Kirkorovu ayağa qaldıran azərbaycanlı - Rusiyanın ən reytinqli şousunda qalib olan Cahid kimdir? - Video

Kirkorovu ayağa qaldıran azərbaycanlı - Rusiyanın ən reytinqli şousunda qalib olan Cahid kimdir? - Video
3 may 2021
# 15:01

Ötən gün Rusiyanın NTV kanalında yayımlanan ən reytinqli və məşhur "Maska” şousunun qalibi həmyerlimiz MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jonny (Cahid Hüseynli) olub.

Kulis.az Cahid Hüseynlinin həyatı və yaradıcılığı haqqında bəzi maraqlı məlumatları təqdim edir.

Qeyd edək ki, "Maska" Rusiyanın ən reytinqli və populyar layihələrindən biridir. Tv şouda Xalq artistləri Filipp Kirkorov və Valeriya Perfilova kimi ulduzlar münsif olublar. Cahidin finalda oxuduğu mahnı münsiflər heyətinin hamısını ayağa qaldırıb.

Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçüblər.

Cahidin təxəllüsü olan Jonny adı anası sayəsində yaranıb. Johnny “Bravo" cizgi filmini izləməyi çox sevən Cahidə anası Jony deyə səslənirmiş.

Cahid Moskvada orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başlayır. Ancaq atası oğlunun müğənni olmasını istəmir. Bu səbəbdən də onun musiqi karyerasına qarşı çıxır. Anası Cahidin tərəfində olsa da, o, Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başlayır. Təhsil aldığı müddətdə Cahid musiqini yaddan çıxarmır və “İnstagram” səhifəsində populyar mahnıların müxtəlif versiyalarını səsləndirməyə başlayır.

Rusiyada yaşayan və müğənni kimi fəaliyyət göstərən daha bir həmyerlimiz Elman Zeynalov (El'man) Cahidə “RAAVA Music”də işləməyi təklif edir. Beləliklə Cahid qısa zaman ərzində öz mahnıları üzərində işləməyə və musiqi karyerasını qurmağa başlayır.

Fəaliyyətinin ilk illərində Jony beş musiqi "Пустой стакан", "Френдзона","Звезда", "Аллея" və HammAli & Navai ilə birlikdə oxuduğu "Без тебя я не я" musiqilərini çıxardır.

“Youtube”da 90 milyon baxışı keçən "Аллея" mahnısı sayəsində Jony xeyli məhşurlaşır.

Artıq 2019-cu ilin sentyabrında Jony “Apple Music”in musiqi siyahısında ilk olan "Комета" mahnısını çıxarır. 2020-ci ildə "Небесные розы" albomunu ərsəyə gətirdi və albom populyarlıq qazanır.

Hələ də subay olan Cahid açıqlamalarının birində azərbaycanlı xanımla ailə qura biləcəyini açıqlayıb. “Əgər sevsəm, pərəstişkarım olan qızla evlənə bilərəm. Bu barədə bir neçə dəfə demişəm”.

Cahidin sözlərinə görə, mahnılarının çoxunda məhz özünün gerçəkdən hiss etdiyi duyğular barədə oxuyur. Məsələn, sonuncu “Sən qəddarsan” hitini də elə sevdiyi qızdan ayrıldıqdan sonra yazıb.

# 8808 dəfə oxunub

Oxşar xəbərlər

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər