news-inner
clock14:02 calendar-gray 21 Aprel 2021 view-gray2457 dəfə oxunub
view-gray2457 dəfə oxunub

Anarla Seymur Baycanın oxşarlığı

Bir müddət əvvəl əziz və hörmətli Seymur Baycan haqqında tənqidi yazı yazmışdım. Düzdür, oturub xüsusi araşdırma aparmadım, lakin təxminlərimə görə ümumi mənzərə belə idi; mənim fikrimi bəyənənlər də oldu, tənqid edənlər də.

Seymur dərhal cavab yazısı yazdı.

Yaxşı elədi.

Hərçənd elə bir yazıya dəhşətli ehtiyac yox idi, amma hər halda ədəbi mühitin canlanması baxımından məqbul sayıla bilərdi.

Sonra başqa yazılar da yazıldı.

Yaxşı oldu.

Daha sonra, ideya və bir çox təşkilati məsələləri öz üzərinə götürməklə Əli Novruzov, Cavid Ramazanov və mən “kritikaparat” adlı podkast hazırlamaq qərarına gəldik. Düşündük ki, həm son günlər ədəbi mühitdə gündəm ikən, həm də aprelin 22-də ad gününü qeyd edəcəyi üçün podkastın ilk buraxılışını da məhz üçümüzün də hörmət və ehtiram bəslədiyimiz Seymur Baycana və onun yaradıcılığına həsr edək.

Burda bir haşiyə çıxaraq deyim ki, Azərbaycanın ədəbi-mədəni gündəliyini əhatə edəcək “kiritikaparat” podkastını davam etdirmək niyyətindəyik, bizə uğur arzulaya bilərsiz.

Son dövrlər dünyada trendə çevrilmiş podkast hazırlama işi mənim üçün yenilik idi. Bu mənada məndən daha gənc dostlarım Əli və Cavidin təcrübə və dünyagörüşlərinə arxayın idim. Zənnimcə hələ ki, bizdə ədəbiyyat podkastları hazırlanmayıb. Bu baxımdan gördüyümüz işi ilk adlandırmaq olardı. Beləcə zəhmət və vaxt hesabına, Hacı Səfərovun da dəstəyi ilə ilk epizodu ərsəyə gətirdik.

“Klassikin ad günü” adlanan epizod sağlam, qərəzsiz şəkildə və ən əsası hörmət çərçivəsini aşmadan hazırlanmışdı.

Epizodda Seymurun yaxşı tərəfləri barədə danışmaqla yanaşı bəyənmədiyimiz yönlərini də dilə gətirdik. Bəs necə olmalı idi? Seymurun da mütəmadi tənqid etdiyi AYB-nin “Natəvan klubu” deyilik ki, dairəvi masa ətrafına yığışıb bir-birimizi tərifləyək?

Tənqid də olmalı idi.

Xüsusilə Seymur kimi bir qələm adamı və kimlik bu tənqidləri görüb sevinməli idi.

Ən azı mən belə düşünürdüm.

Təəssüf.

Sədtəəssüf.

Sən demə yanılmışam.

Podkastın yayımlanmasının bir sutkası tamam olmamış Seymur əfəndi dərhal bizə cavab verdi. İlahi, özü də hansı üslubda! Cavabın tənqid və təhdid dolu tonu öz yerində, ona bir söz yox. Axı niyə yazdı? Hansı ehtiyacdan? Guya podkastda Seymura şər atmışıq, haqqında iftira söyləmişik.

Mən gözləyirdim Seymur yazıda cavan qələm dostlarına təşəkkürünü bildirəcək. Ona görə ki, bu durğun ədəbi mühitimizdə öz təşəbbüsümüz hesabına bir yenilik etməyə cəhd göstərmişik. Ona görə ki, bu yeniliyə haqqında epizod hazırlamaqla onu da qatmışıq.

Məgər Seymur illərdir ədəbiyyatımızın inkişafı üçün dava döymürmü? Bu da inkişaf, yenilik. Kiçik də olsa növbəti cəhd. Onun üçün də yazı yazıb təşəbbüsümüzü dəstəkləyəcək, bizi ruhlandıracaq. Hətta quru tərif yerinə, tənqidə də yer verdiyimiz üçün alqışlayacaq.

Bəs Seymur nə eləyir? Onun sevimli ədəbi kriteriyası ilə desək, səmimiyyətlə ərsəyə gəlmiş bir iş haqqında qəzəbli və kinli fikirlər səsləndirir. Tənqidimizi şər, böhtan, iftira adlandırır.

Bunu kim deyir?

Azərbaycanda tənqid eləmədiyi adam qalmayan Seymur Baycan.

Azərbaycan mətbuatında tənqidin “tavan”ını yazmış adam.

Anar haqqında deyilmiş “ölməyini arzulayıram” sözlərinin müəllifi.

Lap tutalım biz şər atmışıq. Ola bilər. Məgər onun bu illər ərzində yazdığı bütün tənqidlər ədalətli olub? Heç bircə dəfə də olsun şər, böhtan atmayıb? Ən azı tənqid elədiyi adamlar Seymurun şər atdığını düşünməyiblər? Kim düşünməsə də Anar əminəm ki, düşünüb.

Bəs bunu necə anlayaq?

Seymur yazanda tənqid olur, biz yazanda şər, iftira, böhtan?

Açığı bu münasibəti başqası göstərsəydi bu qədər yandırmazdı.

Seymurun belə etməyi, özü də ömrünün 46-cı ilinə qədəm qoyduğu bu günlərdə nümayiş etdirdiyi dözümsüzlük, qəzəb adama ikiqat təsir edir. Mən əziz dostumu 45 yaşının tamamında yaşadığı münzəvi yaşamına, ədəbiyyata adanmış həyatına, oxuduğu tonlarla kitaba uyğun olaraq müdrik, arınmış görmək istəyərdim. Daha hər xırda tənqiddən hislənən, özündən çıxan, əsəbi biri kimi yox. Belə davam edəcəksə daha onun haqqında deyilən hər kiçik fikrə cavab verməyi son illər həyatının qayəsinə çevirmiş, əleyhinə yazılmış bütün yazıları yığıb dosye tutan, onlardan kitab hazırlayan Anardan nə fərqi oldu?

Biz illərdir bu münasibəti Seymura qarşı görürdük. Lütfən indi bunun eynisini gənclərə yönəltməsin. Deyəsən hardasa oxumuşdum ki, mübarizə uzandıqca insan get-gedə düşməninə bənzəməyə başlayır. Bəlkə də heç yerdə oxumamışam, özümdən uydururam, nə yalan deyim, əmin deyiləm.

Qorxum isə odur ki, Seymur Baycan get-gedə... Ən yaxşısı dilə gətirməyim.

Çünki yazıya pozu yoxdur.

Təbriklər, əziz insan!

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti Arif Quliyev dəfn edildi- Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021