news-inner
clock12:14 calendar-gray 05 May 2021 view-gray10655 dəfə oxunub
view-gray10655 dəfə oxunub

Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar

Kulis.az bu gün dünyasını dəyişən Xalq şairi Fikrət Qoca haqqında maraqlı faktları təqdim edir.

Fikrət Göyüş oğlu Qocayev 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

***

Əsərləri ilə 1956-cı ildən ədəbi mətbuatda çap olunmağa başlayıb. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.

***

Fikrət Qoca iki dəfə ailəli olub. İlk evliliyindən Yalçın və Pərvanə adlı övladları doğulub. Şair sonradan atasının dostunun qızı Raya ilə tanış olur. Raya xanım şairdən on beş yaş kiçik olsa da valideynlərin razılığı ilə ona ərə gedir. Bu evlilikdən Günay və Gülay adlı qızları doğulur.

Deyilənə görə, Fikrət Qocanın birinci evliliyi Raya xanıma görə dağılıb. Lakin Raya xanım müsahibələrinin birində bu barədə deyir:

“Övladı danmaq olmaz. Ona görə də mən həmişə Fikrətin uşaqlarına öz övladım kimi baxmışam. Çox şeylər danışırlar. Guya evli olduğu vaxtlarda məndən xoşu gəlib, bəziləri deyirdi Rayaya görə ailəsindən ayrılıb. Amma Fikrət birinci həyat yoldaşından ayrılandan düz 7 il sonra biz ailə qurmuşuq. Onda heç Fikrət Qocanı yaxşı tanımırdım. Övladlarına qarşı isə həmişə yaxşı olmağa çalışmışam. Çünki Allahdan qorxmaq lazımdır. Mənim də övladlarım var. Nə tökərsən aşına, o da çıxar qaşığına...”

***

Fikrət Qoca 1972-ci ildə dünyaya gələn, hal-hazırda ABŞ-ın İndiana ştatında yaşayan, Corc adlı ingilislə ailəli olan qızı Günay doğulanda ona “Günayım” adlı şeir yazır. Yetmiş-səksəninci illərdə böyük populyarlıq qazanan bu şeirə bəstəkar Ramiz Mirişli musiqi bəstələyir. Mahnını Flora Kərimova ifa edir

***

Günay xanımın da bəstəkarlıq qabiliyyəti var. O, atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb. İndiananın tanınmış aranjimançılarından biri ilə xalq şairinin sözlərinə bəstələnən “Çıx get” mahnısının üzərində yenidən işləyərək fərqli üslubda bir mahnı ərsəyə gətirir.

Ümumilikdə Fikrət Qoca sözlərinə ən çox mahnı bəstələnən şairlərdəndir. Onun yüzlərlə şeiri nəğməyə çevrilib. O mahnıların içərisində Tofiq Quliyevin “Mehribanlıq səadətdir”, Emin Sabitoğlunun “Payız gəldi”, Polad Bülüloğlunun “Gəl ey səhər” kimi məşhur mahnılar da var.

***

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var: "Ölüm ayrılıq deyil", "Hələlik-qiyamətədək" povestləri 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirir.

***

Əsərləri bir sıra xarici dillərə tərcümə olunan şair "Anacan dostum evlənir", "Könlüm", "Günay", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur" şeirlərinə məşhur bəstəkarlar tərəfindən musiqilər bəstələnib.

Fikrət Qoca müsahibələrinin birində yaradıcılığı haqqında deyir:

“Bəlkə də yazılacaq “şah əsər” mənimlə birgə qəbirə gedəcək. Şeir yazmaq qızdırma xəstəliyi kimi bir haldır. İnsanı darıxdırır, məcbur edir oturmağa, yazmağa. Hətta yer yoxdursa belə, masanın altında yazırsan. Necə ki, uşaq böyüyür, gəzənə qədər onunla məşğul olursan, elə ki ayaq tutub yeriyir, müstəqil olur, artıq bir o qədər də narahat olmursan: Deyirsən, Allah, özün qoru! Tapşırırsan taleyə. Yaradıcılıq da elədir. Nə qədər ki, o mənim canımdan çıxmayıb, düşünürəm ki, o mənim “şah əsərimdir”. Amma sonra dəyəri zaman verir.

***

Fikrət Qoca ilk şeirini 1954-cü ildə Dəmiryol texnikumunda təhsil alarkən yazıb. Satirik mövzuda olan dördmisralıq şeir “Bacıqızı” adlanıb. Şeirin yazılma tarixi isə qəribə olub. Firkət Qoca orta məktəbdə oxuyarkən yanında əyləşən parta yoldaşına qarşı çox mehriban olub. Müəllimlərindən biri tez-tez o qızla bağlı deyirmiş, xətrinə dəyməyin, bacıqızıdır. Sonradan isə məlum olur ki, həmin parta yoldaşı müəllimin sevgilisidir. Sonralar bu şeir “Kirpi” jurnalında dərc olunur.

Filippinli cavan şair Xose Risal, kubalı Ernesto Çe Gevara və bir çox ölkələrin milli azadlıq liderləri haqqında poemalar yazıb. Şair Kubaya səfər edəndə Çe Gevaranın bacısı və bacısı oğlu ilə görüşür. Onlar özləri hava limanının otelində Fikrət Qocanı gizlin şəkildə axtarıb taparaq onunla görüşürlər.

***

Şairin oğlu 1965-ci il təvəllüdlü Yalçın Qocayev İnşaat Mühəndislər İnstitutuna gecə növbəsinə daxil olur. Gündüzlər fəhlə işləyib, gecələr isə oxuyur. Onun şeirlər kitabı çap olunur. 1994-cü ildə isə Yazıçılar Birliyinin üzvü olur. 1996-cı ildə onu Xarici İşlər Nazirliyinə işə dəvət edirlər. İki il işləyəndən sonra Yalçın ərizə yazaraq işdən çıxır.

***

Fikrət Qoca gənc yazıçı və şairlərə təqaüdlər verilən zaman iki dəfə siyahıdan öz oğlunun adını silir. Üçüncü dəfə də belə etmək istəyəndə yazıçı Anar deyir ki, ay Fikrət, olmaz belə, sənin oğlundur deyə bunu boğub öldürməliyik?

2017-ci il martın 12-də Fikrət Qocanın 52 yaşlı oğlu Yalçın Qocayev dünyasını dəyişir. Fikrət Qoca mətbuata açıqlama verərkən oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirsə də, sonradan məlum olur ki, Yalçın Qocayevin üç nəfər döyərək amansızlıqla öldürüblər. Ölümünə səbəb başından aldığı ağır zərbə olub. Xalq şairi bu məsələyə münasibət bildirərkən deyib:

"Mən oğlumu itirmişəm. Daxili İşlər Nazirliyi çox sağ olsun ki, bu məsələyə aydınlıq gətirib. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər, yüz adam tutsunlar. Bunun mənə xeyri var? Əlbəttə, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər, niyə öldürüb. Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki? Yalçının döyülərək öldürülməsini mətbuatdan eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib. Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər".

***

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

No description available.

Əkrəm Əylisli ilə çox yaxın dost olub. Hətta Əkrəm Əylisli ən gözəl əsəri hesab olunan “Kür qırağının meşələri”ni Fikrət müəllimgilə qonaq gedəndə yazmaq qərarına gəlir. O, deyir ki, Kür qırağına getmişdik, çayın qırağındakı təbiətin gözəlliyi və xoş hava mənə çox güclü təsir etdi, əsərin rüşeymi orda yarandı.

***

Əkrəm Əylisli ilə sonralar münasibətləri pozulur, araları dəyir. Səbəb isə Əkrəmin AYB və onu rəhbərləri ilə bağlı sərt tənqidləri idi. Əkrəm Əylisli müsahibələrinin birində Fikrətlə tonlarla araq içmişəm söyləmişdi. Fikrət Qocanın isə cavabı belə olmuşdu: Görünür, elə araq dostluğunun axırı belə olar.

***

Fikrət Qoca ağır ağciyər xəstəliyinə tutulur. Və Heydər Əliyevin yardımı sayəsində yenidən həyata qayıdır. Onun ağciyərinin yarısı əməliyyat olunaraq götürülür. Bu səbəbdən sonralar şairin səsi batır.

***

Son şeirləri yeni nəsil oxucu və yazarlar arasında sərt tənqidi münasibət doğursa da yəqin çoxu bilmir ki, Fikrət Qoca gəncliyində ən istedadlı və ən yeni düşüncəli şair kimi ədəbiyyata gəlib. Onun ən yaxın dostlarından biri yeni dövr Azərbaycan şerinin ən böyük nümayəndələrindən olan Əli Kərim idi.

***

Alman dilindən məşhur tərcüməçi Hamlet Qoca Fikrət Qocanın qardaşı idi.

***

Xalq şairi Fikrət Qoca bu gün 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib.

Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar"> Fikrət Qocadan maraqlı faktlar" data-description="gallery" alt="Çe Gevaranın bacısı ilə oteldə gizli görüşdü, qızı ingilislə evləndi, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qocadan maraqlı faktlar">
news-inner-user

18716 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
"Xarıbülbül" musiqi festivalı başlandı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021