“Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı olub

“Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı olub
25 iyun 2021
# 18:03

İyunun 25-də “Azərkitab” kitab mərkəzinin nəzdində fəaliyyət göstərən Cabir Novruz adına poeziya evində yazıçı–publisist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” adlı kitabın təqdimatı olub.

Kulis.az xəbər verir ki, bir sıra tanınmış yazıçı və şairlərin qatıldığı tədbirdən öncə müəllif imzalı kitabları oxuculara hədiyyə edib.

“Azərkitab” kitab mərkəzinin rəhbəri Sabir Həsənov kitab haqqında məlumat verib, müəllifin gördüyü işi yüksək qiymətləndirib.

Şair-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli qeyd edib ki, Zemfira Məhərrəmlinin sayca 15-ci kitabı olan “Bədii düşüncədə Qarabağ” taleyimizə yazılan 30 illik savaşın başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan bir dövrü əhatə edir. Bu müqəddəs mövzu və onunla bağlı yaranmış çağdaş ədəbiyyatımız ilk dəfə olaraq sözügedən kitabda geniş təhlil olunur.

“Bu gün təqdimatına toplaşdığımız kitab Azərbaycan bədii-publisistikasında yeni bir səhifə açır. Kitab bizim Qarabağ mövzusunda yazan ədiblərimizin yaradıcılığına işıq salır. Kitabda 31 tanınmış sənətkarın əsərinə müraciətlə yazılıb. 44 günlük Vətən müharibəsi Qələbə tariximizin ən önəmli hissəsini təşkil edir. Sabah Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunacaq. Kitabın təqdimatının bu ərəfədə keçirilməsi bir daha bunun təsadüfi olmadığını göstərir. Kitabda yazıçının məqsəd-məramını üzə çıxarmaq, onun nə demək istədiyini anlamaq peşəkarlıq tələb edən məsələlərdir. Düşünürəm ki, Zemfira xanım kitabda bütün bunları çox ustalıqla bacarıb”, -deyə Vaqif Bəhmənli söyləyib.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açıb.

Belə kitabların respublikanın müxtəlif regionlarında, eyni zamanda işğaldan azad edilən bölgələrdə yaradılacaq kitabxanalara verilməsinin əhəmiyyətini qeyd edən Aqil Abbas bu istiqamətdə aidiyyəti qurumların da dəstək göstərməsinin vacibliyini diqqətə çatdırıb. Kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edən A.Abbas müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıb.

Yazıçı Seyran Səxavət, şair Qəşəm Nəcəfzadə və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan oxucusu Zemfira Məhərrəmlini yalnız publisist kimi deyil, eyni zamanda, dəyərli bədii mətnlərin müəllifi-yazıçı kimi tanıyır.

Vurğulanıb ki, bu yeni kitab ilə müəllif daha bir ilkə imza atıb. Zemfira Məhərrəmlinin yazıçı tənqidini, diqqəti çəkən hekayələr və povestlər ərsəyə gətirmiş müəllifin bədii mətnləri müşayiət edir və tamamlayır. Bir çox mənalarda ədəbiyyatımızın “Qarabağnaməsi” olan bu kitabı yazıçı tənqidinin “Ədəbiyyatlaşan Qarabağ səhifəsi” də adlandırmaq mümkündür.

Çıxışlarda qeyd edilib ki, kitab Qarabağ savaşı dönəmindəki ruh halımızı, ədəbiyyatımızın Qarabağ yaşantılarını ifadə etmək baxımından bu gün gözəl bir örnək olduğu kimi, gələcək illərdə də ən etibarlı qaynaqlardan biri kimi vərəqlənəcək.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdıran müəllif kitab haqqında fikirlərini bölüşən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabın redaktoru şair-tərcüməçi Vaqif Bəhmənli, “Ön söz” müəllifi isə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandır.

Azertag.az

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər