Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı

Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı
24 sentyabr 2021
# 13:45

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı Vaqif Sultanlının “Kül qəfəs” (“Пепельная клетка”) adlı kitabı Rusiyada nəşr olunub.

Sankt-Peterburqun “Super” nəşriyyatında yayımlanan kitaba müəllifin müxtəlif dönəmlərdə yazıb mətbuatda və antoloji toplularda dərc etdirdiyi “Zolaqlı yuva”, “Tərs axın”, “Ağ yol”, “Qütb gecəsi”, “Nəvai-Qumru”, “Kor düyün”, “Axşam günəşi”, “Ada”, “Yad”, “İlan əfsanəsi” və başqa hekayələri daxil edilib. Tanınmış yazar və tərcüməçi İnessa Lovkovanın redaktorluğu ilə nəşr olunan hekayələri rus dilinə Natəvan Xəlilova, Mədinə Eldarova, Nadir Ağasıyev, Liliya Gərayzadə və Cavid Abbaslı çeviriblər.

Kitaba daxil edilən hekayələrin əsas mövzusu çağdaş cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma, biganələşmə, mənəvi aşınma kimi ciddi sosial və əxlaqi sorunlara söykənir. Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınan yazılarda müəllif mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.

Qeyd edək ki, “Kül qəfəs” Vaqif Sultanlının rusdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Bundan öncə müəllifin “Yarpaqsız budaqların yaşıl nəğməsi” (2017), “Ölüm yuxusu” (2018), “Səhra savaşı” (2019) kitabları müxtəlif nəşriyyatlarda yayımlanmışdır.

Kitabı ozon.ru, litres ru, amazon com və başqa saytlardan əldə etmək olar. /azertag.az/

# 5125 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər