Epidemiyaları əks etdirən məşhur rəsm əsərləri - Foto

Epidemiyaları əks etdirən məşhur rəsm əsərləri - Foto
30 avqust 2021
# 15:24

Kulis.az müxtəlif dövrlərdə yayılmış epidemiyaların əks olunduğu əsərləri təqdim edir.

Niderland rəssamı Böyük Piter Breygelin “Ölümün triumfu” (1562–1563) əsəri XIV əsrdə baş vermiş taun epidemiyası dönəmində çəkilib. Tabloda qalaqlanmış meyitlər, dəhşət içərisində özünün itirən insanlar, xaos təsvir olunub. Kraldan tutmuş kəndliyə qədər hər kəs ölümün qurbanıdır.

“Pyeta” (1575-1576) italyan rəssamı Tisianın son işidir. O, bu əsəri tauna yoluxmuş oğlunun qayğısına qalarkən çəkib. Təsvirə görə, Müqəddəs Məryəmin dizi üstə olan İsanın meyitini Nikodim (İsa Məsihin gizli şagirdi) tutmaqda ona kömək edir... Tauna yoluxan Tisian tezlikə dünyasını dəyişir və yarımçıq əsərini Yakopo Palma tamamlayır.

Rusiya təsviri sənətində tənqidi realizmin əsasını qoyanlardan biri Pavel Fedotovun “Vəba günahkardır” (1848) tablosu meyxanada içki məclisini təsvir edir. Ətrafdakılar döşəməyə yıxılmış kişiyə baxırlar. Əsər XIX əsrdə vəbanın milyonlarda adamın həyatına son qoyduğu dönəmdə fırçaya alınıb. Hindistandan gələn xəstəlik bütün Avropanı, daha sonra Amerikanı bürüyür. Rəssam öz tablosunu satirik şeirlə belə izah edirdi ki, onun əsərində əslində, vəbaya yoluxan adam yox, sərxoş təsvir olunub.

Avstriya ekspressionizminin parlaq nümayəndələrindən biri Eqon Şilenin “Ailə” (1918) adlı son əsəri ailəsinin portretidir. Burda özü, arvadı və doğulmayan körpəsi təsvir olunub. Yaxınlaşmaqda olan ölümə baxmayaraq, personajların üzü sakitdir. Öncə qadının ayaqları arasında gül dəstəsi təsvir olunsa da, sonradan rəssam bunu uşaqla əvəzləyib. İspan qripindən - əvvəlcə həyat yoldaşı hamilə Edit Harms, bir neçə həftə sonra isə Şile ölür.

Norveç rəssamı və qrafiki Edvard Munkun “İspan qripindən sonrakı avtoportret” (1919) əsərində rəssam özünü solğun, yorğun təsvir eləyir. Ümumiyyətlə, Munkun əsərlərində ölüm əsas motivlərdən biridir. Bu isə onun uşaqlığı ilə bağlıydı. O, hələ uşaqlıqda tez-tez xəstələnirdi və doğmalarını erkən itirmşdi: anası vərəmdən öləndə onun 5 yaşı vardı, 15 yaşında isə o, bacısı Sofini itirir. İspan qripi ilə xəstələnən rəssam ölümdən daha çox qorxmağa başlamışdı.

Amerikalı rəssam Kit Harinqin “Sükut=Ölüm” (1989) rəsmi SPID-ə yoluxanların hüquqları uğrunda hərəkatın simvoluna çevrilmişdi. 1988-ci ildə SPİD-ə yoluxduğunu bilən rəssam cəmiyyətin bu xəstəliyə tutulan insanların probleminə susmasına qarşı mübarizəyə başladı. Xəstəlik onun yaradıclığının əsas mövzularındandır. Harinq 1990-cı ildə vəfat edib.

Müasir rəssamların koronavirusa reaksiyasına gəlincə...
Məşhur çinli rəssam Ay Veyveyin “Instagram” hesabında yaydığı fotoda döşəmədə dünya xəritəsi bəyaz xətlərlə təsvir edilib. Xətlərin içində insanlar yerləşdirilib.
Yeri gəlmişkən, rəssam uğursuz bir zarafatına görə İtaliyada kəskin tənqid olunmuşdu. “Koronavirus pasta kimdir: onu çinlilər icad etdi, bütün dünyaya isə italyanlar yaydı”.

82 yaşlı britaniyalı rəssam Devid Hokni nikbinliyini itirməməyə çalışır. O, pandemiyaya nərgizlərin təsvir olunduğu əsərlə reaksiya verib:”Unutma: onlar baharı öldürə bilməzlər”.


İtaliyadan qayıdarkən koronavirusa tutulan Aydan Salahova müalicə aldığı xəstəxanada çəkdiyi rəsmdə qoruyucu kostyumda həkimi təsvir edir. Bəyaz uniforma geymiş həkim mələklə assosiasiya olunur. Aydan Salahova əsəri xəstəxanaya hədiyyə eləyib.

# 6958 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər