news-inner
clock10:00 calendar-gray 19 Fevral 2013 view-gray16334 dəfə oxunub
view-gray16334 dəfə oxunub

Bakıda qeyri-adi toy-FOTOLENT

- Bəy, sizi Nurtəkin xanımın BEŞİKBAŞI (toy) mərasiminə çağırırıq.

- Məmnuniyyətlə iştirak edərəm. Toy Ocaq qaydası ilə olacaq, yoxsa adi qaydada?

- BEŞİKBAŞI mərasimi-OCAQ qaydası deməkdir. Başqa qayda olmaz təbii.

- Aha, anladım, problem yoxdu, iştirak edəcəm.

- Bəy, deməsi ayıb çıxmasın toyda pul olmayacaq. Birdən borca-zada gedərsiniz.

Bakıdakı qeyri-adi, Asif Ata davamçılarının toyuna “dəvətnamə”ni facebook vasitəsilə aldıq.

***

Filosof Asif Ata 1978-ci ildə Mütləqə İnam Ocağı yaradıb. Ocaqda onun davamçıları birləşib. Onlar Asif Atanı peyğəmbər, onun yazdıqlarını isə müqəddəs hesab edirlər.

***

Şadlıq evinə girən kimi qeyri-adiliyin şahidi oluruq. Bəylə gəlin – İlqar bəylə Nurtəkin xanım - qonaqlardan qabaq gəlib, öz yerlərini tutublar. Başlarının üstündən Ocaq bayrağı asılıb. Ocaq bayrağında Günəş əks olunub, Günəşin içərisində isə Asif Atanın şəkli var. Bəylə gəlinin oturduğu masanın qarşısında balaca bir beşik qoyulub.

Stolların üstündə mineral su, təbii şirələr və meyvədən başqa heç nə yoxdur.

Mərasimin şadlıq evində keçirilməsi ilə yanaşı qonaqların gecikməsi də ənənəvi toyların əlamətləri kimi yada düşür.

Asif Atanın davamçılarından olan Soylu Atalı deyir ki, toyu tam Ocaq qaydası ilə keçirmək üçün münasib yer tapmayıblar, ona görə şadlıq evinə üz tutmaq məcburiyyəti qarşısında qalıblar.

Qonaqların gecikməsi səbəbindən toy yarım saat gec başlayır.

Evlənənlərə ilk xeyir-duanı isə valideynlər yox, Soylu Atalı verir. Deyir ki, toy mərasimi fərqli şəkildə keçiriləcək və hamını bu fərqliliyə hörmətlə yanaşmağa çağırır. Sonra Asif Atanın “Müqəddəs mərasim” adlı xeyir-duasını oxuyur. Burada qeyd edilir ki, evlənməyin məqsədi müqəddəsliyin sabaha çatdırılmasıdır: “Gəlinin ər evinə gətirdiyi varidat – qeyrətdir. Cehiz ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı maddiyyatla ölçmək qəbahəti lənətlənməlidir. «Qız Sahibinə» maddi bəxşiş verilməsi – gəlinin əşyalaşması, əmtəələşməsidir. Həmin murdarlıq evlənmə mərasimindən silinməlidir. Kef məclisi evlənmə mərasiminin ülvi ciddiyyətinə yaddır. Həmin bayağılıq mərasimdən silinməlidir”.

Duada o da vurğulanır ki, Avropa mədəniyyətinin təsirindən toylarımız restoran görkəzmələri, hay-həşiri səviyyəsinə enib: “Pulçuluğun müqəddəsliyi üstələdiyi bir vaxtda xalqın sonuncu dayağı olan ailə janrı məhv olmaqdadır. Artıq heç kəs buna qarşı əməli dirəniş göstərmir; xalqın (əslində kütlənin) başladığı, düçar olduğu bu ənənədən kənara çıxmağı mümkünsüz görürlər. Biz ulusumuzu iradə və ərdəmlik göstərməyə çağırırıq. Restorançılıq qarın mərasimidir. Qarın üçün gələnlər həm də gəlişlərini borc verirlər. Evlənmə mərasimi kef məclisi ilə əvəz olunur. Süfrədə sürüləşmə, rəqsdə sürüləşmə – fərdi keyfiyyətlərin, özünəxaslığın itirilməsi ilə nəticələnir. Gəlinin yarıçılpaqlığa qədər soyundurulması, müxtəlif çeşiddə rənglərlə boyadılması, hərcayi səviyyədə nümayiş etdirilməsi milli ruhumuzu təhqir etməklə yanaşı, həm də bir xalq olaraq taleyimizi sual altına alır”.

Mətnin son hissəsində bildirilir ki, bütün bunlardan xilas məqsədilə

“Beşikbaşı Mərasimi” adlandırılan evlənmə kuralları təqdim olunur.

Soylu Atalı bu qaydalar haqqında da məlumat verir.

Və mərasim başlayır. Soylu Atalı Ocaq Yükümlüsü müqəddəs kitab saydıqları Asif Atanın Ocaq əlifbası ilə yazılmış kitabını bəylə gəlinə hədiyyə edir. Bundan başqa nikahın ruhani təsdiqi sayılan sənəd də yeni evlənənlərə təqdim olunur. Evlənənlər əllərində məşəl bir-birinə sədaqət andı içirlər: «Ata Ruhu qarşısında, Mütləqə İnam Ocağı qarşısında and içirəm: Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi dəyər səviyyəsində yaşatmağa çalışacağam!». Bəylə gəlin bayrağı öpürlər.

“Beşik mərasimi” qaydasına görə, evlənənlərə beşik bağışlanır.

Bayaq gördüyümüz beşik də məhz bu səbəbdən bəylə gəlinin masası qarşısına qoyulubmuş.

***

Mərasim başa çatandan sonra Ocaq bayrağı götürülür. Beşik isə yerində qalır.

***

“Beşik mərasimi”nin başa çatmasından sonra Muğam Müsabiqəsinin qaliblərindən biri İlkin Əhmədov “Sarı gəlin”i oxumağa başlayır. Məclis muğamların ifası ilə davam edir. Süfrəyə müxtəlif təamlar məhz bu vaxt gətirilir. Ofisiantlar yeməkləri süfrəyə düzəndən sonra kənara çəkilirlər, çünki onlara belə göstəriş verilib: “Yeməkləri düzəndən sonra heç nə qarışmayın, camaatı bezdirməyin, hamının əli var və özünə qulluq edə bilər”. Bir azdan rəqs havaları başlayır, iştirakçılar qol götürüb oynayırlar.

***

Toya ocaqçı olmayan yüzə qədər adam gəlib.

Onlar arasında ictimai xadimlər də vardı: Xaliq Bahadır, Azər Həsrət, Əkbər Qoşalı, Ənvər Börüsoy və başqaları... Əkbər Qoşalı çıxış edib fərqli toyu bəyəndiyini, toyun türk əxlaqına, mədəniyyətinə, mənəviyyatına uyğun şəkildə keçirildiyini də bildirdi. Sonda isə evlənənlərə ailə səadəti və xoşbəxtlik arzuladı.

***

Rəqslər və çıxışlar başlayandan sonra Əkbər Qoşalı yerindən replika verməyi unutmur: “Fərqli toy da o birilərə oxşamağa başladı deyəsən”.

***

Çıxışların çoxaldığını görəndə getmək qərarı verdik. Toyu tərk edəndə fotoqrafımızın şikayətini eşidirəm: “Bu tam fərqli toy olmadı ki... Elə bilirdim, paltarları da fərqli olacaq”.

Oxşar xəbərlər

Xəbər lenti

Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020
Qanın alın yazısı yox idi - Aqşindən yeni şeir
10:41 23 Oktyabr 2020
Fərid Hüseynin yeni kitabı çıxdı
10:15 23 Oktyabr 2020
"Qurban olum Azərbaycan" mahnısının söz yazarı vəfat etdi
09:40 23 Oktyabr 2020