Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsinin qaliblərinin adları bu tarixdə açıqlanacaq

Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsinin qaliblərinin adları bu tarixdə açıqlanacaq
15 sentyabr 2021
# 10:35

Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsi başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.

Cari il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri iyulun 20-nə kimi müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.

Avqustun 15-nə qədər münsiflər heyəti audioyazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova həyata keçirib.

Dahi bəstəkarımızın doğum günü ilə əlaqədar keçirilən müsabiqənin qaliblərinin adları 18 sentyabr – Milli Musiqi Günündə açıqlanacaq. I, II və III yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.

Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər.

Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Hacıbəyli Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.

# 3653 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər