“Mücrü” jurnalının yeni sayı nəşr olunub

“Mücrü” jurnalının yeni sayı nəşr olunub
29 aprel 2021
# 18:40

“Mücrü” uşaq jurnalının üçüncü sayı nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Təbiəti qoruyaq. Nəfəs alaq” devizi ilə çap olunan jurnalda hər zaman olduğu kimi, uşaq ədəbiyyatının tanınmış nümayəndələriylə yanaşı, uşaq müəlliflər də çap olunub.

Balaca rəssamların çəkdiyi rəngbərəng şəkillər jurnalın səhifələrini bəzəyib.

Bu nömrəmizdə də Reyhan Yusifqızı, Xanım Anela, Şahnaz Kamal, Alov İnanna, Nurlana İşıq kimi yerli müəlliflər bir-birindən maraqlı mətnlərlə uşaqların görüşünə gəliblər.

Fərid Hüseynin Linda Hestinqdən, Günel Rəcəbin Odri Pendən elədiyi tərcümələr maraq doğurur.

Mərhum yazıçı İkinci Mahmudun bir vaxtlar məşhur pop-ulduzu Madonnadan tərcümə elədiyi “Cənab Pibodinin alması ” hekayəsi də diqqətəlayiqdir.

“Bilirsinizmi?” rubrikasında uşaqlar yeni məlumatlarla tanış ola, “Əyləncəli məntiq”, “Əyləncəli riyaziyyat” testlərini həll edə bilərlər.

Oxucularımız jurnalı “Mücrü” nəşriyyatından əldə edə bilərlər.

Xatırladaq ki, “Mücrü” uşaq dərgisinin əvvəlki nömrələriylə nəşriyyata gələn alıcılar bütün kitabları 25 faiz endirimlə ala bilərlər.

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
# # #