Evlənməmiş uşaq doğan türk tayfası - TARİX DEYİL, BU GÜNDÜR

Evlənməmiş uşaq doğan türk tayfası -  TARİX DEYİL, BU GÜNDÜR
11 yanvar 2013
# 08:00

Türkiyənin “Atlas” jurnalı bu yaxınlarda Monqolustanda yaşayan qədim və tamamilə fərqli adət-ənənələrə sahib bir türk tayfasını aşkara çıxarıb. Dilləri türk dilləri qrupuna aiddir. Fərqlilikləri saymaqla bitmir. Nə liderləri var, nə də məcburən əməl edəcəkləri adətləri. Uşaq sahibi olandan sonra evlənirlər, hətta heç evlənməyə də bilirlər.

Dukhalar kimdir və harada yaşayırlar?

Bu tayfanın adı “dukha”dır. Monqolustanın ən kiçik etnik tayfalarındandır. Paytaxt Ulan-Batordan dukhaların yaşadığı əraziyə beş günlük yol var; üç gün maşınla, iki gün atla. Həyatları çox fərqlidir; şimal maralları saxlayırlar, onların südünü sağır, pendir hazırlayırlar.

Köçəri həyat sürürlər. Köçlərini şimal marallarına və ehtiyacları olan qidaya uyğun təyin edirlər. Şamanizmə inanırlar. Mülkiyyət anlayışı yoxdur, “hər şey hamıya bərabər bölünüb”- onların əsas həyat fəlsəfəsidir. Liderləri yoxdur, ancaq hamıya eyni cür hörmət bəsləyirlər, hətta ovladıqları heyvanlardan da üzr istəyirlər. Qadınlarla kişilər tamamilə bərabərdir. Uşaq sahibi olmaq üçün evlənmək şərt deyil. Əksər ailələr əvvəlcə uşaq sahibi olur, sonra evlənirlər.

Təbiət keşikçiləri dukhalar

Təbiəti öz evlərindən də təmiz saxlamağa, ona zərər vurmamağa çalışırlar. Kəndin içindən axan dupduru çayı çirkləndirməmək üçün heç kim əlini orada yumur, suyu qablara dolduraraq evlərə yığırlar. Ehtiyacları olan qədər bitki, meyvə, tərəvəz toplayırlar. Təbiətlə çox ilahi bağlılıqları var; “Ətrafındakı hər şeyin ruhu var” prinsipi ilə yaşayırlar.

Televizora baxır, məktəbə gedirlər

Elə bilməyin ki, bu tayfanın dünya-aləmdən xəbəri yoxdur. Vaxtaşırı yaxın kəndlərə, şəhərlərə gedirlər. Şəhərdəki kimi güclü elektrik sistemləri olmasa da, günəş enerjisini toplayan lövhələri var, bununla ən azından televizora baxa bilirlər. Əhalinin əksəriyyəti bir müddət şəhərlərdə işləyib, geri qayıdıblar.

Monqolustanda sosialist rejim olduğundan tayfanın ən yaşlılarının da təhsili var. Uşaqlar da qış mövsümündə məktəbə gedirlər.

# 11843 dəfə oxunub

Oxşar xəbərlər

Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər