Kitabını almayan tələbələrin qiymətini kəsən müəllim - Yeni hekayə

Kitabını almayan tələbələrin qiymətini kəsən müəllim - Yeni hekayə
14 avqust 2021
# 15:34

Kulis.az Furqanın "Xoş arzular" hekayəsini təqdim edir.

Nihat Pir üçün

- O gələni görürsən? - dedi Əli.
- Görürəm! - dedim.
- Qıvrımsaç olan...
- Ahaa...
- Şairdi!
- Doğrudan? - təəccübləndim.
- Hə! Hər semestr bir kitab çıxarıb tələbələrə satır.
- Sən almısan?
- Almışam. Birinci kursda dərs deyirdi bizə. Kitablarını on beş manata satırdı. Almaq istəmirdim, sonra gördüm qiymətimi kəsir, məcbur qalıb aldım.
- Almasaydın, kəsərdi imtahandan? - mənim təəccübüm getdikcə artırdı.
- Kəsərdi, üstəlik canımı da alardı.
Artıq gəlib bizim yanımızdan keçmiş qıvrımsaç müəllimə çevrilib qorxu ilə baxırdım.
- Bizə də dərs deyəcək? - soruşdum.
- Həə... - dedi Əli əminliklə.

Əli üçüncü kursda oxuyurdu, mən isə universitetə təzə girmişdim. Əli qohumum idi və ixtisaslarımız da eyni idi. Eyni evdə qalırdıq. Neçə gün idi ki, Əli mənə universitet haqqında məlumat verirdi. Mühazirə nədi, seminar nədi, kollekvium nədi, hansı müəllim yaxşıdı, hansı müəllim pis, hansı müəllim imtahanda pul verməsən qiymət yazmaz, hansı müəllimə rüşvət təklif etsən əsəbiləşər, nə bilirdisə, bir ucdan danışırdı. Həm yorulurdum Əlinin çox danışmağına, həm də sevinirdim ki, tək deyiləm, yanımda qohumum var.

Həmin gündən bir gün sonra Əlinin “şair” dediyi müəllim bizim qrupa dərsə girdi. Mən artıq ondan qorxurdum və düşünürdüm ki, görəsən o, yaxşı şeirlər yaza bilirmi?

Və bir həftə sonra bizim qrupun nümayəndəsi tənəffüslərdən birində “şair” müəllimimizin təzə çapdan çıxmış kitabını almalı olduğumuzu bildirdi.

- Böyük kurslar deyir ki, kim onun kitabını almasa, qiymətini az yazır, imtahana elə balla göndərir ki, həmin tələbə imtahandan kəsilir.
- Mənim şeirdən zəhləm gedir axı! - qrup yoldaşımız olan qızlardan biri dedi.
- Guya kimin xoşu gəlir ki?! - qrup nümayəndəsi onun cavabını anındaca verdi.
- Qiyməti nə qədərdi?
- On beş manat!
- Ohaaaa... on beş manat mənim bir aylıq yolpulumdu e...
- Mən də piyada gəlmirəm! - qrup nümayəndəsi yenə həmin qızın cavabını verdi və söhbət bununla bitdi. Sonra elə özü də son nöqtəni qoydu:
- Sabah hamı pulu gətirsin, kitabları alaq.

Pullar yığıldıqdan iki gün sonra qrup nümayəndəsi kitabları gətirmək üçün iki oğlan çağırdı. Kitablar gəldi və hər kəsə paylandı. Hər kitabda müəllif oxucuya ürək sözlərini yazıb imza çəkmişdi. Mənim kitabımdakı ürək sözləri nəyə desən, dəyərdi:

“Şeirə, sənətə yüksək qiymət verən dəyərli tələbəm İslama xoş arzularla!”

# 4999 dəfə oxunub

Oxşar xəbərlər

"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..."  - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..." - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

15:00 19 may 2026
Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

12:00 19 may 2026
"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

11:00 19 may 2026
Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

10:31 19 may 2026
"Şekspir və Milton olmasaydı..."  - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

"Şekspir və Milton olmasaydı..." - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

10:00 19 may 2026
Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

15:00 18 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər