writer1

Eldəniz Vəliyev

Məqalə sayı

6
clock13:47 calendar-gray 23 Yanvar 2013 view-gray2845 dəfə oxunub
view-gray2845 dəfə oxunub

Mənim sarışınım

Universitetdə oxuyanda bir qız sevirdim. Amma bu bir sözünün az sonra mübahisə predmeti olacağını düşünüb izahata ehtiyac duyuram...Bu “bir”lərin cəmindən kənarda qalan qızların sayı, bir əlimin beş barmağı qədər ola, ya olmayaydı. Ac adamlar kimi özümü tutmuşdum sevgi yağışına. Deyirlər, hər şeyin siftəsi çətin olur, mən siftəmi çoxdan unutmuşdum....

Bəzən konkret obyekt olmayanda, hansısa bir qızı ürəyimə salıb sevdiyimə özümü inandırırdım ki, günüm boş keçməsin. Xoş və ya bixoşun fərqi olmurdu. Təki ürək sıxılmasın, qəhərdən ölə bilərdi axı. Getsəydi məni də özüylə xoşlamadığım yerə apara bilərdi, ondan nə desən gözləmək olar.... Məndəki fironlar kimi o qədər də bəxtəvər deyildim ki, sevdiklərimlə bir yerdə dəfn edilib məkanın fərqində olmayaydım....

Ürəyimə alternativ ad qoymuşdum- qızlar pansionatı... Ancaq qapısı gecə-gündüz açıq olurdu. Pansionatda bürokratiya yox idi. Adamlar vaxtından və məkanından asılı olmayaraq vahid pəncərə sistemi ilə asanlıqla ürəyimin qəbuluna düşür, rüşvətsiz-filansız sevgisini rəsmiləşdirirdi. Bəzən qızlara belə asan təslim olduğumdan doğacaq maraqsızlığımdan qorxuban, şərtləri bir balaca ağırlaşdırırdım. Hicranın uzunluğundan doğacaq şirinliyin dadı bir müddət damaqlarda qalsın deyə...

Universitetdə bir qız sevirdim. Kənd uşağına mütləq ideal görünəcək sarışın, ağ bənizində parıldayan qara gözləriylə həyatımı qaraldan bir qızı...O mənim gördüyüm ilk sarışın deyildi. Kənddə də həvəskar sarışınlar peyda olmuşdu. Toylarda bir sarışına görə mağardan yüz deşik açılırdı. Bir evin üç oğlunun toyunda cəmi bir sarışını olurdu. O vaxt kənd yerində saçları saraltmaq az qala inqilaba bərabər tutulurdu. Saçlarını saraltmış qızın qardaşı dəqiq bilirdi ki, onun bacısına baxırlar, çünki, özü də sarışına baxırdı. Hətta gündəliklərdə sevdiyiniz rəng sualına oğlanlar sarı yox, sarışın deyə cavab verirdi, sarı dəbdən düşmüşdü. Necə ki çox keçməyəcək, Koroğlunun qılıncı kimi mənim də məktubum dəbdən düşüb əlimdə qalacaqdı...

Universitetdə bir qız sevirdim, ona qədər sevdiklərim itirilmiş vaxt kimi məni təəssüfləndirirdi, sevgimi etiraf edə bilmədiyim kimi... Hərdən qarşısını kəsib “səni sevirəm” deyə bağırmaq istəyirdim. Amma qorxurdum, çünki ona qədər yuxuda dəfələrlə çığırmağa çalışsam da alınmamışdı.

Sevmədiyim “alınmayacaq” qorxusu ilə yoldaşlıq eləyirdim...Bir gün qərara gəldim ki, məktub yazım, yazdım da. Yoldaşımın sayı artmışdı-qorxu və məktub... Yazılmış məktub yükümü yaman artırmışdı, daşıya bilmirdim, sahibinə vermək qərarına gəldim. Daha doğrusu qərar mənə gəldi, məndə o güc hardaydı... Kaş ki o an mənim sifətimi görərdiniz...

Gözlərimin içinə baxırdı... Elə bil deyirdi ki, səndə mənə aid nəsə var, ver onu mənə. Mənsə lal olmuşdum, onun nə zaman getdiyini görmədiyimə görə, kor da olduğumu düşünsəniz, incimərəm. Sonralar lalların nələr çəkdiyi məni maraqlandırmadı, çünki mən bir dəfə lal olmuşdum. Korların neçə görmədiyini də “görmüşdüm”...

Beləcə, çatdıra bilmədiyim məktubu, hər gün birinci dəfə oxuyurmuş kimi oxuyub qoyurdum yastığımın altına. Səhər də özümlə universitetə aparırdım, tələbəlik yoldaşım olmuşdu. Kar və kor olan, günlərin bir günü eşitdi və gördü ki, mobil telefon çıxıb. Amma gec idi, kimsə məndən cəmisi bir gün qabağa düşmüşdü.

Məktubumdakı sözlərin oxşarını kimsə mənim sarışınıma yazmışdı...

Məktub əlimdə qaldı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021