writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock14:19 calendar-gray 31 Yanvar 2013 view-gray2179 dəfə oxunub
view-gray2179 dəfə oxunub

Öpüşənlərdən utanan adam

Hər bazar günü səhər bulvara gəzintiyə çıxıram. Sakitcə dolaşaraq guya sağlamlığımı və düşünmək imkanlarımı genişləndirirəm. Bulvarı bir neçə dəfə o baş-bu başa gəzdikdən sonra körpüdə bir sakit yer seçib qağayıların hesabına ruhumu yeniləyirəm. Onların azadlığını seyr etmək həqiqətən də çox rahatlayır adamı. Onları müşahidə etdikdən sonra anlamışam ki, əslində dəniz, qağayıların süfrəsidir...

Suya baş vurub öz ruzilərini götürür, havaya qalxır, müşahidə edir, yenidən cumurlar. Küləkli havada daha şən olurlar. Dalğaların sahilə çırpılan yerində əməlli-başlı məclis qururlar. Sakit havada süfrələri elə də zəngin olmur adətən...

Bu bazar hava sakit və soyuq idi. Xeyli gəzəndən sonra yenə körpünün üstündə dayanıb qağayılara baxırdım. Əlində tutduğu şəffaf selofan torbada 4 ədəd çörək olan bir nəfər gəldi. Məndən bir az aralıda torbasını yerə qoydu. Çörəyin birindən kəsib qağayıları yemləməyə başladı. Məclis qızışdı. Suyun üzərinə düşən çörək qırıntıları islanmağa macal tapmamış qağayıların dimdiyində yenidən havaya qalxıb bir andaca onların mədələrinə düşürdü. Bir qədər müşahidə edəndən sonra adamın bütöv çörəyi qağayılara yedirtmək fikrində olduğunu anlayıb ona yaxınlaşdım...

Bakılı balası idi, Rasim. Dedi, əlli yaşı var. Beşinci mikrorayonda yaşayır. Maşın dayanacağında işləyir. Hərdən bulvara gəlib qağayıları yemləməyi xoşlayır:

- Bura səhər lap tezdən, ya da gecə gələsən. Sakitlik olur. Amma belə (sahildə orda-burda bir birinə sarılıb öpüşən gənclərə işarə edərək) biabırçılıqdı. Adam utanır gəlməyə-deyirdi Rasim...

Quşları yedirtməyə birlikdə davam edirdik. Məlum oldu ki, Rasim əvvəllər göyərçin saxlayırmış. Çoxlu ağ göyərçin. Deyirdi, göyərçinləri uçurdub aşağıdan seyr edəndə adamın əsəbləri xeyli sakitləşir...

Göyərçin saxlamağı buraxandan bir müddət sonra meylini bu qağayılara salıb. Deyir allahın heyvanıdılar. Dili yox, ağzı yox. Savabdı yedirtmək...

Rasim arada çörəyin içini əlində yumurlayıb sıxıb atırdı dənizə. Deyirdi belə edəndə çörək suda batır. Bu da balıqların payı...

Dərdləşə-dərdləşə 4 çörəyin hamısını qağayılara yedirtdik. Əllərim donmuşdu. Amma ürəyim xeyli isindi. Tanışlığımıza ikimiz də şad idik. Söhbət əsnasında bilmişdi ki, bazar günləri səhər bulvarda oluram. Deyəsən ürəyincə olmuşdu bu xəbər. Ayrılanda gülümsünərək-hər bazar gəlirsiniz eləmi?-deyə həvəslə soruşdu. Gözlərinin parıltısından hiss etdim ki, özünə yoldaş tapdığına sevinir. Dedim hə, hər bazar...

Bir neçə çörək alıb gətirib qağayıları təkcə yemləməkdən utandığını gizlətmədi:

- Əvvəllər tez-tez gəlirdim. Amma sonra... Bu gün özümü saxlaya bilmədim. Çörək alıb gəldim. Dükançı da tərs kimi şəffaf torbaya qoydu çörəkləri. Adətən başqa dükandan alıram çörəyi. Özü də içi görünməyən torbada. Çörəyi də doğratdırıram ki, kəsib atmaq asan olsun. Bu gün nəsə belə alındı. Yəqin indi camaat kənardan baxıb deyir bu dəlidi, nədi bir belə çörəyi alıb qağayılara yedirdir.

Dedim, camaatın deyəcəyini düşününcə, qağayıları düşün, utanmayacaqsan...

Rasim deyir, camaat evdəki köhnə çörəyi atmaqdansa, gətirib bu qağayılara yedirtsə yaxşı olar...

Adətən bulvarda gəzişəndə ağlımdan qağayılara oxşamaq keçir. Amma bu dəfə... Sadəcə Rasimə oxşamaq istədim. Öpüşənlərdən utanan Rasimə...

Bir iki yazı yazıb deyirik bəs iş görürük. Kişilər var ki, səhər dörd çörək alıb,

torbanın şəffaflığından, camaatın nə düşünəcəyindən və öpüşənlərdən utana-utana da olsa gəlib sahildə qağayıları yemləyir...

Mən əminəm ki, dünyada yaxşılar pislərdən çoxdu. Sadəcə onlar hardasa gözdən uzaqda utana-utana qağayıları yemləyirlər...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021