news-inner
clock08:15 calendar-gray 17 Yanvar 2013 view-gray2125 dəfə oxunub
view-gray2125 dəfə oxunub

Narkomanların və bomjların məkanı- rus qəbiristanlığı REPORTAJ

Rus qəbiristanlığı “Yasamal Dağüstü -1” qəbiristanlığına daxildir. “Yasamal Dağüstü -1” qəbiristanlığının içərisi ilə “Azərbaycan” nəşriyyatından Badamdara gedən yolun qurtaracağında, yolun sol tərəfində baxımsız və səliqəsiz... Uzun müddətdir ki, “Yasamal Dağüstü -1” qəbiristanlığının bu baxımsız hissəsində Bakıda yaşayan və burda dünyasını dəyişən rus əsilli vətəndaşlarımız dəfn olunur. “Yasamal Dağüstü -1” qəbiristanlığında bir neçə dəfə olsam da, Rus qəbiristanlığının yerini dəqiq bilmirdim. Daha doğrusu yanından dəfələrlə keçsəm də diqqətimi çəkməmişdi. Qəbiristanlığın Badamdar tərəfindəki girişində böyük “Mərasim zalı” və gül dükanları var. Gül dükanlarının birinə yaxınlaşıb qəbiristanlığın yerini soruşanda üzümə elə qəribə-qəribə baxdılar ki, bir anlıq duruxdum. Başa düşdüm ki, izahat vermək vacibdir. Jurnalist olduğumu, gəlişimin məqsədini izah edəndən sonra laqeyd şəkildə rus qəbiristanlığının girişini mənə nişan verdilər. Qərənfil satanların qırımından anladım ki, rus qəbiristanlığı ilə çox nadir hallarda maraqlanan olur. Laqeydliklərindən isə burdakı qəbirlər üçün gül alanların olmadığı bəlli olurdu.

Baxımsızlıq və natəmizlik...

Geniş və rahat bir giriş tapa bilmədiyim üçün, darısqal girişlərin birindən, dar və əyri-üyrü yollarla qəbiristanlığın içərisinə doğru irəliləyirəm. Elə girişdəcə natəmizlik, baxımsızlıq “göz çıxarır”. Girişi əməlli başlı zibilliyə çeviriblər. Qalaq-qalaq zibil yığınının altından hansısa rus mərhumun məzar xaçı kədərli-kədərli boylanır. Bir az kənardakı məzarın üstündə fəhlə paltarları atılıb. Pivə, araq şüşələri isə sanki bəzək aksesuarıdır. Az qala hər məzarın üstündə bir neçə şüşə atılıb. Məzarların arasındakı cığır o qədər darısqaldır ki, ikinci adamın bu cığırla gedə bilməsi qeyri mümkündür. Əksər məzarların üstündə dəmir xaç olsa da xalqımıza məxsus dəbdəbəli, nəhəng başdaşı ənənəsi ruslarda da var. Sovet dövrünə aid dəbdəbəli və nəhəng başdaşlarına burda tez-tez rast gəlmək mümkündür. Hətta Gəncənin Səbizkar qəbiristanlığında rast gəldiyim sərdabələrə bənzər qəbirlər də diqqətimi çəkdi. Hiss olunur ki, qəbiristanlıq və dəfn məsələsində Bakı ruslarını bizdən fərqləndirən yalnız dini prosedurlardır. Yoxsa məzarların dəbdəbəsi də, ölçüsü də bizdən geri qalmır. Qərənfil satan Elxan adlı cavan oğlan danışır ki, ruslarda qəbir üstünə gəlmək adəti yoxdur. “Mən iki ildi burda gül satıram, amma rus qəbiristanlığına ziyarətə gələn cəmi 2-3 adam görmüşəm. Ya rusların belə adəti yoxdu, ya da burda dəfn olunan ruslar kimsəsizdir. Bir az yuxarıda müsəlman qəbiristanlığıdır. Hər gün onlarla adam ziyarətə gəlir. Mollaların baş qaşımağa vaxtı yoxdur. Amma rus qəbiristanlığı həmişə boş və kimsəsizdir.”

Rusların dəfn adətləri

Rus qəbiristanlığında provaslav keşişlər dua oxumaq üçün yığışmır. Rusların dəfn adətləri barədə danışmaq üçün məcburən molla axtarıram. Rusların dəfn qaydalarından demək olar ki, heç bir mollanın anlayışı yoxdur. Əksər mollaların qəribə də olsa, müsəlmanların dəfn qaydasından da anlayışı yoxdur. Güc-bəla ilə normal savadı olan bir molla axtarıb tapıram. Müsəlman qəbiristanlığında mollalıq edən 75 yaşlı Məşədi Əsban kişi deyir ki, ruslarla bizim bir çox dəfn adətlərimiz oxşardır. “Ruslar da ölünü üzü cənuba uzadır, üzərinə matəm rəmzi olan qara parça örtür, sinəsinə isə güzgü qoyurlar. Amma onların güzgü qoymaq adəti fərqlidir. Azərbaycanlıların və rusların mərhumla bağlı bir-çox adətləri bir-birinə uyğun gəlir. Məsələn, mərhumun əllərini sinəsində çarpazlaşdırmaq, çənəsini sarımaq, bədənini çəkib-düzəltmək və s. Güzgü məsələsi bayaq qeyd etdiyim kimi, fərqlidir. Ruslar ölünün üstünə qoyduqları güzgüləri parça ilə örtürlər. Bizdən fərqli olaraq ruslar ölülərini tabutla dəfn edirlər. Ruslarda da ölünü yumaq adəti var. Ancaq ruslar dəfn vaxtı tabutu kəndirlə qəbirə endirdikləri üçün qəbirin içərisinə düşməyə ehtiyac qalmır. Onların da öz duaları var və dəfn vaxtı onlar da dua oxuyurlar”.

Məşədi Əsbanla sağollaşıb, yenidən qəbiristanlığa qayıdıram. İçəriyə doğru getdikcə natəmizlik və baxımsızlıq daha çox gözə çarpır. Qərənfil satanların dediyinə görə rus qəbiristanlığı narkomanların və bomjların sevimli məkanıdır. Burda heç kəs onlara mane olmadığı üçün rahatca öz işləri ilə məşğul ola bilirlər.

news-inner-user
Cəlil Cavanşir

291 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Gənc gürcü yazıçısı nüfuzlu ədəbiyyat mükafatı qazanıb
13:02 27 May 2019
“Sabir poeziya günləri” keçiriləcək
12:20 27 May 2019
Psixikası yerində deyil, getsin evlənsin - Rəşad Məciddən gənc şairə cavab
11:51 27 May 2019
Bu tip çağırışlar doğru deyil – Qələm adamları son təltiflərdən danışdılar
11:31 27 May 2019
Ədəbi düşüncələr – İlham Qəhrəman yazır...
10:47 27 May 2019
Məşhur türk aktyoru vəfat etdi
10:15 27 May 2019
“Cavad xan” filmi Varşavada nümayiş olunacaq
09:52 27 May 2019
Millət vəkili: “Həbsxanada kitab tapmayanda Çingiz Abdullayevi oxuyurdum” – Müsahibə
09:00 27 May 2019
Kamal Abdullanın ən məşhur şeiri
12:03 26 May 2019
Kann kinofestivalının qalibləri bəlli oldu
11:01 26 May 2019
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – MÜSAHİBƏ
09:30 26 May 2019
Ailəsinin boşanmağına səbəb olan qız – Hekayə
17:02 25 May 2019
Akif Əlinin “Yaradan” adlı yeni kitabı çıxıb
16:33 25 May 2019
Cavan Zeynallı: "Yıxılacam bu dəqiqə..."
15:48 25 May 2019
Cavan Zeynallı və İlqar Muradova Xalq artisti adı verilib
15:16 25 May 2019
Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”
14:43 25 May 2019
Kamal Abdulla və Afaq Məsuda Xalq yazıçısı adı verilib
14:23 25 May 2019
Bir qrup mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib – Siyahı
14:10 25 May 2019
Ramiz Rövşən, Musa Yaqub Xalq Şairi oldu – Fəxri Adlar - Siyahı
13:55 25 May 2019
Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
13:22 25 May 2019