Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi

Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
8 may 2021
# 11:10

Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilib.

Kulis.az bu sərəncamının 10 tarixi dərsini təqdim edir.

1. Şuşa Pənahəli xan tərəfindən hərbi istehkam kimi tikilsə də zaman keçdikcə bu qala tarixi əhəmiyyətli mədəni abidəyə çevrildi və daha çox mədəni dəyər kəsb etməyə başladı.

Şuşa qalası restavrasiya olunmamalıdır – Tanınmış memar

2. Şuşa şəhərinin mədəni mərkəzə çevrilməsi təkcə şəhəri əhatə edən tarixi qalanın mədəni əhəmiyyət ilə bağlı deyildi. Burada bütün zamanlarda Azərbaycanı dünyaya tanıdan çoxlu elm, incəsənət və Mədəniyyət xadimləri yetişdi, şəhərin memarlığı öz orijinallığı ilə füsunkar təbiəti tamamlayıb canlı muzeyə çevrildi.

İşğal altındakı Şuşanın ən son FOTOLARI

3. Şuşada İbrahimxəlil xanın vəziri olmuş və əsasən Qarabağ xanlığının xarici siyasətini həyata keçirən Molla Pənah Vaqif şuşalılar, qarabağlılar və bütün Azərbaycan xalqı tərəfindən daha çox şair kimi tanınırdı. Onun şair kimliyi siyasi kimliyindən çox-çox yuxarıda dayanırdı. Bəlkə də bu, hansısa kritik dönəmlərdə yaxşı ənənə sayılmır, lakin dahi Çörçilin təbirincə desək, əgər bir məmləkətin mədəniyyəti yoxdursa, o zaman onun uğrunda niyə döyüşürük ki?

4. Bildiyiniz kimi, Şuşada Vaqifin mavzoleyi vardı və erməni terrorçuları ilk növbədə bu mavzoleyi dağıdıb Azərbaycan mədəniyyətinə məxsus izləri silməyə çalışırdı. Onlar nə qədər qəddar olsalar da həqiqəti anlayacaq qədər ağıllı idilər və Şuşada formalaşmış həmin o mədəni gücdən qorxurdular. Ona görə, əsas hədəf kimi nəzərdə tutub imkan düşdükcə məhv etməyə çalışırdılar. Lakin bir şeyi unudurdular: mədəniyyəti yaradan xalqın ruhudur! Bir, beş, lap belə, yüz abidəni dağıtmaqla deyil, bu xalq yaşadıqca ondan da gözəllərini yaradacaq. Biz artıq bunun şahidi olmaqdayıq.

May be an image of monument

5. Mədəniyyətimizə tuşlanan güllələrin bariz nümunəsi işğal vaxtı Şuşada güllələnən büstlər oldu: Üzeyir bəy, Bülbül, Natəvan... Azərbaycan hökuməti uzun zəhmətlər bahasına o büstləri işğal ərazisindən çıxarıb Bakıya gətirmişdi və İncəsənət Muzeyinin həyətində nümayiş etdirirdi. Zaman yetişdi, Şuşa işğaldan azad olundu və həmin büstlər öz tarixi yerlərinə qaytarıldı. Büstlərin açılışında cənab prezident, Qarabağ qələbəsinə imza atmış Ali baş komandan İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva iştirak etdi. Bu, ciddi bir mesaj idi: biz igid oğullarımızın ağlagəlməz şücaəti hesabına azad edilən Şuşaya Üzeyir bəylə, Bülbüllə, Natəvanla qayıdırıq. İstəsək orda Koroğlunun, Babəkin, Xosrov bəyin də abidəsini ucalda bilərdik. Ucaldacağıq da. Lakin bu gün dünyaya və Azərbaycan ərazisində yaşayan dinc ermənilərə sülh mesajı veririk, mədəniyyət çağırışı edirik, onları humanizmə səsləyirik. Məlum sərəncam Şuşaya Üzeyir bəylə qayıdışın məntiqi davamıdır.

6. Şuşada keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” festivalının üstəlik həm də Mədəniyyət paytaxtı elan edilən bir şəhərdə reallaşması ikiqat mənəvi qazancdır və mütərəqqi dünyaya mesajdır.

Şuşada Xarı bülbül festivalı keçiriləcək - VİDEO

7. Mədəniyyətin bütün sahələrində danılmaz irs yaradan Şuşa musiqidə xüsusilə seçildi. Bu da şübhəsiz ki, bu şəhərdə yetişən böyük xanəndə və ifaçıların, eyni zamanda ilk peşəkar bəstəkarımız olan Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Şuşaya Azərbaycanın musiqi konservatoriyası deyirdilər. Musiqi konservatoriyası adlanan şəhər elə Mədəniyyətin paytaxtıdır. Verilən sərəncam bunu rəsmiləşdirdi.

Şuşa Azərbaycanın musiqi beşiyidir | Sevincli Dünya

8. Mədəniyyət paytaxtı ənənəsi dünyada və Azərbaycanda əvvəldən mövcuddur. Ötən illərdə Bakı, Gəncə, Şəki şəhərləri Mədəniyyət paytaxtı elan olunmuşdu. Şuşa da həm qədim tarixə malik, həm qiymətli mədəni dəyərləri olan, həm də işğaldan yenicə azad edilən bir şəhər kimi bu adı haqq edirdi.

Şuşanın işğalından 28 il ötür - Hürriyyət

9. Düşmənin münaqişə mərkəzinə çevirdiyi, taladığı, yandırdığı, qarət etdiyi şəhəri biz Mədəniyyət paytaxtına çevirib bərpa edir, tikir, abadlaşdırırıq. Fərqimiz bu qədərdir... Və bircə bu fakt bu ərazilərin əsl sahibinin kim olduğunu göstərir. Heç öz evini dağıdan adam gördünüzmü?!

Sədaqətinə qurban, Şuşa! » Kaspi.azAzərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10. Ən vacibi, 1992-ci ilin bu günü, yəni mayın 8-də düşmən Şuşanı işğal etmişdi. Biz 28 il matəm günü kimi qeyd etdiyimiz bu qara haşiyəli təqvim günündən bir neçə saat öncə doğma Şuşamızı Mədəniyyət paytaxtı elan etdik. Bəzən, sözü rəqəmlər özü deyir. Bizim danışmağımıza və yazmağımıza heç bir ehtiyac qalmır!

Gallery

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
# # #