Oğurluq edəndə tutdular, “Yeddi oğul istərəm”ə çəkildiyinə görə peşman oldu, Rac Kapuru küçədə oynatdı – Ədalətdən 10 qeyri-adi fakt  

Oğurluq edəndə tutdular, “Yeddi oğul istərəm”ə çəkildiyinə görə peşman oldu, Rac Kapuru küçədə oynatdı – Ədalətdən 10 qeyri-adi fakt  
14 sentyabr 2021
# 11:49

Bu gün ustad Aşıq Ədalətin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:

“Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
“Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.

No description available.
Ustad həyat yoldaşı ilə

2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.

No description available.
Vaqif Bayatlı, Aşıq Ədalət, Yusif Səmədoğlu

3. Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonra ayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyir. Özü deyirmiş ki, heç Səməd Vurğuna fikir vermirdim. Ağlım ayaqlarımda qalmışdı ki, nə zaman çölə çıxıb soyunacam, ayağımın ağrıları kəsəcək.

No description available.
Cavanlıq...

4. “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:

- Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...
Bu maraqlı deyil. Maraqlı odur ki, Ədalət israrla onları inandırmağa çalışır:
- Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

No description available.
Ədaləti Əadlət edən qara saz və ustadın papağı

5. Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir, nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun gəlsə onun pulunu versin, qalanını bir uşaqdan geri göndərsin. Beləliklə, Qazağın mərkəzi küçəsi... Aşıq Ədalət əlində bir vedrə şəp-şəp...

No description available.
Oğlunun evində Aşıq Ədlətə aid guşə

6. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:

- Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim...

Ədalət sazı balaca kökləyib “Avara” filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır...

No description available.
Bir də gördün fotodu adam

7. Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. Axsaqlığı ordan qalma idi. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:

- Gül kimicə ölüb canımı qurtarırdım bunlardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

No description available.
Onu dəlicəsinə sevənlər vardı

8. Aşıq Ədalət həm də söyüşcüllüyü ilə məşhur olub. Ancaq tanıyanlar onun söyüşlərindən heç vaxt incimirdilər. Necə deyərlər, onun məclislərdə ən yüksək vəzifəli və nüfuzlu adamları da söymək icazəsi vardı.

No description available.
Oğlu Hekayətlə

9. Oğlu Hekayət Nəsibov müsahibəsində deyir: “Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama...”


Qəbirüstü abidəsi

10. Mütəxəssislərin dediyinə görə, o, bütün dastan və əhvalatlarla yanaşı 4 mindən çox şeir əzbər bilirmiş. Bu, fenomenal bir yaddaş idi. Aşıq Ədalət hansısa misranı unudanda onun əvəzinə elə birini tapıb oxuyurdu və ya deyirdi ki, orijinaldan əskik olmur, bəzən daha maraqlı çıxırdı.

# 11913 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #