news-inner
clock11:00 calendar-gray 10 İyun 2021 view-gray422 dəfə oxunub
view-gray422 dəfə oxunub

Ömər Xəyyam Baydarovun filmini tənqid etdi: Ssenari bərbaddır, aktyor yoxdur!

Dünən – gecənin ölü sevindirən çağı Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminə baxdım.

Filmin uğurları məni sevindirmişdi, öz-özümə demişdim ki, nəhayət, yerli sənət mühitinin göyündən intəhasız ümidsizlik pərdəsi çəkilir, qərib yerdə mayak görünür, - könlümə qərib fərəh dolmuşdu, fəqət dünən – gecənin ölü sevindirən çağı başımdan qalxan tüstü təzədən həmən intəhasız ümidsizliyə bülənd oldu, məyus oldum.

Yazmaq da belədir. Bir var, yazmaq, bir də var, yazı haqda danışmaq. Yazı haqda danışmaqla yazının özü ayrıdır.

Əfsus!

Baydarov film çəkməyib, film haqda danışıb. daha doğrusu, bu film göstərmir, eləcə danışır.

Oyunçuluq haqda danışmaqdan ötrü səbəbim yoxdur. Niyə? – çünki filmdə aktyor yoxdur! Aktyorluq eləyən qara gödəkçəlilər var, doktor var, doktorun “bratva”sı var, o var, bu var, fəqət aktyor yoxdur, oyunçuluq yoxdur.
Ssenari bərbad! Dialoqlar – vay, vay...

Çox pisdi e, əzizim, çox pis!

Film əla rənglənib, səsi qəşəngdir, texniki müstəvidə müəyyən xal vermək olar, fəqət bu saat yarımlıq ekran işi hər nədirsə, film deyil, film haqda danışmaqdır.

Əlbəttə, Davud, İsa, Musa, - hərçənd, bu göndərmə də çox səthi, bəsit göndərmədir, bədii həlli yoxdur – nə bilim, xilasedici göydəndüşməlik haqda danışmaq olar, yazmaq olar ki, əslində, “bratva”nın bir yolda dörd dəfə maşın dəyişməyi çaparların at dəyişməyinə işarədir; motosikletin tərkində ketli gəlin, onların arxasınca dövlət yol polisi maşını filan şeyi nişan verir – ancaq mən yaxşı bilirəm ki, bu mənaları zorla o kadrlara yükləmək azərbaycançılıqdır, yaxşı, bəs, Venesiya kinofestivalındakı ustadlar nəyin yoxluğundan, nəyin çoxluğundan o qərara gəlmişdi?

Ustad Karlos Reyqadasın bu qaraqışqırığın içində nə işi var – onu qanmıram.
Bəd-bəd danışıram, ancaq yaxşı ki, belə filmlər çəkilir, uğur qazanır, yerli yaradıcılıq mühiti silkələnir.

Bəs nə!

Pillədir!

Filmlərimiz gələcəyə - əsl filmə haman pillələrnən ucalacaq!

Oxşar xəbərlər

Xəbər lenti

Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021
“Cəfər Cabbarlı Səməd Vurğuna niyə “Mən yazıçı deyiləm” demişdi?” – Nəvəsi 90 illik sirləri açdı - Müsahibə
09:00 21 İyun 2021
Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021