news-inner
clock08:15 calendar-gray 15 Yanvar 2013 view-gray5398 dəfə oxunub
view-gray5398 dəfə oxunub

Gənclər bunu oxumasın

40 yaşına çatmış insanın həyatında öyrənməli olan şeylər nələrdir?

1. Bəzən “yox” deməyi bacarmaq.

2. Sevişərkən daha çox zövq almağın yollarını axtarıb tapmaq.

3. İşləmək qədər dincəlməyə də vaxt ayırmaq lazım olduğunu öyrənmək.

4. Bahalı bir restoranın menyusundan ən yaxşı şərabı seçməyi bacaracaq qədər şərab bilgisinə sahib olmaq.

5. Əgər dəyişdirə bilmirsənsə, gördüyün işi sevmək.

6. Yaşadığın şəhəri bir turistə bələdçilik edəcək qədər yaxşı tanımaq.

7. Uşaq istəyib istəmədiyindən əmin olmaq.

8. Evin idarə edilməsinin təməllərini bilmək . (İşıq, qaz, su məsələləri...)

9. Ac qalmayacaq qədər mətbəx qabiliyyətinə sahib olmaq. Yumurta bişirmək, kartof qızartmaq üçün kulinariya məktəblərində oxumağa ehtiyac yoxdur.

10. Fobiyaları məğlub etmək. Ağbirçək qadınsınız, amma hələ də küçə pişiklərindən qorxursunuzsa, yaxud iş adamı olmağınıza baxmayaraq təyyarədən qorxduğunuz üçün uzun yolları avtomobillə gedirsinizsə qorxularınızı məğlub etməyin zamanı gəlib.

11. Hobbilərə malik olmaq. Boş vaxtları dəyərləndirmək üçün məşğuliyyət tapmaq yaşlanmağın ən mühüm özəlliyidir.

12. Bədəninizin səsini eşidin. Enerjinizin 20 yaşındakı enerji olmadığına başa düşün, onu boş yerə xərcləməyin.

13. Görünüşünüzə fikir verməyi öyrənmək. Bir-birinə qarışmış, daranmamış saçlar, ütüsüz paltarlar 40 yaşlı adama yaraşmaz.

14. Bədənə uyğun geyinmək. Gənc qalmaq yaxşıdır, ancaq 10 illik dar şalvarın içinə yerləşməyə cəhd etmək olmaz.

15. Xaricdə sağ qalmağı bacaracaq səviyyədə xarici dil qabiliyyətinə sahib olmaq.

16. Tək başına səyahətə getməyin dünyanın sonunun əlaməti olmadığını qəbul etmək və ən azı bir dəfə harasa tək gedib dincəlmək.

17. Bir partidə asosial görünməmək üçün rəqs etməyi bacarmaq.

18. Heç tanımadığın insanlarla söhbət etməyi bacaracaq qədər ünsiyyətcil olmaq.

19. Kəşf etmək istədiyin, gəzə biləcəyin yerləri planlaşdırmaq.

20. İşsiz olanda dolanmaq üçün ehtiyatda pulunun olmağı.

21. Çılğınlıq etmək üçün heç vaxt gec olmadığını anlamaq.

22. Səhv olduğunu anlayanda üzr istəməyi bacarmaq.

23. Komanda işinin və birliyin gücünü qavramaq.

24. Təhqir və tənqid arasındakı fərqi öyrənmək.

25. Fərqli dadlara açıq olmaq. Bu həyata bir dəfə gəlirsiniz. Suşi yemədən, kenquru ətinin dadına baxmadan ölüm getməmək üçün, fürsət tapdıqca “dilimə də vurmaram” dediyiniz şeylərin dadına baxmaqda fayda var.

26. Yemək, içki yaxud sevdiniz serial... Həddi aşmamağı öyrənə bilmək.

27. Dalana dirənəndə mövcud vəziyyətdən çıxmağı bacarmaq.

28. Həyatda hər istədiyinizin olmayacağını qəbul etmək.

29. Ətrafınızda həmişə sizdən gözəl, ağıllı və uğurlu insanlar olacağını, rəqabətə girməyin sizə bir şey qazandırmayacağını qəbul etmək.

30. Heç kimin və heç nəyin əvəzedilməz olmadığını anlamaq. Bu yaşa kimi yəqin ki, çoxlu sayda insanlarla münasibətdə olmusunuz, sizi tərk edənlər də çox olub. Yəni 40 yaşda sizi tərk edənin arxasınca “o olmazsa, yaşaya bilmərəm” deməməyi bacarmaq.

31. Məcburiyyət qarşısında vəziyyəti idarə etməyi bacarmaq. Sevgilinizin xətrinə sevmədiyiniz halda onun ailəsi yeməyə getmək, yaxud dostları ilə görüşmək və s.

32. Qarşındakını dinləməyi öyrənmək.

33. Kiməsə təsəlli vermək, çətin anlarında onun yanında olmağı öyrənmək. 40 yaş elə bir dövrdür ki, təkcə partilərdə deyil, yas mərasimlərində də dostların yanında olmaq lazım olur.

34. Sizə yük olan insanlarla münasibətləri kəsməyi bacarmaq. Ən yaxın dostunuzla aranızdakı xoş hisslər sadəcə rəqabətə çevrildisə, yaxud illər sizi bambaşqa insanlara çevirdisə, artıq həmin dostlardan uzaqlaşmaq vaxtı gəlib çatıb.

35. Tez-tez görüşməsəniz də, sevdiklərinizlə əlaqə yollarını açıq saxlamağı öyrənmək.

36. Xırda şeyləri dərd etməməyi öyrənmək. İşə gecikmək, maşını cızmaq, ən çox sevdiyiniz bir əşyanızı salıb sındırmaq əslində elə də mühüm deyil. İllər insana detallarda yoxa çıxıb mənzərənin bütövlüyünü itirməməyi öyrədir.

37. Qəzəbinizi idarə etməyi bacarmaq. Əsəbiləşmək çox normal bir reaksiyadır. 40 yaşına çatmış insanın öyrənməli olduğu şeysə mümkün olduğu qədər əsəblərini cilovlamaq, problemləri masa ətrafında həll etməyi bacarmaqdır.

38. İçki masasında neçənci qədəhdən sonra dayanmaq lazım olduğunu öyrənmək.

39. Keçmişdəki səhvlərinizə görə özünüzü günahlandırmamağı, özünüzü bağışlamağı öyrənmək.

40. Yaşadığınız acı təcrübələr və travmaların öhdəsidən gəlmək üçün nəsə etmək. Səbəb-nəticə əlaqələri üzərində baş sındırmaq, lazım olsa bir mütəxəssisdən kömək istəmək.

Mənbə: “Hürriyet Pazar”

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020
Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq”
13:40 14 İyul 2020
Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020