Azərbaycan filmi növbəti Beynəlxalq festivalda

Azərbaycan filmi növbəti Beynəlxalq festivalda
11 oktyabr 2021
# 18:21

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 9-cu Boğaziçi Beynəlxalq Film Festivalının “Beynəlxalq sənədli filmlər” kateqoriyasında yarışacaq.

Kulis.azın verdiyi xəbərə görə, oktyabrın 23-dən 30-dək İstanbulda keçiriləcək festivalda dünyanın fərqli ölkələrindən seçilmiş 10 filmlə yarışa girən “Sonuncu” filminin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini haqqındadır.

Qeyd edək ki, “Sonuncu” filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında, Rusiyanın Perm şəhərində keçirilən “Flaertiana Beynəlxalq Film Festivalı”nda, 6-cı “Eurasia.Doc” festivalında, Bosniya və Herseqovinada keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında, Meksikada “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.

“Sonuncu” filminin növbəti müsabiqəsi İstanbulla yanaşı Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci “Beynəlxalq sənədli film festivalı” keçiriləcək. Film festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.

# 5068 dəfə oxunub

Oxşar xəbərlər

"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
Ridli Skott kassada uğursuzluq yaşadı

Ridli Skott kassada uğursuzluq yaşadı

13:45 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər