İnsan necə oyuncağa çevrilir? – Asif Atadan unikal deyimlər

İnsan necə oyuncağa çevrilir? – Asif Atadan unikal deyimlər
3 may 2021
# 17:11

Kulis.az filosof Asif Atanın "Rəmzlər" əsərindən ədəbiyyata dair seçmələri təqdim edir.

NƏSİMİ. Zəmanəsini saymadı. Dərisini soydular.

AXİLLESİN DABANI. Axilles – Allah ola bilərdi.
Bu səbəbdən də Daban xəyanəti törədildi.
İstəmədilər ki, insan Allah olsun.

“İLİADA”. Həyat haqqında dastan.

“ODİSSEYA”. Məişət haqqında dastan.

OTELLO İNAMI. Otello inanmırdı ki, onu aldadarlar. Bu səbəbdən də Yaqo onu aldatdı.
Otello özünə həddən artıq inandığı üçün aldandı.

İSGƏNDƏR ÖLÜMÜ. – Mənə kömək edin, alimlər, filosoflar – qoymayın ölüm!
Xəzinədar, xəzinəmi yoxsullara payla – Allahlara dua oxusunlar – ölməyim!
Öldürməyi bacarırdı İsgəndər, ölməyi bacarmadı.

ARİSTOTEL “HƏQİQƏTİ”. – Platon mənə əzizdir, ancaq Həqiqət ondan da əzizdir.
Nankor tələbələrin əzbərlədiyi kəlam.

JAVER HƏYATI. Javeri yaşadan Jan Valjanın “cinayətiydi”.
Həmin “cinayət” ölən kimi Javer də öldü.

ÇEXOV. “Altı nömrəli palata”.
Mənəvilərin yeri – dəlixanadır, qeyrilərin yeri – cəmiyyət!

HACI MURAD. Ölməliydi! Nə Şamilə silahdaş ola bildi, nə Nikolaya kölə.

ROMANIN SÜQUTU. Sezar ölən günü Romanın ölümü başlandı.
Ancaq Roma imperiyası bu hadisədən sonra yarandı...

KVAZİMODO. Əgər Kvazimodo sevilsəydi – qadınlar allaha bərabər olardı.

SPARTAK. Qul olmaq istəmirdi. Bu “cinayətdən” ötəri dara çəkdilər.

ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər əslində Allahı ən çox sevənlərdir.

İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı.
Bu səbəbdən də isaçılar onu müqəddəsləşdirdilər.
İsanın anası – adi qadın ola bilməzdi!

QƏRB UÇURUMU. Kafka, Coys bədbinliyindən sonra Uçurum gəlir.
Ekzistensializm sitəmindən sonra Uçurum gəlir.
Qərb uçurumamı düşəcək, gerimi qayıdacaq, yoxsa Şərqəmi üz tutacaq?...

HOMERİN DEMƏDİYİ. İnsan öz taleyini kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir.

EDİPİN GÖRMƏDİYİ. İnsanın taleyini əvvəldən hazırlayırlar...

İNSAN OLMAYAN. Qədim Romalı qulu insan saymadı, ona görə də özü İnsan olmadı.

TOLSTOYÇULUQ. Peyğəmbər müavinliyi.

DOSTOYEVSKİ. Xəstə bəşər haqqında hekayət.

CƏHƏNNƏM. Qəbahətin yaratdığı.

CƏNNƏT. Səfalətin yaratdığı.

DOSTAYEVSKİ FƏRYADI. Allahsız İnsan – Yetimdir.

CƏLALƏDDİN RUMİ. Şairanə Peyğəmbərlik

HÜSEYN CAVİD. Xəyalla Gerçəklik arasında Uçurumu görən.

SERVANTES. Don Kixotu təsvir edən, ancaq dərk etməyən.

FAUST. İblisə küsənən.

AXİLLES. Hökmə baş əyməyən.

RODEN. Düşünən Daş.

DAHİ YARARLIĞI. Dar ağacına yaradılar.
Çarmıxa yaradılar.
Dustaqxanaya yaradılar.
Dəlixanaya yaradılar.
Lənətə yaradılar.
Nifrətə yaradılar.
İşgəncəyə yaradılar.
Yarıdılar...

JAN VALJAN. Hüqodan böyük.

RASKOLNİKOV. Rus Napoleonu.

ALBER KAMYU. Yadlaşan Doğmalıq.

QLADİTOR TAMAŞAÇILARI. Qladiatorun ölümünü istəyənlər...

SANÇO-PANSA. “Ayıq” Don-Kixot!

DULSİNEYA. Don Kixotun yaşatdığı!

FAUSTUN MARQARİTASI. Sevməyi bacaran!

SÜRREALİZM. Təcavüzkar İnstinktpərəstlik!

# 4287 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər