Məşhur tarzənə ev verildi

Məşhur tarzənə ev verildi
17 sentyabr 2021
# 16:17

Prezident İlham Əliyev məşhur tarzən, Xalq artisti Vamiq Məmmədəliyevə 75 illik yubileyi münasibəti ilə ev hədiyyə edib.

Kulis.az xəbər verir ki, bu barədə Xalq artisti özünün “facebook” səhifəsində yazıb:

“Sabah ölkəmizdə Milli Musiqi Günü qeyd olunacaq. Zəfər gününün ildönümünə də sayılı günlər qalır. Ötən il Vətən Müharibəsindən qalib çıxmış, eyni zamanda şəhidlər də vermiş bir ölkənin prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev nə qədər həssas və erudisiyalı bir insandır ki, Şəhid və Qazilərimizin problemlərinin həll edilməsi ilə bərabər, yüksək səviyyəli siyasi müstəvidə haqq işimizin sübut edilməsi ilə bərabər, ölkənin ictimai-mədəni həyatını da unutmur və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə daim diqqət və qayğısını əsirgəmir. Bu il mənim 75 illik yubileyim münasibəti ilə mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Qarabağda bu qədər quruculuq işlərinin getdiyi məqamda, müxtəlif tədbirlərin keçirildiyi dövrdə mənə verilən qiyməti böyük diqqəti dərin minnətdarlıq hissi ilə sizinlə bölüşürəm. 75 illik həyatıma nəzər salanda əbəs yerə yaşamadığım üçün Millətimə, Xalqıma və doğma Azərbaycanıma borcluyam. Dövlət başçımızın insanpərvər və qayğıkeş addımlarına görə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

# 4282 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər