news-inner
clock11:25 calendar-gray 14 Aprel 2021 view-gray1401 dəfə oxunub
view-gray1401 dəfə oxunub

Kanalizasiyada ölən Əhməd məhəlləni necə xilas etdi?

Kulis.az gənc yazar Orxan Saffarinin “Pox Əhməd” hekayəsini təqdim edir.

İllərdir ki, kanalizasiyalarımızı təmizləməklə məşğul idi. Gözümü açandan onu yerin altında - poxun içində görmüşəm. Elə axıra qədər də belə oldu. Adı Əhməd idi. Ləqəbi "Pox Əhməd". Bilmirəm, özü bundan xəbərdar idi, ya yox, amma hamı öz arasında ona belə deyirdi. İsti yay aylarında onu həmişə küçələrdə görərdin. Yayda da kanalizasiyalar tez-tez tutulur axı. Hamı Əhmədin məftilinin umuduna qalırdı. Bu kiçik qəsəbənin yaraşığı idi o. Hər nə qədər özü pis gündə olsa da. Məftili də sehrli çubuq idi sanki. Hər cür borunun öhdəsindən gəlirdi.

Bir də gördün, balaca boyu, qəribə yerişi, əlində də halqa şəklində olan kanalizasiya məftili ilə küçə-küçə dolaşır. Sakit, bir o qədər də gülərüz adam idi. Amma hamı iy verdiyinə görə ondan uzaq dururdu. Hamının zarafat yeri idi Əhməd. Bir dəfə qəsəbənin uşaqlarının dilindən bu zarafatı eşitdim:

- Poxa düşmüşəm, brat.

- Əhmədə denən, çıxartsın!

Əhməd insanların "eybini" təmizləsə də, heç kim ciddi yanaşmırdı. Nə özünə, nə də işinə. Elə bil, bu zibillər onların deyildi.

Əhmədin qızları dünya gözəli idi. Üç qızı var idi. Sizə qız deyirəm, az qala onları sevən oğlanlar Əhmədin gözünə girməkdən ötrü kanalizasiya təmizləsin. Əhmədin ən hörmətli vaxtları da, elə qızlarının yanında olduğu vaxtlar idi. Hamı başına dolanırdı. Qızlarını nə qədər varlı-karlı adamlar istəsə də, Əhməd üçünü də kasıba verdi. Deyəsən, Əhməd qızlarının xoşbəxtliyini də düşünürdü.

Qızları bəlli etməsə də, mənə elə gəlirdi ki, atalarından utanırlar. Əslində, başa düşüləndir. Nə də olmasa, onlar da insandır. Hələ-hələ qadın. Görüntü yaratmaq istəyir, rəfiqələrinin yanında sıxılırdılar.

Görəsən, onlar "Atan harda işləyir" sualına necə cavab verirdilər?! "Kanalizasiya təmizləyir?!" Necə də pis səslənir. Nə qədər bəzəsən də, pox poxdur. Amma Əhmədi bunların heç biri incitmirdi. Poxdan qazandığı pullar ilə hər üçünü elə də böyük korluq çəkmədən böyütdü. Həmişə əyin-başları yaxşı oldu. Heç deməzsən, bu kasıb, "analizasiya təmizləyən Əhmədin qızlarıdır. Axırda cehizlərini də yığıb, bəy balası kimi ərə verdi. Yaşından, saç-saqqalından asılı olmayaraq, hamı 60 yaşlı Əhmədi adı ilə çağırırdı. Ayağı boyda, nəvəsi yaşda uşaqlar da. Əhmədlə ara-sıra həmsöhbət də olurdum. Ya da başqaları söhbətləşəndə eşidirdim. İnsanlar onunla lağ-lağı formasında danışsalar da, ciddi qəbul etməsələr də, Əhməd heç kimə fikir vermir, gülür, sakitcə işini görürdü.

Əhmədin üstü-başı pis gündə olurdu. Bircə əlləri təmiz idi. O da əlcək taxırdı deyə. Hərdən o da işindən iyrənirdi, bilirəm.

Şər qarışdımı, məftilini çiynindən sallayıb, yerə baxa-baxa, öz-özünə gülümsəyə-gülümsəyə evinə gedirdi. Bilmirəm evlərində onu necə qarşılayırdılar, arvadı iyrənirdimi ondan, ya necə, amma görünən, hərdən belə də olurdu. Əhmədin arvadı da özünə oxşayırdı. Bir dəfə arvadını qonşu qadınlarla dalaşan gördüm. Qonşu qadın onu o ki var söymüşdü. Əhmədin arvadı əvvəl səbrini bassa da, sonda bu cür cavab verdi;

"Pox balası, ağzına pox qoyaram!"

Sanki başqa söyüş bilmirdi Əhmədin arvadı.

***

2016. İyul. 41 dərəcə istilik. Kölgədə it də durmur. Əhmədsə, günün altında, məftil əlində harasa gedir. Qəsəbənin ümumi kanalizasiya sistemi çökmüşdü. Mənzərə gözünüzün önündədir yəqin. Əhmədin gözlərinə işıq gəlmişdi. Çörək var idi, çörək! Başqa yerdən də "Əhməd"lər gəlmişdi hələ. Ümumi kanalizasiyadakı problemi tək həll edə bilmədi Əhməd. Amma yenə də, hamı Əhmədə inanırdı. İnanırdı ki, onları bu zibildən ancaq Əhməd çıxarda bilər.

Qəsəbənin ortasında yerin altı ilə gedən bütün turbalar üzə çıxmışdı. Əhmədlərsə, layiqincə öz işini görürdü. Ona görə, Əhmədlər deyirəm ki, mənə görə bütün işçilər aşağı-yuxarı Əhməd kimi idi. Bütün işçilərə eyni cür yanaşırdılar. İşçi sinfinə münasibətin belə olması, əslində, heç də ürəkaçan deyil. Amma bu gələn "Əhmədlər" bizim Əhməddən fərqlənirdi. Onların geyimi də başqa idi. Onların müdiri var idi. Bizim Əhməd isə öz poxunun ağası idi.

***

Qəfil, hay-küy qopdu. Kiminsə ayağı məftilə ilişib, 4 metr dərinlikdəki yerə dəyibmiş. Ora da nə gündə - turbalar, daşlar. Bəli, bu, bizim qəsəbənin Əhmədi idi. Yerindəcə keçinib. Yerindəcə. Ömrü boyu poxun içində yaşa, axırda da elə burda öl. Nə qəribədir. Əhməd öləndən bir ay sonra mən qəsəbədən çıxdım. Artıq onu unutmuşdular.

Əhməd öləndən sonra kanalizasiyalar da gec-gec tutulmağa başladı. Yuxarıdan gələnlər bu ölüm hadisəsinə görə yaxşıca düzəltmişdilər turbaları. Gərək kimsə bu yolda qurban gedəydi.

Aradan iki il keçmişdi. Qəsəbəyə qayıtdım. Məhləyə girəndə eyni Əhməd kimi bir adamın əlində məftil dolaşdığını gördüm. Maraqlandım. Sən demə, bu təzə "Əhməd" imiş. Buranın camaatı da ona hörmət qoyurmuş. Nə ləqəb qoşurmuşlar, nə də onu incidirmişlər. Elə bil, icra nümayəndəsidir.

Məhəllənin ortasındakı kanalizasiya qapağına baxdım.

Əhməd üzümə gülürdü.

news-inner-user

18675 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti Arif Quliyev dəfn edildi- Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021