Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür

Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
15 iyun 2021
# 17:45

İyunun 14-də açılışı edilən Avropa Film Festivalı iyunun 29-dək onlayn formatda keçiriləcək.

Filmləri festivalscope.com saytından izləmək mümkündür.

Filmlər orijinal dildədir.

Bəzi filmlər ingilis, rus və Azərbaycan subtitrləri ilə təqdim olunur.

Qeyd edək ki, filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir.

Festival proqramına iyunun 17-də macar kinorejissor Gabor Reisz ilə görüş də daxildir.

İyunun 24-də Azərbaycan auditoriyası beynəlxalq səviyyəli kurator, mühazirəçi və media eksperti Nikolay Nikitin ilə təqdimat və sual-cavab sessiyasında iştirak etmək şansı qazanacaq.

Avropa Film Festivalı ilə bağlı son məlumatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin feysbuk səhifəsindən izləmək olar.

Xatırladaq ki, Avropa Film Festivalları çərçivəsində indiyə qədər 148 film nümayiş olunub və 23 Avropa rejissoru, aktyoru Azərbaycana səfər edib.

Bu ilki fesivalda isə 13 Avropa ölkəsindən 10 film nümayiş ediləcək.

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər