Dünya şöhrətli pianoçu Azərbaycan mədəniyyətindən danışdı

Dünya şöhrətli pianoçu Azərbaycan mədəniyyətindən danışdı
28 aprel 2021
# 13:17

Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına dəstək hökumət siyasətinin prioritet istiqamətlərindəndir.

Bunu APA-nın Gürcüstan bürosuna dünya şöhrətli piano ifaçısı, Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Elisso Bolkvadze deyib.

O, Azərbaycanda da gürcü mədəniyyətinin mühafizəsi istiqamətində atılan addımlarla iki ölkə arasındakı mehriban münasibətlərin daha da gücləndiyini bildirib: “Gürcüstan və Azərbaycan arasında tarixən yaxşı əlaqələr olub. Bu iki qonşu ölkə arasında dərin dostluq münasibətləri, emosional bağlar və strateji əlaqələr var. Biz hər zaman Azərbaycan mədəniyyətini Gürcüstanda dəstəkləmişik. Bir neçə il öncə SOCAR-ın dəstəyi ilə Batumidəki festivala böyük pianoçu Fərhad Bədəlbəylini dəvət etmişdim. Mənim özüm də Qəbələ musiqi festivalında iştirak etmişəm. Bir sözlə mədəni əlaqələr iki ölkə arasında hər zaman mövcud olub. Parisdə yaşadığım müddətdə də Azərbaycan səfirliyi ilə xüsusi əlaqələrim var idi və mən səfirliyin Parisdəki mədəniyyət mərkəzində Qara Qarayevdən ifa etmişdim. İndi isə Azərbaycanın yeni səfiri ilə bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı planlarımız var”.

E. Bolkvadze qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanda mədəniyyət sahəsinə xüsusi diqqət ayırır və bu istiqamətdə atılan addımlar ölkədə yaşayan gürcülərin də öz mədəni müxtəlifliklərini qorumalarına töhfə verir: “Bildiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət sahəsi ilə bağlı çoxlu işlər görürlər. Mehriban xanım həmçinin UNESCO-nun xoşməramlı səfiridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda həm də gürcü mədəniyyətinin inkişafı istiqamətində önəmli işlər görülür. Gürcüstanda da Azərbaycan mədəniyyətinə böyük diqqət ayrılır. Azərbaycanın yeni səfiri ilə birlikdə biz azərbaycanlıların yaşadığı rayonlara gedərək vəziyyətlə yerində tanış olacağıq və insanlar üçün daha hansı imkanların yaradılmasının mümkünlüyünü nəzərdən keçirəcəyik. Bundan başqa, qarşıdakı dörd il ərzində Bakıdakı Muğam Mərkəzi ilə əməkdaşlıqla bağlı planlarımız var. Mən ümid edirəm ki, iki ölkə arasında gələcəkdə daha dərin mədəni diplomatiya olacaq”.

E. Bolkvadze vurğulayıb ki, yeni təsis olunmuş Mədəniyyət komitəsi Azərbaycan parlamentinin müvafiq komitəsi ilə əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində fəaliyyətə başlayıb və bu məqsədlə yaxın vaxtlarda onlayn görüşün keçirilməsi planlaşdırılır.

# 3408 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər