news-inner
clock14:55 calendar-gray 14 Aprel 2021 view-gray1374 dəfə oxunub
view-gray1374 dəfə oxunub

Öləcəyini bilə-bilə vertolyota minən Milli qəhrəman - Türkiyə prezidenti ondan nə xahiş etmişdi?

Bu gün Milli qəhrəman, Əməkdar jurnalist Alı Mustafayevin doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.


Alı Mustafa oğlu Mustafayev 1952-ci il Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub. 1969-cu ildə kənd məktəbini bitirib, hərbi xidmətə yollanıb. 1971-ci ildə Bakı elektrik maşınqayırma zavodunda tokar işləyib.

***

Əsgərlikdən məzuniyyətə gələndə anasının ona yolladığı pulların hamısına bacılarına pal-paltar alıb. Bir də özü ilə bacılarının ona yazdığı bir çamadan məktub gətirib. Arada zarafata salıb bacılarına deyirmiş ki, oturub sayacam, görüm, mənə kim daha çox məktub yazıb? Kiminki çox olsa, biləcəm ki, o məni hamıdan çox istəyir.

***

Atası rəhmətə gedəndən sonra ailənin bütün yükü Alının çiyinləri üzərinə düşür. Qardaşı əsgərlikdə olduğundan Alı hər gün səhər o başdan anası ilə fermaya gedir, bir də gecə saat 3-də evə gəlir. Səhərə kimi də kitab oxuyur. Sonra Bakıya gəlir. Sənədlərini İncəsənət Universitetinə verir. Aktrisa Kübra Əliyeva ilə bir kursda oxuyur. Ancaq oranı yarımçıq qoyub jurnalistika fakültəsinə düzəlir, deyir məndən aktyor çıxmaz.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilir. Məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınır. Alı Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri olub. O, 1990-cı il yanvarın 20-də Bakının küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürür.

***

Bacısı Tükəzban xanım xatirələrinin birində deyir: “Hansı qızın adını tuturduq, zarafata salırdı. Deyirdi, heç birinizin xətrinə dəyməyəcəm, kimi desəz, alacam. O qədər zarafatcılıydı ki, ciddi danışanda da adamın inanmağı gəlmirdi. Bir dəfə oğlum dedi ki, ana, bu gün bizə Alı dayımla bir qız gələcək. Süfrə-zad açdım. Bir də gördüm, eynəkli bir qızla qol-qola gəlirlər. Ürəyimə damdı ki, burda nəsə var. Oturdular, yeyib-içdik. Qızdan xoşum gəldi, deyib-güləniydi. Alı qızın qulağına nəsə dedi, sonra dodağını yavaşca üzünə toxundurdu. Ürəyimdə dedim, ay kələkbaz, zarafata sala-sala öz bildiyini eləyirsən”.

Tələbə vaxtı Alı iki bacısı ilə bir yerdə Bakıda kirayə evdə qalırlar. Hər ayın ortasında qardaşı Mahmud onlara pul göndərirdi. Alı pul çeklərinin hamısını yığıb saxlayır ki, pul qazansa, hamısnın əvəzini qaytarsın. Xanımı Lalə həmin çekləri bu günə qədər saxlayır.

***

Bir gün Alı bacılarını Laləgilə elçiliyə göndərir. Amma Lalənin anasının bu işə razı olmaması Alını qorxudurdu: birdən qızı ona verməzlər. Bacılarına deyir ki, siz gedin, mən də binanın altında dayanıb gözləyəcəm. Sonra yenə zarafata salır: sizi döyəsi olsalar, eyvana çıxıb mənə əl eləyin. Lalə xanımı anası Əzizə xanım süfrəyə min cür naz-nemət tökür. Ancaq mətləb üstünə gələndə Əzizə xanım deyir ki, mənim Alıya veriləsi qızım yoxdu. Biz hara, rayonlular hara? Rayonluların bir adəti var: gəlirlər, getmək bilmirlər. Lalə də naz-nemətlə böyüyən qızdı. Özünün otağı, dəm-dəsgahı. Hərdən qardaşı onun otağına girəndə dava-dalaş qoparır. Siz də, maşallah, 6 bacısız, hərəniz bir dəfə gələcəksiniz. Özü də Alının evi yox, eşiyi yox. Ancaq çox get-gəldən sonra axır ki, Lalənin "həri"sini verirlər. Elçiliyə Famil Mehdi də gedir. Nişan qoyulur, sonra da toyları olur.

***

Alı Mustafayevun bu evlilikdən üç oğlu doğulur. Hal-hazırda onun oğlanlarından biri Türkiyədə, digər ikisi isə Azərbaycanda yaşayır.

Türkiyə səfəri zamanı Türkiyənin prezidenti Turqut Özalla görüşür. Turqut Özal ondan xahiş edir ki, oğlun olsa, adını Özal qoyarsan. Alı Mustafayev oğlu olanda ona Özal adını qoyur.

***

Alı Mustafayevin həm də şairlik qabiliyyəti olur. Ortancıl oğlu da atası kimi şeir yazır. Alı Mustafayevin bir çox şeirlərin müəllifi olsa da, o, daha çox “Dəli bir ağlamaq keçir könlümdən” şeiri ilə şair kimi yadda qalıb.

***

Yaxınlarının sözlərinə görə 1988-ci ildən ölkədə gedən siyasi proseslər, Qarabağ dərdi onu dəyişdirməyə başlayır. Alı Mustafayev daim qaçaqaçda olur, həmişə qayğılı, dərdli görünür.

Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanır. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olur.

***

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri eşidən Alı Mustafayev bütün gecəni yata bilmir. Səhəri işə gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürür. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirmir.

Alı Mustafayev bir dəfə vertolyot qəzasına düşmüşdü. Qarakənd faciəsi onun həyatında ikinci qəza idi. Bu səfərdə onun başına nə isə gələcəyi ürəyinə damır. Həyat yoldaşına deyir ki, “mən gedirəm, bir daha geri qayıtmayacağam”. Buna görə ailədə bir az narazılıqlar olub. Xanımı ona mane olmağa çalışsa da, o, həmin gün öləcəyini bilə-bilə gedir. Geri qayıtmayacağını isə şeirlərinin birində belə ifadə edir:

Mən ölsəm qəbrimin üstünə ancaq gül qoymayın,
Lalədən qeyri, qoy onu sinəmdə böyütsün torpaq.
Əzəldən sinəmdir lalənin yeri...

***

Alı Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.

Lalə xanım bu günə qədər Alının iş otağını olduğu kimi saxlayır. Stolu, stulu, qələmləri, kağızları. O, hər dəfə o otağa ayaq basanda saatlarla ağlayır, ötən günlərin həsrətini çəkir. Lalə xanım müsahibələrinin birində deyir ki, məni Alıdan sonra yaşadan övladlarımdı.

***

Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.
O, 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

news-inner-user

18674 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021
Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
11:21 06 May 2021