writer1

Elmin Həsənli

Məqalə sayı

24
clock16:38 calendar-gray 04 May 2011 view-gray794 dəfə oxunub
view-gray794 dəfə oxunub

Teoman ola bilmədim

Onu nə zaman kəşf etdiyim yadıma gəlmir. “Səndən öncə, səndən sonra” adında bir mahnının olduğun eşitmişdim. Sonra “Gönülçelen” keçdi əlimə. “Gönülçelen”ə gündə bəlkə 50 dəfə qulaq asırdım.

***
Söhbət Teomandan gedir. Teoman Türkiyənin ən məşhur rokçularından biridir. Amma mənim üçün Teoman rokçu deyil. Onu hansısa bir janra sığışdırmaq mümkünsüzdür. Teoman elə Teomandır. Özü bir janrdır Teomanın.

***
Teoman musiqisi ilə həyat tərzi bir-birinə tam uyğun gələn birisidir.
Teoman daim barlarda kefli, sağında-solunda qızlarla çıxır. Hətta Türkiyə kimi mühafizəkar ölkədə Ramazan günlərində belə içkili görsənməkdən çəkinmir.

Teoman inqilabçıdır. Teomana qulaq asanda insan özünün tənha, yer üzərinə atılmış mənasız bir varlıq olduğunu anlayır.
Həyat mənasızdır amma yaşamaq maraqlıdır. İçkilər, qadınlar, sənət, musiqi ... bunlarla həyatı maraqlı etməyə çalışırıq, vəssalam!
Teoman həmişə darıxır. İnsanlarla ünsiyyətdə rahat ola bilmir. Onlardan sıxılır. Darıxdığına görə filmlər çəkir, musiqi bəstələyir.
Teoman tez bezir. Başqaları üçün maraqlı olan əyləncələr onun üçün maraqsızdır. Çoxluqdan, kütlədən daim qaçır.

***
Mən təkcə Teomanın musiqilərini deyil onun həyat tərzini və yaşam fəlsəfəsini də sevirəm.

“Özümü Teomana ruhən yaxın hiss edirəm” kimi cümlələr işlətməyəcəm. Mən əslində heç vaxt “Teoman” ola bilməmişəm.

***
Sevinc Pərvanə mənə müsahibəsində çox yaxşı bir söz dedi: “Biz tabuları sındırdıq, amma özümüz ənənələrə məğlub olduq”.

3-4 il qabaq beynim inqilabi fikirlə aşıb daşırdı. Tabular, cəmiyyətin ənənələri mənim üçün bir heç idi. 3-4 il keçdi. Başa düşdüm ki, o fikirlər gənclik romantikasından başqa bir şey deyilmiş.

***
Ənənələrə qalib gəlmək çox çətindir. Axına qarşı getmək hər igidin bacaracağı iş deyil. Yazılarda mentaliteti, daşlaşmış ənənələri dağıtmaq, məhv etmək çox asandır. Bilmirəm kimin şeiridir: “Sözündən qan iyi gələn şairin, ağzından süd iyi gəldiyini bilirəm”.

**
Yaxşı. Etiraf edirəm. Özümü ruhən Teomana yaxın hiss edirəm. Teomanda özümü tapıram bir az. Nə qədər banal səslənsə də...
Ancaq mən heç vaxt onun kimi inqilabçı, onun qədər anarxist olmayacağımı bilirəm. Həyatım boyunda “göydələnlərdən dünyaya tüpürə” bilməyəcəm.

***
Bu yaxınlarda Teomanın ədəbiyyat haqqında bir müsahibəsini oxudum. Teoman ədəbiyyatı da gözəl bilir.

Teomandan ən çox sevdiyi romanlar haqqında soruşmuşdular. Cavabı oxuyanda şoka düşdüm. Cerom Selincerin “Çovdarlıqda uçrumdan qoruyan” və Milan Kunderanın “Mövcudluğun dözülməz xəfifliyi” romanlarının adları çəkmişdi Teoman.

Bu əsərlərin hərəsini 2-3 dəfə oxumuşam. Selincerin “Çovdarlıq”ı adamı dəli eliyən əsərdi. Kitab haqqında uzun uzadı danışmayacam. Çox adam oxuyub. Kunderanın romanı isə azərbaycan dilinə tərcümə olunmayıb. O da möhtəşəm romandır.

Məni şoka salan o idi ki, bu romanlar mənim də ən çox sevdiyim əsərlərdir.

Kunderanın kitabı haqqında ayrıca bir yazı yazmaq fikrindəyəm. Hər iki romanda tənha insanlardan danışır yazıçılar. Burdakı tənhalıq bizim “yalqız, yalnız, tənha, tək” şairlərimizin ucuz tənhalığından deyil. Söhbət daha ciddidir. İnsan niyə vardır? Niyə yaşayır? Həyatın mənası nədir? Söhbət yüz illərdir fəlsəfənin dartıştığı bu suallardan gedir.

***
Teomandan danışa- danışa tənhalıq mövzusuna gəlib çıxdıq. Qayıdaq Teomana. Teoman dinləməyə.
Və həyatın mənasızılığına heç olmasa içimizdə üsyan etməyə...
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020