İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub

İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
4 avqust 2021
# 09:37

Argentinadakı səfirliyimizin təşəbbüsü və La Plata Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilati dəstəyi ilə ispan dilinə tərcümə edilmiş dahi Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin poeziyasına həsr olunmuş “Nəsimi poeziyası” kitabının onlayn formatda təqdimatı keçirilib.

Bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Rəşad Aslanov yüz illərdir ki, çox geniş bir ərazidə–Balkan yarımadasından Hindistana və ərəb ölkələrinə qədər bir şair, mütəfəkkir və arif kimi tanınan Nəsimi yaradıcılığının diqqət mərkəzində olduğunu və bədii irsinin XIX yüzillikdən etibarən dönə-dönə nəşr edildiyini, haqqında müxtəlif yönümlü tədqiqat işləri yazıldığını deyib. Bu xüsusda, ispan dilinə tərcümə olunaraq çap edilmiş “Nəsimi poeziyası” kitabının ispandilli məkanda bu qüdrətli söz ustadının əsərləri ilə tanış olmaq fürsəti yaradacağını söyləyib edib.

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsimi yaradıcılığının Azərbaycan üçün əhəmiyyəti, şairin ədəbi irsinin Şərq miqyasında şöhrəti və əhəmiyyəti, eləcə də Nəsiminin təlqin etdiyi ümumbəşəri dəyərlər barəsində danışıb. S.Şıxıyeva Nəsiminin yaradıcılığında maddi aləmlə qeyb aləmini əlaqələndirən, bu dünya və o dünya arasında üçüncü aləm olan insanın yerini müəyyənləşdirən bir üçlü anlayış (“can”, “cahan” və “canan”) və bu üçlüyün münasibətinin ön planda olduğunu vurğulayıb. Nəsimiyə görə, insanın cisminin kainatda baş verən dəyişiklikləri özündə əks etdirdiyini, bu fəlsəfi baxışların da “hər nə yerdə, göydə var, adəmdə var” misrası ilə ifadə etdiyini əlavə edib.

Uruqvayın Katolik Universitetinin Humanitar Elmlər Departamentinin Ərəb və İslam araşdırmaları kafedrasının direktoru Susana Manqana klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsiminin yaradıcılığında hürufi görüşlərin xüsusi yer tutduğunu bildirərək, hürufi təriqəti haqqında məlumat verib. Nəsimi yaradıcılığının mərkəz mövzusunun “kamil, mükəmməl insan” olduğunu bildirən S.Manqana şair üçün ayrı-seçkilik konsepsiyalarının qəbuledilməz olduğu, insanın intellekti, mənəvi dəyərləri və daxili aləminin zənginliyinin qabardıldığını deyib.

Tədbirin sonunda Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusifin “Şur” muğamının çalarları ilə ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası iştirakçılara təqdim edilib. /azertag.az/

# 3390 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər