Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar

Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
18 sentyabr 2021
# 15:31

18 sentyabr Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasının qarşısında tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və bir qrup mədəniyyət və incəsənət xadimi iştirak edib.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bu günün əhəmiyyətindən danışıb, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib.

Mədəniyyət naziri Anar Kərimov bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalının əhəmiyyətindən danışıb.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, bu il bu bayramı başqa bir əhval-ruhiyyədə keçiririk: “Üzeyirin musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurları Üzeyir bəylə bağlıdır”.

Daha sonra Konservatoriyanın tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış edib.

# 3983 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər