən ala bilmirsə, fərqli mənbələrə baş vurur. Həmin mənbələrdən nə qədər doğru məlumat alması isə sual altındadır.

Cinsi məlumatların verilməsi üçün ən yaxşı yaş 9-10 yaşlardır. Uşaqların kənardan səhv məlumatlar almamağı üçün yeganə yol onlara düzgün, elmi bilgilər verməkdir.

Hazırda texnologiyanın inkişafı ilə yeniyetmələrin cinsi həyatında ciddi bir problem yaşanmaqdadır. Gənclər internetdən porno saytlara girir və qeyri-sağlam şeylər öyrənirlər. Buna mane olmaq üçün:

• Övladınıza seksin təbii, ancaq yeri və vaxtı gələndə yaşanacağını başa salın.

• Övladınızın bu saytlara girdiyini bildiyinizi onu utandırmadan hiss etdirin. Bunun düzgün olmadığını başa salın.

• Bu cür saytlara girişi qadağan edən proqramlardan yararlanın.

• Əlbəttə, övladınız kənarda da bu saytlara girə bilər. Ona bunu etməyin mənasız olduğunu, hər şeyin öz vaxtında olacağına inandırın.

• Düzgün məlumatlandırsanız, o, daha internetdə seks saytlarına baxmayacaq.

Münasibətlər, qadınlar, kişilər, sekslə bağlı suallarına dolğun cavablar verməyə çalışın. Cavab verəndə övladınız üzünüzdə əminlik və rahatlığı hiss etməlidir. Danışanda özünüzü çox xüsusi bir məsələdən deyil, ən adi və normal bir vəziyyətdən danışırmış kimi göstərin.

Fərdlər filmlərin, saytların, çevrəsinin təsiri ilə erkən yaşda cinsi təcrübə yaşamağa cəhd göstərirlər. Təəssüf ki, bu təcrübələr bir sıra problemlərə yol açır.

Erkən seksual təcrübənin təhlükələri

• Hamiləlik: Məlumatsız cinsi təcrübənin birinci nəticəsi hamiləlikdir. Hamilə qalan, yaxud partnyorunu hamilə qoyan gənc bundan çıxış yolu tapa bilmədikdə depressiyaya düşür, məktəbdən uzaqlaşır, evdən qaçır və bu problemi həll etmək üçün pul tapmağa çalışır. Bu pulu o oğruluqla, narkotik vasitələrin daşınması, yaxud fahişəliklə əldə edərək problemi həll edir. Bəziləri də həll edə bilmir, hamiləliyi gizlətməyə çalışır. Özü uşaq olan fərd birdən-birə valideyn olur və bu yükü daşıya bilmir. Uşaq yaşlarında valideyn olmaq məcburiyyətində qalan yeniyetmələrin uşaqları da özləri kimi problemli olurlar. Oxuduqlarınız sizə dünyanın başqa bir ölkəsində baş verən hadisələr kimi görünə bilər, ancaq çox heyf ki istənilən cəmiyyətdə belə hallara tez-tez rast gəlinir.

• Qorunma vasitələri olmadan yaşanan münasibətlər zamanı cinsi yolla keçən xəstəliklər yayğınlaşır. Hətta GİÇS kimi ölümcül xəstəliklərə yoluxma riski də olur. Ən bəsit cinsi xəstəlik belə müalicə olunmasa cinsi artıma mane olur.

• Məsumanə yaşanan cinsi yaxınlıqlar təhdid və şantajlara səbəb olur, bəzən ailələrin dağılmasına qədər gəlib çıxa bilir.

• Gecə həyatı və onunla birlikdə içki, narkotik vasitələrin istifadəsi faciələrə yol açır.

Seks təbii ehtiyacdır. Ancaq yemək kimi məcburi ehtiyac deyil, seçimə bağlı ehtiyacdır. Cinsi enerji ancaq sekslə boşalmır. Rəqs edərək, yaxud fərqli fəaliyyətlərlə də bədəndən çıxa bilər. Masturbasiya da boşalmanın bir növüdür.

Valideynlərin bu dövrdə edə biləcəkləri ən yaxşı şey – övladları ilə daima ünsiyyət qurmaq, onlara hörmət etmək, idman növlərinə, rəqsə meylləndirmək və masturbasiyanı pis bir şey kimi qələmə verməməkdir.

Yeniyetməlik çağını sağlam keçirmək fərd üçün çox vacibdir. Gəncin özünə inam, uğur və başqa xüsusiyyətlərinin təməli məhz yeniyetməlikdə qoyulur. Övladınızın problemlərini həll etməkdə çətinlik çəkirsinizsə, həkimə, yaxud psixoloqa müraciət etməkdən çəkinməyin.

# 9235 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər