Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu

Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu
28 sentyabr 2021
# 15:59

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Bosniya və Herseqovinanın Palam şəhərində 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalı keçirilib. Festivalın beynəlxalq proqramının “Ən yaxşı sənədli film” nominasiyasında “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına Azərbaycanı təmsil edən “Sonuncu” filmi layiq görülüb. Bu proqramda müxtəlif ölkələrdən 30 film yarışıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Qeyd edək ki, “Sonuncu” filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında və Rusiyanın Perm şəhərində keçirilən “Flaertiana Beynəlxalq Film Festivalı”nda iştirak edib.

“Sonuncu” filminin festival həyatı hələ davam edir.

Hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı “Eurasia.Doc” festivalı keçirilir. Film festivalın əsas beynəlxalq müsabiqə proqramının “Avrasiya qitəsi” tematik bölməsində iştirak edir.

“Sonuncu”nun növbəti müsabiqəsi oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalıdır. Film festivalın beynəlxalq müsabiqə proqramında iştirak edir.

“Sonuncu” filminin növbəti müsabiqəsi Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. “Sonuncu” festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.

# 3454 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər