news-inner
clock08:00 calendar-gray 21 Yanvar 2013 view-gray12863 dəfə oxunub
view-gray12863 dəfə oxunub

Özləri hind aktyoru, həyatları hind filmi...

Məhəbbət, sədaqət, humanizm aşılayan, haqqın qələbəsinə inam yaradan köhnə hind filmləri. Çox sevərdik bu filmləri, gəncliyimizdə bir-birimizə açıqca ilə təbrik yazanda hind məhəbbəti, fransız gözəlliyi arzulayardıq. Bu gün o filmlər kimi həmin sevgilər də yoxdur.

Bir vaxtlar onları çox sevər, filmlərini izləyər, şəxsi həyatları haqda uydurulmuş, dildən-dilə gəzən rəvayətlər dinləyərdik. Belə bir material o vaxtlar ələ düşməzdi. Sevimli hind aktyorlarının şəkillərini albomlarımıza vurar, kitablarımızın arasında gəzdirərdik.

Xüsusən “Zita və Gita” filmindən sonra sevilən Rac (Şaka) və Gita haqqında həqiqətləri bilmək yəqin ki sizlərə maraqlı olar.

İki Hind ulduzunun sevgi tarixçəsi

Dxarmendra (Şaka) əslində Dxaram Sinx Deol adının qısaldılmış formasıdır. 1935-ci ildə çox mühafizəkar bir ailədə dünyaya gəlib. 19 yaşında evləndiriblər onu. Nə yaxşı ki evləndirəndən sonra azadlıq veriblər və Dxarmendra Bombeyə köçüb.

Ailəsini kirayələdiyi evə yerləşib dərhal tanınmış kinostudiyalardan birinin elan etdiyi müsabiqədə iştirak etməyə yollanır. Müsabiqə barədə elanı yolda olarkən radioda eşidibmiş.

Rejissorun və baş rolu oynayacaq aktrisanın diqqətini çəkməsi onun üzünə Hindistan kinosunun qapılarını açır.

70-80-ci illər Dxarmendra üçün uğurlu illər olur. Bir film tamamlanan kimi, növbəti filmə və çəkilişlərə dəvət alır.

Xema Malini (Gita) 1948-ci ildə Tamilnad şəhərində dünyaya gəlib.

İlk dəfə 20 yaşında ekranlarda görünüb. Kastinqlərdən keçmək onun üçün çətin olmayıb, çünki rejissorlar onu görən kimi gözəlliyi qarşısında “əriyiblər”. Obrazları həmişə sevən, sədaqətli qadınlar olub. Öz sevgisini də elə çəkiliş meydançasında tapıb.

Onlar belə seviblər

Xema Malini ilə Dxarmendra 1969-cu ildə bir filmin çəkiliş meydançasında rastlaşıblar. Elə ilk görüşdən qəribə cazibə hiss ediblər. Tale elə gətirib ki, elə həmin il hər ikisi birlikdə çəkilmək üçün dörd filmə dəvət alıblar. Bollivudun ən romantik məhəbbət tarixçəsi belə başlayıb.

“Zita və Gita” filminin çəkilişlərində Dxarmendra Xema Malinin sadəliyinə, təmiz qəlbliliyinə heyran olur. Xema Malini isə onun yanında özünü dağa sığınmış zərif çiçək kimi rahat hiss edir.

“Qisas və qanun” filminin çəkilişlərində bu cazibəni yalnız özləri deyil, ətrafdakılar da hiss etməyə başlayır. Dxarmendra işıqçılarla danışıb razılaşırmış ki, çəkiliş vaxtı tez-tez, xüsusən də Xemanı qucaqladığı səhnədə səhvə yol versinlər ki, Dxarmendra Xemanı təkrar-təkrar qucaqlamalı olsun.

Onların sevgisi dillərə düşür, bu isə Xemanın ailəsində narazılıq yaratmağa başlayır. Xüsusən atası bu sevginin əleyhinə idi. O, hər gün qızına potensial ərlərin şəkillərini göstərir, seçim etməsini xahiş edirdi. Xema isə onlarla maraqlanmırdı.

Amma evli kişiyə olan məhəbbətini etiraf edə də bilmirdi: “Başa düşürdüm ki, evli kişini sevməyim mənasızdır, ağıllı iş deyil, amma Dxarmendra ilə yanaşı olmaq mənə o qədər xoş idi ki, ondan keçə də bilmirdim”.

Bir dəfə Dxarmendra ondan birbaşa soruşur: “Məni sevirsən?”

Xema ona “mən yalnız ərə gedəcəyim kişini sevəcəyəm”,-deyə cavab verir.

Bununla belə bu məhəbbət romanı az qala dünyanın müzakirə mövzusuna çevrilmişdi. Sarı mətbuat hər iki ailənin gərginlik yaşadığını yazırdı. Xemanın ailəsi ona növbəti dəfə namizədlər verir, ərə getməsini tələb edirdilər. Dərdindən ölən iki məşhur aktyor da onunla evlənməyə hazır vəziyyətdə dayanmışdılar – Sandjiv Kumar və Djitendra. Xema hər ikisini rədd edirdi. Dxarmendra isə bu söz-söhbətlərdən cana gəlmiş xanımını inandırmağa çalışırdı ki, onu atmaq fikri yoxdur. Belə gərgin, qeyri-müəyyən, anlaşılmaz münasibətlər bir xeyli davam edib.

“Mən Dxarmendraya qarşı olan istəklərimə zidd getməyə çalışırdım, amma planlı şəkildə sevmək, yaxud sevməmək olmur, məhəbbət qəlbə gələndə sorğu-sualsız, plan-proqramsız gəlir. Ancaq onu bilirdim ki, o, yanımda olanda özümü çox xoşbəxt hiss edirdim, istəyim də yalnız yanımda olması idi”.

1978-ci ildə Xemanın atası infarktdan ölür. İki il sonra Dxarmendra ilə Xema rəsmi kəbin kəsdirirlər, ev şəraitində, məhdud çərçivədə. Tezliklə mətbuat da bu barədə yazır, Dxarmendra birinci xanımını da saxlamaqla ikinci dəfə ailə həyatı qurur və qəribədir ki, cəmiyyət də bu addımı sevinclə qarşılayır.

İndi iki qızları var – Eşa və Axana. Hər ikisi aktrisa olmaq üçün təhsil alır. Dxarmendranın birinci nikahından olan iki oğlu da hazırda Hindistanın tanınmış kino ulduzlarıdır - Bobbi və Sanni Deol qardaşları.

Xema Malini indi prodüser kimi fəaliyyət göstərir, Hollivudu da fəth etmiş iki hind aktrisasından biridir. Dxarmendra isə çəkilir və rejissorluqla məşğul olur. Birlikdə teleseriallar çəkirlər.

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020