Əri onu aldatdı, xərçəng oldu, uşaqları ilə ac-susuz qaldı - Bu gün vəfat edən xanəndəmizin faciəvi həyatı

Elmira Əliyeva, xanəndə

Elmira Əliyeva, xanəndə

12 mart 2022
# 16:00

Kulis.az bu gün vəfat edən xanəndəmiz Elmira Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Elmira Əliyeva müğənni kimi fəaliyyətə Xalq artisti Ceyran Haşımovanın dəvəti ilə "Lalə" qızlar ansamblından başlayıb. Uğurlu səhnə fəaliyyətindən sonra xanəndə başqa ansambllara da dəvət alır. Bir-birinin ardınca AzTV-də verilişlərə də dəvət edirlər.

***

Müğənninin sözlərinə görə, onun üstündə "dava" olur. Hamı istəyir ki, onun rəhbərlik etdiyi ansamblında oxusun. Lakin nəsildaşları Raziyyə Şirinova, Kifayət Gəncəli ilə eyni vaxtda sənətə gəlsələr də bu üç müğənni nədənsə məşhurluğun zirvəsində qala bilmirlər. Ömürlərinin sonrakı dövrünü ehtiyac içərisində keçirirlər.

Elmira xanım gəncliyində çox gözəl və istedadlı xanım olsa da, sənətdə onun yolunu kəsənlər, mane olanlar da az olmayıb. Müğənni müsahibələrinin birində deyir: “Üç-dörd insan oldu ki, yolumu kəsdilər. Adlarını çəkə bilmərəm, amma onu deyə bilərəm ki, qarşı cinsdən çox məşhur sənət adamları idi. Bir neçəsi ölüb, kaş, əvvəldən ölərdilər. Bir-ikisi isə yaşayır. Adlarını demək istəmirəm, çünki övladlarıma görə qorxuram. O vaxtı hələ ailə həyatı qurmamışdım. Mən onların bütün təkliflərini rədd etdiyimə görə sənətdən geri qaldım. Həmişə namusumla, qeyrətimlə yaşamışam. Adıma ləkə gətirəcək bir hərəkət etməmişəm. Mənə "əvvəl divan, sonra ekran" kimi iyrənc təkliflər edirdilər. Mən bu cür təklifləri qəbul etmirdim.”

***

Elmira Əliyevanı sevənlər çox olsa da, o, bir nəfəri seçir, onunla nişanlanır. Lakin qısqanclıq səbəbi ilə üç dəfə nişanını qaytarır. Sonunda onlar ailə qurur. Onların dörd övladı olur. Bir müddət keçəndən sonra xanəndə həyat yoldaşından ayrılır. Körpə uşaqlarını təkcə böyütmək qərarına gəlir.

Elmira xanım müsahibələrinin birində ailə həyatını xatırlayaraq deyir: “Həyat yoldaşım məni çox incidirdi, döyürdü. İnanın Allaha, başımda qoz boyda şişlər var. O qədər başıma-başıma vurub ki. Saçımdan tutub məni sürüyürdü. Ailə həyatı quranda, onsuz da, məni oxumağa qoymadı. Deyirdim, deyirsən oxuma, oxumuram. Daha məni niyə döyürsən? Dörd övladımız olsa da hazırda ikisi qalıb. Bir övladım 1, digər övladım 27 yaşında rəhmətə getdi. Ayrılandan sonra çadır toylarında oxumağa başladım. Sənət yoldaşlarım gəlib görürdülər ki, körpə uşaqlarımla ac-susuz qalmışam, məni toylara aparırdılar. Həmişə efirdə olmuşdum deyə, çadıra girəndə utanırdım. Axşam saat 6-dan gecə saat 2-yə qədər ayaq üstə canlı ifa edirdim. Qazandığım 50 manat pul olurdu.”

O, müsahibələrində həyat yoldaşı ilə bağlı maraqlı faktlar açıqlayıb: “Yoldaşım içki düşkünü deyildi. İçki içsəydi, dərdim nə idi? Qumarbaz idi. Qazandıqlarımı əlimdən alırdı. Üstəlik, mənə xəyanət də etmişdi. Mənlə evli ola-ola evimə bir qadın da gətirmişdi. Gözümün qabağında mənə xəyanət edirdi. Gərək mən də digərləri kimi "əyri" yola düşərdim. Yandığımdan deyirəm. Dilim desə də, ürəyim demir.”

***

Həyat yoldaşı ölüm ayağında bütün günahlarını etiraf edib, ondan halallıq istəyib.

İkinci dəfə ailə qurmayan xanəndə 3 övladı ilə evsiz qalır. Bir çox yerlərə müraciət edəndən sonra ona birotaqlı ev verirlər. Günlərin birində isə yaşadıqları ev onların üzərinə uçur, bütün avadanlıqları yararsız hala düşərək məhv olur. Elmira xanım müğənnilik karyerasına bitirəndən sonra təqaüdə çıxana qədər 258 saylı məktəbdə ingilis dili müəlliməsi işləyir.

***

Yaşı 80-ni keçən müğənni xərçəng xəstəliyindən əziyyət çəkir. Xanəndənin sözlərinə görə o, günlərlə, hətta aylarla evində ac qalıb, qonşuların köməkliyi sayəsində aclıqdan xilas olub. İmkansızlıq ucbatından yaşı keçmiş oğlanlarını evləndirə bilmir. Təmirsiz, yararsız evdə yaşayan Elmira xanımın evini Çiçək təxəllüslü aparıcı təmir etdirib.

# 20442 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər