Döyülmək istəyən qızlarla necə davranaq?

Döyülmək istəyən qızlarla necə davranaq?
1 may 2021
# 10:47

Kulis.az İlhamə Kələyevanın "Qaynanadan şikayətin olmalıdır?" yazısını təqdim edir.

Elə lap qədimdən başlayır bu ənənə. Qadınsan, anasan, gəlinsən, qızsan dözməlisən. Hər nə qədər 21-ci əsrdə yaşadığımızı düşünsək də cəmiyyətimizdəki fərdlərin davranışları hələdə Mezolit dövründən çıxmadığımızı təsdiqləyir. Ölkənin təkcə cənub rayonlarında yox, elə hər yerində gəlininə, qızına psixoloji və fiziki təsir etməyə həvəsli olan qadınlar da sayı az deyil. Bir neçə gün əvvəl yayılan videodan da, fevral ayında Borçalıda 11 yaşlı qızın nişanlandığı videodan da görünür ki, əsrin neçənci olduğunun bizim cəmiyyətimizə heç bir aidiyyatı yoxdur. Üstəgəl, fevral ayında yayılan videodakı uşaq da, dünənki videodakı döyülən qadın da halından məmnundur. Bu dəqiqdir.

Videoları üzə çıxan adamlar, psixoloji və fiziki şiddət göstərən şəxslərdən nə baş verdiyini soruşanda isə ilkin variant yalana əl atmaq olur. Xatırlayarsız hər halda, nişanlandırılan qızın ailəsi ortada üzərində “Allahın əmri, peyğəmbərin izni ...” yazısı olsada videonun nişandan yox ad günündən olduğun demişdi, sonra Gürcüstanda polis işə qarışanda hər şeyin elə biz düşündüyümüz kimi olduğu dəqiqləşmişdi.

İndi də qadın qayınanası tərəfindən döyülür, lakin məsələyə polis qarışana qədər əri onu evdə təhdid edir, o da açıqlama verir ki, biz zarafatlaşırdıq, mənim qayınanamdan şikayətim yoxdur.

Axı niyə?

Axı sənin özün də, haqqın da tapdalanır burda. Ölkənin bəzi düşünən beyinləri qızların təhsil almasını, işləməsi və cəmiyyətlə sıx əlaqədə olmasını istəyərkən axı siz öz kəndinizə, öz ətrafınıza haqqının tapdanmasından məmnun olan qadın kimi nümunə olursunuz. Sizdən, qalxıb qayınananızı döyməyinizi istəyən yoxdur. Bu sizin ailənizdir. Lakin dəfələrlə təkrarlandığı məlum olan hadisə barədə polisə məlumat verə bilərsiniz. Ərinizin təhdidləri bir çox mənalarda özünə problem yaradacaq, sizə yox.

Təkcə bu faktlar deyil, bir çox faktlar var ki, ölkədə qız uşaqlarına fərdi şəkildə psixoloji və fiziki təsir göstərən şəxslərə qarşı heç bir cəza tədbiri görülmür. Bir çox hallarda hadisə yerinə gələn hüquq-mühafizə orqanları “Camaatın ailə işidir də, biz nə edə bilərik ki, şikayət də yoxdur ortada” deyib keçirlər. Bütün bunlar hər birimizin gözü önündə baş verir, hamımız görürük, lakin. Nə olsun ki, görürük? Qarşısını ala bilmirik ki.

Kimdir müqəssir?

Təbii ki ailə. Qızları ərə vermək üçün böyüdən valideynlərdə. O valideyn ki qızına təhsilli və azad olmağı öyrətmək əvəzinə “ər” evində necə davranmaq lazım olduğunu öyrədir. Qız da neyləsin? Gör-götür dünyasıdır, görür ki, evində anası bu cür yaşayıb, özü də...

Məcburiyyətlər qarşısında aciz qalmaqda anasının yolunu davam etdirir. Nəhayət sevgi və hörmətdən bixəbər bir “insana” ərə gedir.

Kimdir səbəbkar? Cəmiyyət. Cəmiyyət inkişaf etmək istəsə bu cür hallar baş verməz. Ümumiləşdirib dediyimiz sözlər bəzən bizi peşman edə bilər, lakin bu cür halların baş verməsinin tək səbəbkarı cəmiyyətdir.

Bu ölkədə bəlkə də kimliyindən asılı olmayaraq hər kəsin içində bir qeybət və kinayə ruhu var. İnsanların şəxsi həyatını müzakirə etməyi sevən, küçədə gözünə sataşan hər kəsə kinayəli baxış və s. Əgər cəmiyyətin hər bir fərdi cəmiyyətdə davranış və danışıq mədəniyyətindən xəbərdar olsa, kiminsə başına belə hadisələr gəlməz. Ən azından öz həmcinsi, qaynanası tərəfindən döyülən qadınlar olmaz da məncə.

Qadın zorakılığı ilə bağlı nə qədər film çəkilsə, məqalələr yazılsa, heç nə dəyişmir. Yenə köhnə hamam, köhnə tas. Ya çox təcili şəkildə Ailə İnstitunun sütunlarını nəzərdən keçirməliyik, ya da cəmiyyətdə yeni düşüncələrin formalaşmasını düşünməliyik.

Artıq tayfa, qəbilə, oba psixologiyasından çıxıb cəmiyyət psixologiyasını həzm etməliyik. Yoxsa hələ çox qadınlar qayınanası, qayınatası tərəfindən döyüləcək, əri, qardaşı tərəfindən öldürüləcək.

# 4081 dəfə oxunub

Oxşar xəbərlər

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

16:33 24 iyun 2026
Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

16:00 24 iyun 2026
Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

13:30 24 iyun 2026
Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

10:00 21 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər