Xəzər TV-dəki şok səs yazısı və Xoşqədəmin ələ saldığı qanunlar

Xəzər TV-dəki şok səs yazısı və Xoşqədəmin ələ saldığı qanunlar
23 iyul 2021
# 12:04

Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimovanın səs yazısı yayılıb. Səs yazısında o, evində qaldığı və varisi olduğu Səfurə xanım haqqında bu sözləri deyir:

"Öləndə bu yaşda ölsün. 84 yaşı var, yaxşı yeyib, gəzib. Məni çürüdüb, qalmışam pis. Məni yerdə yatızdırır. Bankda 300 min pulu var, deyirəm, bibi, bir yataq al yatım. Qonşu gəlir deyir ki, qız sənə baxır, heç bir qohum sahib çıxmır. Xəstələnirəm, bir banka zoğal mürəbbəsi almır. Deyir, orda heyva var, get ye. Deyirəm, milyonların var, ver gedim dərman alım. Pulqabısında 2-3 min pul var. Mənə fərqi yoxdur, it öldü bu öldü. Mənə dağ qoyur. Pis-yaxşı evim var, gəlib qalmışam burda".

Xatırladaq ki, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova Könül İbrahimovanı Səfurə xanımın ölümündə günahlandırmışdı. Bütün proses bundan sonra başlayıb.

Bəs Könül xanımın səs yazısı harda yayılsa yaxşıdır?

Xəzər TV-də, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində.

Və səs yazısından əvvəl Xoşqədəm xanım uzun-uzadı qanunun aliliyindən, hamının qanun qarşısında bərabərliyindən danışır.

Görəsən, o, bilirmi ki, qanunla insanların səsini özündən icazəsiz efirə vermək qadağandır?

Yoxsa bunu bilə-bilə edir?

Verilişin redaktorları və TV-nin rəhbərliyi necə?

Bu məhkəməlik işdə bəri başdan uduzmağa məhkum olunduqlarını anlayırlarmı?

Ən dəhşətlisi isə bir adamın qeybət edərək, kiməsə gizli atdığı səsi cinayətin motivi kimi dəyərləndirib hakim ədası ilə çıxış etməkdir.

“Var-dövlət müvəqqətidir” deyib, xüsusi ahənglə “ağbirçəklik” edən Xoşqədəm xanım görəsən bəhs etdiyimiz qanun pozuntusuna nəyə görə yol verir?

Səfurə xanıma canı yandığı üçünmü?

Buna neçə nəfər inanar?

Şübhəsiz ki, varisi olduğu qohumu haqqında bu tonda danışmaq və ümumiyyətlə belə bir qənaətə gəlmək də həm etik, həm hüququ baxımdan doğru deyildir. İllah da haqqında danışılan, belə deyək, qarasına arzuolunmaz sözlər deyilən ciddi bir sənət adamı, böyük aktrisadırsa və köməksiz vəziyyətdə öz qohumunun himayəsində qalıbsa...

Aktrisa Mehriban Abbasovanın iddiaları da nəzərə alınarsa, hadisə məhkəmə predmetidir və mütləq araşdırılmalıdır.

Ümid edək ki, aiddiyyatı orqanlar məsləyə müvafiq qaydada aydınlıq gətirəcək və doğrudan da ortada cinayət faktı varsa, günahkar cəzalanacaq.

Onu da qeyd edək ki, mərhum Səfurə İbrahimova vaxtı ilə saytımıza verdiyi müsahibədə qohumlarından, o cümlədən qardaşı qızı Könül İbrahimovadan şikayətlənmişdi. Onun dediklərini əlavə edirik:

“Mənim bir qulağım eşitmir. Qız da gələndə qışqırıram ki, Könül səsini çıxartsın. O, gələndə qapıya çırtıq vurur.

Qızlar qışda gəlirdilər, indi gəlmirlər. Ayaqların kəsdim. Onları rədd elədim. Çox azğınlaşdılar. Qardaşımın uşaqları illərlə məni axtarmayıblar. Deyirəm, bir güllə məni saymısınız? Bir güllə. Səhnədə, ya burda? Hamısı doğma qardaşım qızlarıdır. İndi deyəsən, onların qulaqlarına səs dəyib. Deyirlər, Safura xəstədi, birdən gedə bilər. Halbuki mən analiz verdim, hər şey yaxşı çıxdı. Həkimlər mənə deyəndə, dedim, axı, mən, yazıq canım, həmişə öz halal çörəyimi yemişəm. Nəyim varsa, cırıq-cındır özümünkünü geymişəm.

Qohumlar, siz məni saymırsınızsa, qaçıb gizlənirsinizsə, nə edim? Gəlib kömək edirlər, bir vedrə su gətirirlər, bazarlıq edirlər. Axı mən onlara pul da verirəm. Amma onlar deyir ki, evi filankəsin adına yazdır, oğlumun adına yazdır. Diri olduğum halda bunu edirlər. Mən hələ sağ-salamat onların qarşısında gəzirəm...”

# 7109 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər