Haqverdiyevə həsr olunmuş tədbir keçirilib

Haqverdiyevə həsr olunmuş tədbir keçirilib
16 iyul 2021
# 13:30

Teatr Xadimləri İttifaqında “Mədəniyyətimiz–Tariximiz” silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə ittifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açaraq Ə.Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiiyi dəyərli sənət inciləri barədə danışıb.

“2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubiley ili idi. Bu əlamətdar tarixlə əlaqədar Prezident İlham Əliyevin 31 yanvar 2020-ci ildə imzaladığı Sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız bundan bəhrələnə bilmədi. Ötən il Əbdürrəhim bəyin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür”,-deyə Hacı İsmayılov vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Allahverdi Məmmədli Ə.Haqverdiyevin yaradıcılığını ətraflı təhlil edib, Əməkdar artist, rejissor Nicat Kazımov yazıçının əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi “Pəri Cadu” tamaşasından danışıb.

Tədbirdə Ə.Haqverdiyevin əsərlərindən ibarət foto və videogörüntülər nümayiş olunub.

Ə.Haqverdiyevin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbir görkəmli alim Mir Cəlal Paşayevin Əbdürəhim bəy Haqverdiyev haqqında fikirləri ilə yekunlaşıb.

azertag.az

# 1518 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #