news-inner
clock14:26 calendar-gray 30 İyul 2021 view-gray6143 dəfə oxunub
view-gray6143 dəfə oxunub

Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?

Bu gün Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Xəyyam Hadı oğlu Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

***

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyesinə, populyar mahnılara musiqi bəstələmişdir.

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.

***

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisindən bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

***

Xəyyam Mirzəzadə “Yadındamı?”, “Yağma, yağış!”, “Qayalar”, “Dinməyirsən”, “Sırğalar” kimi sevilən mahnıların müəllifi olub. Bundan başqa bəstəkar “Arxadan vurulan zərbə”, “Fransız”, “Mənim ağ şəhərim”, “Bağ mövsümü”, “O dünyadan salam”, “Axınla aşağı” filmlərinə musiqilər yazıb. Lakin ömrünün ahıl çağlarında o, hərdən gileylənərmişdi: “Miyə məni daha çox “Yeddi oğul istərəm”dəki musiqimlə tanıyırlar?..”

Xəyyam Mirzəzadə Amerikada Brodveydə səfərdə olarkən gəzintiyə çıxıbmış. Birdən şəhərin bir küçəsində geniş bir reklama rast gəlir. Həmin reklam ingilis dilində yazılsa da, şəkillərdə 7 oğulun məğrur görünüşü baxana gəl-gəl deyirmiş. Reklama çox diqqətlə baxan Xəyyam Mirzəzadənin gözündən biixtiyar sevinc göz yaşı axmağa başlayır.

***

Dadlı yeməkləri çox sevib. Özünün də yaxşı yemək bişirmək qabiliyyəti olub. Onun bişirdiyi ən məşhur yemək piti və cız-bız olub.

Ömrünün 75 ilini həftədə bir dəfə İçərişəhərdəki hamama gedir, hamamdakı kisəçilərdən ləzzət alırdı. Hər dəfə üç saat hamamda qalırmış. Sonuncu dəfə hamama gedişi ölümündən təxminən 30 gün qabaq olub. Hər dəfə evdəkilərə deyirmiş: “Sizin çimməyiniz çimmək deyil.”

***

1990-cı illərdə ölkədə vəziyyətin çox ağır olduğu dönəmlərdə onu Türkiyəyə dəvət edirlər, yaxşı əməkhaqqı, söz versələr də bəstəkar vətəni dar məqamda qoyub getməyi ağlına belə gətirmir.

***

Deyilənə görə elə həmin çətin dövrlərdə uzun illərdən bəri topladığı, köhnə Bakının görünüşünü əks etdirən açıqcaları satıb özünə maşın alır.

Bir dəfə isə Dövlət televiziyasından xalqı Qarabağda partizan müharibəsi aparmağa çağırıb. Deyib, nə olsun dövlət müharibə etmir, özümüz, xüsusən qarabağlılar əlinə silah alıb getsinlər.

***

Xəyyam müəllim müasir zamanda Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının mövcudluğunu gərəkli hesab etmirdi. Bu cür qurumların vaxtının keçdiyini deyirdi. Onun düşüncəsinə görə, həmin təşkilatların mövcudluğu indiki dövrün tələblərinə cavab vermir.

***

Elə buna görə 52 il sonra Bəstəkarlar İttifaqından çıxmışdı. Çoxu isə bunun Firəngiz Əlizadə ilə bağlı olduğunu söyləyir.

Oğlu Pərvin Mirzəzadə müsahibələrinin birində deyir: “Qadınları çox sevib. Onu da deyim ki, anam onu heç qısqanmırdı. Evimizə xanım bəstəkarlar, müğənnilər də gəlib. Bir dəfə İlhamə xanımla qonşu masalarda əyləşmişdik. Mən içəri daxil olanda İlhamə xanımla görüşdüm. Təbii, o, məni tanımadı. Ondan soruşdular ki, tanıdız? İlhamə xanım “xeyr” cavabını verdi. Xəyyam müəllimin oğlu olduğumu biləndə “o, mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Papaya deyərsən, vaxtilə oxuduğum bəzi mahnılarını yeni aranjimanda oxumaq istəyirəm” - söylədi. İlhamə xanımın sözlərini atama deyəndə eləcə gülümsündü. Bəlkə də aralarında nəsə vardı, amma mən bunu deyə bilmərəm. İş ondadır ki, evimizdə bu cür söhbətlər olmayıb. Ailədə çox ciddi adam idi”.

***

Xəyyam Mirzəzadənin pianosu yox idi. Uzun illər bəstələrini yazdığı royal isə həyat yoldaşı Lamiyə xanımın cehizi idi. Ən gözəl musiqilərini də onda bəstələyib. Həmin royalın 55 yaşı var.

Evinin divarından iki şəkil asılmışdı. Biri müəllimi Qara Qarayev, digəri atası...

***

Qara Qarayevə dahi insan kimi baxıb. Onun üçün Qarayevdən artıq avtoritet olmayıb. Oğlunun sözlərinə görə, Qara Qarayev kimdən küsürmüşsə, Xəyyam müəllim də həmin adamdan mütləq küsməli, Qara Qarayev barışanda isə barışmalı idi.

***

Maestro Niyazi və Arif Məlikovla ömrü boyu küsülü olub. Bir-biri ilə heç vaxt yola getməyiblər.

Dinə münasibəti yaxşı olub. Hər il mütləq fitrə-zəkat verib. Müqəddəs yerləri ziyarət etməyi sevib, Məşhədə, Kərbəlaya gedb. Başqa dinlərə də həmişə hörmətlə yanaşıb. Bakıdakı rus kilsəsinin bəzi keşişləri ilə dostluq edib. Amma oruc tutub namaz qılmayıb.

***

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

***

Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilib.

news-inner-user

19940 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021