Qobustanda Hindistan qalereyası açıldı

Qobustanda Hindistan qalereyası açıldı
28 iyul 2021
# 18:20

Hindistanın Azərbaycandakı səfirliyi Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə birlikdə Hindistan abidələri və irs məkanlarını Qobustanda nümayiş etdirəcək Hindistan qalereyasının açılışı münasibətilə tədbir təşkil edib.

Kulis.az xəbər verir ki, Səfirlikdən verilən məlumata görə, sərgi Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması tədbirləri silsiləsinə daxildir.

Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna səfiri Qobustanın Hindistanın ən məşhur tarixi abidə və məkanlarının bəzilərinin nümayiş olunduğu 16 şəkil plakatından ibarət sərgi üçün çox uyğun bir məkan olduğunu bildirib. Səfir sərginin məşhur Tac Mahal, Qırmızı Qala və Cənubi Hindistanın məbədləri və s. kimi məkanları əhatə etdiyini və Qobustan kimi bu abidələr və məkanların da Hindistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 40 məkanı sırasında olduğunu vurğulayıb.

Diplomat həmçinin sərginin Hindistanın zəngin mədəni irsini Qobustana gələn qonaqlara təqdim edəcəyini və ölkələrimiz arasında mövcud olan ortaq zəngin mədəni irsimiz arasında bağlantı rolunu oynayacağını bildirib.

Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə təşkil olunan tədbirlər haqqında məlumat verən səfir Bavitlunq Vanlalvavna deyib: “Hindistanın 2022-ci il avqustun 15-də müstəqilliyinin 75 ili tamam olacaq və bu ilin mart ayından etibarən bu önəmli tarixi hadisənin qeyd olunması münasibətilə 2023-cü ilin avqust ayına qədər daha iki il müddətində davam edəcək tədbirlər silsiləsinə start veriləcək”.

Səfir ötən illər ərzində Hindistanın dünyanın iqtisadi inkişafına əhəmiyyətli şəkildə töhfə verdiyini diqqətə çatdırıb və bildirib ki, ölkəsinin kənd təsərrüfatı sektorunda əldə etdiyi əhəmiyyətli inkişaf, əczaçılıq və informasiya texnologiyaları sektoru da daxil olmaqla elm və texnologiya sahəsində irəliləyişi Azərbaycan da daxil olmaqla dünya dövlətləri tərəfindən müsbət qarşılanır. O, Hindistanın dünya ölkələrində sayı 30 milyondan çox olan diaspora nümayəndələrinin bir çox sahələrdə uğurlar əldə etdiyini və yaşadıqları cəmiyyətə müsbət töhfələr verdiyini söyləyib.

azertag.az

# 2995 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər