Türkiyədə Nizamiyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Türkiyədə Nizamiyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
26 iyul 2021
# 15:25

Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın açılışı olub. İyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir.

Kulis.az xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konfransda dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndə, o cümlədən görkəmli ədəbiyyatçılar və Nizamişünas tədqiqatçıların iştirak edir.

Konfransda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlər, o cümlədən əsərlərinin müxtəlif dillərdə nəşri barədə geniş məlumat verilib.

Çıxışçılar böyük filosof, mütəfəkkir və ədib kimi dünya xalqlarının sevimlisinə çevrilən Nizami Gəncəvinin zəngin mənalı həyat və fəaliyyəti, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılması, səhnələşdirilməsi və filmlərin çəkilməsi mövzuları təhlil olunacaq.

Həmçinin, konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 30-dək ziyarətçiləri qəbul edəcək.

Qeyd edək ki, iyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir.

# 3538 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər