Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"

Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
17 sentyabr 2021
# 13:01

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Zeynalova müsahibə verərək bir neçə maraqlı məqama toxunub.

O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:

"Vüqarın yanında "ana" sözü deyəndə, gözündən yaş axırdı. Vüqar evlənmədi, deyirdi, anam qol qaldırıb oynamayacaqsa, elçi getməyəcəksə, başında xonça gəzdirməyəcəksə, o toyu nə edirəm? Anası 50 illik yubileyi günü insult keçirdi. Vüqarın belini anasının dərdi bükdü. Deyirdi, iki dünya bir araya gələ, Allah mənə ana dərdi göstərməsin. Anasına dözə bilmədi".

Samirə bildirib ki, Vüqarın ölüm səbəbi ilə bağlı araşdırma aparır:

"O, öləndə biz danışmırdıq. Niyə rəhmətə getdiyinin səbəbini bilmirəm. Dedilər qanqrenadır. Buna inanmıram, inanmayacam. Əlimdə iş var, kitab ərsəyə gəlsin. Sonra mənəviyyat borcumu şərəflə ödəyəcəm. İddia qaldıracam, araşdırılması üçün müraciət edəcəm. Lazım gəlsə, ekspertiza tələb edəcəm. Buna görə mənə kimsə mane ola bilməz. Hazırda mən də hər kəs kimi qanqrenadan öldüyünü düşünürəm".

"Vüqarın şanına yaraşmayan qadınlar qəbiristanlıqda hoqqa verir. Biri gedib qırmızı şalvarda şəkil çəkdirir, digəri reytuzla qəbirüstədir. Tatujla qaşıyla gedir onun qəbri ilə foto qoyur" deyə, Samirə gileylənib. /axşam.az/

# 4945 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər