news-inner
clock11:25 calendar-gray 11 Fevral 2013 view-gray2791 dəfə oxunub
view-gray2791 dəfə oxunub

Əlişir Nəvainin lətifələri

Tanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 - 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 - 1506) sarayında vəzirlik edirmiş.

***

Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.

Nəvai deyir:

- İnsanın olmadığı yerdə.

Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:

- Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?

Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:

- Yoxsa biz insan deyilik?!

***

Nəvaini çətin vəziyyətə salmaq üçün daim girəvə gəzən Bayqara bir gün ona deyir ki, üç günün içində mənim üçün daşdan papaq tik. Nəvai heç tövrünü pozmadan bildirir:

- Bunda çətin heç nə yoxdur. Ancaq mənim söyüd külündən əyrilmiş bir yumaq ipə ehtiyacım olacaq. Onu təmin etsəniz, tələbinizi yerinə yetirərəm.

Hüseyn Bayqara cırnayır:

- Heç söyüd külündən də ip olar?! Birinci dəfədir eşidirəm.

Nəvai dillənir:

- Daşdan papaq olarsa, söyüd külündən ip niyə olmasın?!

***

Bir gün səfərdə ikən Hüseyn Bayqara ağac altında özünə yataq açdırır və uzanıb dincəlmək istəyir. Ancaq yorğan öz boyundan qısa olduğundan onu başına çəkəndə ayaqları, ayaqlarını örtəndə isə başı açıqda qalır. Bundan əsəbiləşən sultan Bayqara oradakı vəzir-vəkilini, əyanları və xidmətçiləri başına yığıb, əmr verir:

- Necə edirsiniz edin, yetər ki, bu yorğan başımla ayaqlarımı eyni dərəcədə örtsün.

Hamı sultanın başına yığışıb, bu məsələyə bir əncam çəkməyə çalışır. Bu vaxt onları yarıb, irəli çıxan Əlişir sultanın ayaqlarına zoğal çubuğuyla güclü bir zərbə vurur. Canının ağrısından ayaqlarını qarnına yığan sultan niyə belə etdiyini soruşur və Əlişirdən bu cavabı alır:

- Mən sizin mübarək əmrinizi yerinə yetirdim. Yoxsa sizinlə bir qəsd-qərəzliyim yoxdur ki! Əgər yorğan boyunuza uyğun deyilsə, onda siz ayaqlarınızı yorğanın boyuna görə uzatmalısınız. Vəssalam, şüdtamam!

***

Səfərə çıxacaqları gün sübh tezdən Sultan Bayqara Əlişir Nəvai ilə məzələnmək, ona sataşmaq fikrinə düşür. Bu məqsədlə kimsəni duyuq salmadan vəzirin atının saxlanıldığı tövləyə girir və zavallı heyvanın dodaqlarını kəsir. Həmin vaxt Nəvai oyaq olduğu üçün hənirti eşidir və məsələnin nə yerdə olduğunu öyrənir. O da əlüstü gedib, sultanın atının quyruğunu üzür.

Bundan xəbərsiz olan sultan Bayqara səfər vaxtı dönüb, kinayə ilə Nəvaidən soruşur:

- Atın niyə belə durmadan dişlərini ağardır?

Nəvai söz altda qalmır:

- Məncə, o, mindiyiniz atın kəsilən quyruğuna gülür!

Təqdim etdi:

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020